Ivan Baqryani - Wikipedia
İvan Pavloviç Baqryanı (ukr. Іван Павлович Багряний; əsl soyadı Lozovyaqa, yaxud Lozovyagin, ukr. Лозовяга, Лозовягін; 19 sentyabr (2 oktyabr) 1906[1], Axtırka, Rusiya imperiyası – 25 avqust 1963, Noy-Ulm[d], Bavariya, Qərbi Almaniya) — Ukrayna nasiri, şair, publisist, dramaturq, siyasi xadim.
İvan Baqryanı | |
---|---|
Təxəllüsləri |
Baqryanı Polyarnı |
Doğum tarixi | 19 sentyabr (2 oktyabr) 1906[1] |
Doğum yeri | |
Vəfat tarixi | 25 avqust 1963 (56 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Həyat yoldaşları |
Antonina Zosimova Qalina Triqub |
Uşaqları |
Boris Natalya Nestor Roksolana |
Fəaliyyəti | siyasətçi, şair, yazıçı |
Fəaliyyət illəri | 1925-ci ildən |
Əsərlərinin dili | ukrayn dili |
İstiqamət | realizm |
Janr | roman |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəErkən illər
redaktəİvan Baqryanı 2 oktyabr 1907-ci ildə bənna ailəsində anadan olmuşdur. Orta təhsil aldıqdan sonra 1920-ci ildə çilingərlik məktəbinə daxil olmuşdur.
Vətəndaş müharibəsi illərində və 1920-ci illərin əvvəlində sovet ictimai-siyasi işlərində çalışmışdır. 1925-ci ildə komsomol sıralarından xaric olmuşdur. 1926-cı ildən ədəbi fəaliyyətlə məşğul olmağa başlamışdır. İnqilabi Söz Emalatxanasına (ukr. МАРС) daxil olur və orada Yevgeni Plujnik, Valerian Pidmogilnı kimi şəxslərlə yaxından tanış olur. Əsərləri "Qlobus", "Kainat", "Həyat və inqilab", "Qırmızı yol" dərgilərində çap olunmuşdur.
1930-cu ildə "Skelka" mənzum romanı çap olunmuşdur. Əsərə ilk rəsmi rəy A. Pravdükün "Tənqid" jurnalında işıq üzü görən "Kulak yolları ilə" məqaləsində verilmişdir.[2]
Həbslər
redaktəİvan Baqryanı 1920–1930-cu illərdə "İnqilabi Söz Emalatxanası" birliyinin ədəbi fəaliyyətində iştirak etmişdir. 16 aprel 1932-ci ildə "Ave Maria" poemasında (1929), "Skelka" tarixi romanında, "Kölgə", "Vandeya", "Qutenberq" poemalarında və "Qamçı" sosial satirasında əksinqilabi təşviqat işi apardığına görə Xarkovda həbs olunub. Bir neçə ay Birləşmiş Dövlət Siyasi İdarəsinin daxili həbsxanasının təkadamlıq kamerasında saxlanılmışdır. 25 oktyabr 1932-ci ildə 3 illik Uzaq Şərqə sürgün olunmuşdur. Oradan qaçma cəhdi uğursuzluqla nəticələnmiş və sürgün müddəti 3 il artırılmışdır. Cəzasını BAM düşərgəsində çəkib qurtarmışdır.
1937-ci ildə qaçmış, lakin 16 iyun 1938-ci ildə yenidən həbs olunmuş və Dövlət Təhlükəsizlik İdarəsinin Xarkov həbsxanasına salınmışdır. Baqryanı milli əksinqilabi təşkilatın üzvü, hətta rəhbəri olması ittihamı ilə təqsirləndirilir. 1 aprel 1940-cı ildə qəbul edilən qətnamədə bildirilirdi ki, o, 1928–1932-ci illərə aid əksinqilabi fəaliyyətlə bağlı bütün dəlillər əsasında artıq məhkumluq həyatını keçirib. Baqryanı-Lozovyaginin antisovet fəaliyyətilə bağlı istintaq digər məlumatlara malik deyil.
Beş illik məhkumluq həyatı haqqında avtobioqrafik təfərrüatlar müəllifin "Getsiman bağı" romanında öz əksini tapmışdır.
Müharibə illərində
redaktəBöyük Vətən müharibəsi başlananda yazıçı Axtırkada idi. O, həmin şəhərin teatrında dekorator işləyirdi. Baqryanı Ukrayna milli hərəkatının iştirakçısı olmuş və "Oxtirşinin səsi" qəzetinin redaktoru kimi fəaliyyət göstərmişdir.
