Ivan Mazepa - Wikipedia
İvan Mazepa (tam adı: İvan Stepanoviç Mazepa, ukr. Іва́н Степа́нович Мазе́па, pol. Iwan Mazepа herbu Kołodyn, lat. Iohannes Mazepa; soyadının başqa yazılışı: Mazepa-Koledinski,[3] ukr. Іван Мазепа-Колединський, pol. Jan Mazepa Kołodyński; 20 mart 1639 – 21 sentyabr 1709, Bəndər[1]) — Zaporojye ordusunun getmanı (1687–1709), hərbi və siyasi xadim, diplomat. Ukraynanın milli qəhrəmanı.
İvan Mazepa | |
---|---|
ukr. Іван Степанович Мазепа pol. Jan Mazepa Kolędyński | |
Zaporojya orudusunun getmanı | |
4 avqust 1687 – 6 noyabr 1708 | |
Monarx | I Pyotr |
Əvvəlki | İvan Samoyloviç |
Sonrakı | İvan Skoropadski |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 mart 1639 |
Vəfat tarixi | 21 sentyabr 1709 (70 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Müqəddəs Yuri kilsəsi, Qalats |
Təhsili | Kiyev-Mogilyan akademiyası |
Fəaliyyəti | diplomat, siyasətçi |
Atası | Stepan Mixayloviç Mazepa |
Anası | Marina Maqdalina Mokievskaya (1917—1707) |
Həyat yoldaşı | Anna Polovets (Fridrikeviç) (1642–1702) |
Uşağı | qızı olub (uşaq ikən ölüb) |
Ailəsi | Mazepalar |
Dini | pravoslavlıq |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[2], diplomatiya[2] |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Sol sahil ilə Sağ sahili hakimiyyəti altında birləşdirmiş, Zaparojya Seçinin siyasi müstəqilliyini məhdudlaşdırmışdır. Uzun müddət rus çarı I Pyotrun ən yaxın tərəfdarlarından biri olmuş və sol sahil Ukraynasının iqtisadi yüksəlişi üçün çoxlu işlər görmüşdür.[4] 1708-ci ildə Şimal müharibəsi zamanı Rusiya imperiyasının düşməni hesab edilən İsveç kralı XII Karlın tərəfinə keçmişdir.[5]
Mazepanın yürütdüyü siyasətin əsas məqsədləri: 1) onun başçılığı altında Malorus torpaqları – Getmanşina, Sağ sahili, Zaporojya, Sloboda Ukraynası və Xan Ukraynasını[a] vahid Ukrayna dövləti adı altında birləşdirmək; 2) dövlətçilik əsaslarının Avropa nümunəsində kazak idarəetmə sistemini yaratmaq; 3) getman hakimiyyətini qoruyub saxlamaqdan ibarət idi.
Mazepanın daxili siyasəti isə kazak başçılığının təsirinin gücləndirilməsinə, onun iqtisadi əsaları və sosial durumunun möhkəmlənməsi, Getmanşinanın idarəedici təbəqəsinə çevirməyə yönəlmişdir.
1709-cu ildə baş vermiş Poltava döyüşündə XII Karlın məğlubiyyətindən sonra Osmanlı imperiyasına qaçmış və Bəndər şəhərində dünyasını dəyişmişdir.
Kral titulu
redaktəİvan Mazepanın kral titulu latın dilində belədir: Ioannes Casimirus, Dei Gratia rex Poloniae, magnus dux Lithuaniae, Russie, Prussiae, Masoviae, Samogitiae, Livoniae, Smolenscie, Severiae, Czernichoviaeque; nec non Suecorum, Gothorum, Vandalorumque haereditarius rex, etc.
Azərbaycan dilinə tərcümə: Yan Kazimir, Tanrının lütfü ilə Polşa kralı, böyük litva, rus, pruss, mazov, jemaytsk, livon, smolen çerniqov, sever knyazı, həmçinin isveçlər, qotlar, vandallar, vendlərin irsi kralı.[6]
Həyatı
redaktəAiləsi
redaktəİvan Stepanoviç Mazepa 1639-cu il, martın 20-də Kiyev bölgəsinin Mazepinça kəndində Ukrayna şlyaxta zümrəsində aid pravoslav ailəsində anadan olmuşdur.[7] Mazepinça kəndi İvanın əcdadlarının doğma yeri hesab olunur. Belə ki, Polşa kralı II Sigizmund Avqust tərəfindən İvan Mazepanın ulu babası Nikolay Mazepa-Koledinskiyə göstərdiyi hərbi xidmətə görə bu kənd bağışlanılmışdır.