Sovet qoşunlarının almanların ardınca təşkil olunmuş hücumu zamanı 1943-cü ildə Qalisiyaya qaçmış, Ukrayna Millətçi Təşkilatının təbliğat bölməsində çalışmış, milli mövzularda mahnılar və məqalələr yazmış, təşviqat xarakterli divar kağızları və karikaturalar çəkmişdir. Ukrayna Baş Azadlıq Şurasının yaradılmasında və proqram sənədlərinin hazırlanmasında iştirak etmişdir. Eyni zamanda ədəbi fəaliyyətini davam etdirmişdir. 1944-cü ildə "Vəhşi heyvan ovçuları" romanını (sonralar "Pələng ovçuları" adı ilə məşhurlaşıb) və "Gulyay-Pole" poemasını yazmışdır.[3]
Mühacirət
redaktəBaqryanı 1945-ci ildə Hitler ordusunun darmadağın edilməsinə qədər Ukrayna Millətçi Təşkilatının xətti üzrə Almaniyaya köçmüşdür.
Müharibədən sonra "Mən niyə SSRİ-yə qayıtmaq istəmirəm?" (ukr. Чому я не хочу повертатися до СРСР?) adlı kitabça yazıb. Həmin əsərdə keçmiş ostarbayter və hərbi əsirlər adından siyasi bəyanatla çıxış edib. Bu həcvdə SSRİ öz xalqına qarşı soyqırım törətmiş "ögey vətən" kimi təqdim olunub. Baqryanı 1948-ci ildə Ukrayna inqilabi-demokratik partiyasını təsis edib. Elə həmin ildən ömrünün sonuna qədər Fyodor Pigido ilə əməkdaşlıq etdiyi "Ukrayna xəbərləri" (ukr. Українські вісті) qəzetinin redaktoru olub. Ukrayna milli şurasının icraiyyə komitəsinə rəhbərlik edib. Ukrayna Xalq Respublikasının mühacir prezidenti Stepan Vitviskinin müavini olub.
1963-cü ildə Demokratik Ukrayna Gəncləri Birliyinin Çikaqodakı nümayəndəliyi ona Nobel mükafatı verilməsilə bağlı hərəkat başladıb. Lakin Baqryanının gözlənilməz vəfatı onun rəsmi şəkildə mükafata təqdim olunmasına imkan vermir.[4] İvan Baqryanı 25 avqust 1963-cü ildə Bavariyada vəfat etmişdir. Nyu-Ulm məzarlığında dəfn olunmuşdur.[5]
Ailəsi
redaktəİlk arvadı — Antonina Zosimova, uşaqları: Boris və Natalya.
Mühacirətdə ikən əslən Ternopol vilayətindən olan Qalina Triqubla ailə qurmuşdur.[3] Bu evlilikdən övladları Nestor və Roksolana dünyaya gəlmişdir.
İlk ailəsi SSRİ-də qalmışdır. Böyük oğlu Boris 1961-ci ildə radio ilə çıxış edərək, atasını antisovet fəaliyyətinə görə ittiham etmişdir.[6]
Mükafatlar
redaktə1992-ci ildə Ukrayna Nazirlər Kabinetinin qərarı ilə İvan Baqryanı ölümündən sonra mühakimə olunmuşdur.[7] "Getsimanski bağı" və "Pələng ovçuları" romanlarına görə Taras Şevçenko adına Ukrayna Dövlət mükafatına layiq görülmüşdür.[8]
Əsərləri
redaktəRomanlar
redaktə- "İlğım" (çap olunması senzura tərəfindən qadağan edilib)
- "Skelka", mənzum roman (Xarkov, 1930)
- "Pələng ovçuları" (Lvov — Krakov, 1944)
- "Sevimli" (1944; müəllif tərəfindən məhv edilib)
- "Gefsiman bağı" (Nyu-Ulm, 1950)
- "Marusya Boquslavka", "Şiddətli külək" epopeyasının birinci hissəsi (Münhen, 1957)
- "Uçurumla qaçan adam"[9]
Povestlər
redaktə- "Dağıntı" (povest, 1948)
- "Odlu dairə" (Nyu-Ulm, 1953)
Hekayələr
redaktə- "Qara siluetlər: beş novella" (Axtırka, 1925; tərkibi: "Etüd", "Meşşan", "Madonna", "Petro Kamenyar", ""Zayes"")
- "Qoca balıqçının hekayələrindən" (1927)
- "Alatoranlıqda" (1927)
- "Oğlan" (1928)
- "Əl" (1928)
- "Mitridat dağında" (1929)
Pyeslər
redaktə- "Yasəmən"
- "General" (1944)
- "Morituri" (1947)
Seçilmiş şeirlər
redaktə- "Yasaq sərhədlərə" (Kiyev, 1927)
- "Alın tərilə" (1929) (çap olunması senzura tərəfindən qadağan edilib)
- "Qızıl bumeranq" (1946)
Poemalar
redaktə- "Monqolustan" (1927)
- "İt ziyafəti" (Kiyev, 1928)
- "Vandeya" (1928)
- "Ave Maria" (Xarkov, 1929)
- "Qamçı" (1928–1930)
- "Qutenberq" (1928–1930, 1930-cu illərin əvvəlində yoxa çıxıb)
- "Komet", satirik epopeya (1928–1930, yalnız bir hissəsi saxlanılıb)
- "Gulyay-Pole" (Ternopol, 1944)
- "Anton Beda, əmək qəhrəmanı: Di-Pi haqqında povest", satirik poema (Nyu-Ulm, 1947)
- "Şəkər zavodu"
- "Qılıncdar"
Publisistika
redaktəİstinadlar
redaktə- ↑ 1 2 parish register.
- ↑ Правдюк О. Про творчість Багряного // Критика. — 1931. — № 10. — С. 73–83.
- ↑ 1 2 Тернопольский энциклопедический словарь. М.: Издательско-полиграфический комбинат «Збруч». 2004. ISBN 966-528-197-6.
- ↑ "Іван Багряний — письменник і громадянин". 2014-02-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-21.
- ↑ kulis.az. "Almaniyada çəkiclə qətlə yetirilən, qardaşı ilə bir qəbirdə basdırılan məşhur azərbaycanlı" (az.). Kulis.az. 08.02.2018. 2018-03-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-21.
- ↑ "П.Параскевич. Іван Багряний і його літературна, публіцистична, політична діяльність // Просвіта Херсонщини". 2015-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-21.
- ↑ "Кобзар :: Національна премія". 2012-07-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-21.
- ↑ Listratenko, Nataliya Volodymyrivna ed. Ukrayina: knyha faktiv (Ukraine: the book of facts). Knyzhkovyi Klub, Kharkiv, 2006:214.
- ↑ "Людина біжить над прірвою". 2011-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-21.
- ↑ "Чому я не хочу вертатись до СССР?". 2015-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-21.
Ədəbiyyat
redaktə- Загребельний П. Багряний Іван // УЛЕ — С. 108.
- Енциклопедія українознавства. Словникова частина. — Т. 1. — С. 81.
- МУ-97 — С. 33.
- Шугай О. В. Багряний Іван // Энциклопедия современной Украины. — Т. 2. — К., 2003. — С. 65–66.
- Шевченко Л. А. Багряний Іван Павлович // Энциклопедия истории Украины. — Киев: Наукова думка, 2003. — Т. 1 — С. 162.
- Шевченківські лауреати 1962–2001:Енциклопедичний довідник. — К., 2001. — С. 29–31.
- Жив у Кам’янці поет // Прапор Жовтня (Кам’янець-Подільський). — 1990. — 18 серпня. — С. 4.
- Шугай О. Через терни Гетсиманського саду // Літературна Україна. — 1990. — 6 вересня. — С. 6.
- Шугай О. Через терни Гетсиманського саду: Нове з біографії Івана Багряного // Україна. — 1991. — № 18. — С. 30–35, 3–4 вкладки.
- Гаврильченко О., Коваленко А. Штрихи до літературного портрета Івана Багряного // Багряний І. Сад Гетсиманський. — К., 1992. — С. 3–18.
- Череватенко Л. "Ходи тільки по лінії найбільшого опору — і ти пізнаєш світ" // Багряний І. Людина біжить над прірвою. — К., 1992. — С. 293–319.
- Дзюба І. Публіцистика Івана Багряного // Сучасність. — 1992. — № 4. — С. 64–70.
- Шугай Олександр. Іван Багряний (1906–1963), письменник, громадський діяч // 100 найвідоміших українців. — К., 2005. — С. 564–571.
Xarici keçidlər
redaktə- Іван Багряний. Біографія. Твори Arxivləşdirilib 2017-08-18 at the Wayback Machine (ukr.)
- Український письменник і політичний діяч Іван Багряний (1906–1963). Бібліографічний покажчик (ukr.)
- ІВАН БАГРЯНИЙ // "Вітчизна" № 1–2, 2005 год
- Біографія на Knyha.com Arxivləşdirilib 2009-02-08 at the Wayback Machine
- Валентина Чекаліна. "Ми є. Були. І будем ми. Й Вітчизна наша з нами" // "Кримська Світлиця" № 9 за 24 лютого 2006
- Біляїв Володимир. "На неокраянім крилі…" — Донецьк: Східний видавничий дім, 2003.