Təxmin olunur ki, İvanın babası Mixail Mazepa rus çarının xidmətində olmuş, Çar Rusiyasının cənub sərhədlərini tatarların basqınlarından qorumuş və bəzi mənbələrə əsasən, 1620-ci ildə türklərlə baş verən döyüşlərin birində həlak olmuşdur.[7]
Atası Adam-Stepan Mazepa isə Boqdan Xmelnitskinin tərəfdaşlarından biri olmuşdur. Rus boyarları Pereyaslav danışıqlarında iştirak etmişdir. Pereyaslav razılaşmasını dəstəkləməyən Adam Mazepa getman Vıqovski ilə birgə Reç Pospolitanın tərkibində Böyük Rusiya Çarlığının yaradılmasında iştirak etsə də, lakin heç bir nəticə əldə edilməmişdir. 1662-ci ildə Polşa kralı tərəfindən çaşnik[b] köməkçisi təyin olunaraq ölümünə[c] qədər bu vəzifədə çalışmışdır.[7]
Anası Marina Mokievskaya qədim şlyaxta nəslindən idi və Kiyev kazak polkunda rəhbər vəzifələri tutmuşdular.[8] "Mazepa"dan bəhs edən monoqrafiyada Marinanın atası və qardaşının Xmelnitskinin ordusunda baş gizirləri olması və hər ikisinin polyaklarla baş vermiş döyüşlərdə həlak olması bildirilir. Ərinin ölümündən sonra Mariya adı ilə gizlənərək Kiyev-Peçora monastrının rəhbəri və Qluxovski qadın monastrının iqumeni (rəhbər dini xadim) kimi çalışmışdır.
65 yaşında Mazepa xaç atası olduğu Vasili Kotsubeyin qızı Matryonaya[d] aşiq olur. Lakin kanonik qaydaya əsasən bu qadağan idi. Bu səbəbdən onlar kilsə tərəfindən nikaha daxil ola bilməmişdilər.[9][10]
Təhsili və Polşa kralı sarayındakı həyatı
redaktəİvan Mazepa Kiyev-Mogilyan kollegiumunda, daha sonra isə Varşavada yerləşən Yezuit kollegiumunda təhsil almışdır. Atasının sayəsində Polşa kralı Yan Kazimirin sarayına saray xadimi kimi qəbul olunmuşdur.
Krala yaxınlığı Mazepanın yaxşı təhsil almasına şərait yaratmışdır: o, Hollandiya, İtaliya, Almaniya, Fransada təhsil almış və rus, polyak, tatar, latın dillərində sərbəst danışa, bununla yanaşı, italyan, alman və fransız dillərini də bilirmiş.[11] Müxtəlif dillərdə yazılmış kitablardan ibarət olan kitabxanasında ən sevimli əsəri olan florensiyalı mütəfəkkir və dövlət xadimi Nikkolo Makiavellinin "Hökmdar" əsərini görmək olardı.
Rusiya tarixçisi N. İ. Kostomarov Mazepa ilə birgə kral Yan Kazimirin sarayında yaşamış Pasekanın qeydlərini əsas gətirərək yazır ki, Mazepa kralın qarşısında yoldaşı Pasekanı yalandan günahlandıraraq tutdurur, lakin işi aydınlaşdırdıqdan sonra Pasekaya bəraət qazandırılır və kral ona 500 çervon bağışlayır. Mazepa isə müvəqqəti olaraq saraydan qovulur. 1662-ci ildə ona qarşı edilmiş təhqiri unutmayan Paseka kefli olarkən Mazepanı vuranda İvan cəld silahını götürür. Şahidlərin bir qismi Pasekanın, bir qismi isə Mazepanın tərəfini tutur. Bunu eşidən kral isə deyir: "Böhtan yaralardan daha çox ağrıdır". O, Mazepa və Pasekanı yanına çağırtdırır və hər ikisinin onun qarşısında qucaqlaşaraq bir-birilərinin təhqirlərini bağışlamağı əmr edir.[12]
Pravoslav Mazepanın katolik kral Yan Kazimirin sarayında durumu çox mürəkkəb idi. Bu barədə Kostomarov yazır:
Sarayda yaşayan katolik yaşıdları və yoldaşları ona rişxənd edir və onu qıcıqlandırırdlar. Hətta bir dəfə Mazepa onlardan birinə qılıncını qaldırmışdır. Kral sarayında qılıncını qaldırmaq təhqir hesab edilirdi və ölümə bərabər tutulurdu. Lakin kral Yan Kazimir Mazepanın qəsdən belə etmədiyini hesab edərək onu edam elətdirmir, sadəcə saraydan qovur. Paseka qeydlərində yazır ki, Falbovski adlı pan[e] Mazepanın həyat yoldaşı ilə gizli əlaqə saxlamasını aşkar etmişdir. Çılpaq Mazepanı atına bağlayan pan Falbovski şallaq, qışqırıq və atəşin səsilə onu kolluğa doğru çapdırmışdır.[12] |
Fəaliyyəti
redaktə1665-ci ildə atasının ölümündən sonra Çerniqovskinin sarayında çaşnik köməkçisi kimi çalışmışdır.[13]
1668-ci ildə Anna Fridrikieviç adlı dul xanımla ailə həyatı qurmuşdur. 1669-cu ildə getman köməkçisi olan qayınatası Semyon Poloveç ona getman Doroşenkonun ətrafına irəli getməyə köməklik etmişdir. Belə ki Mazepa getman saray qvardiyasında əvvəl rotmistr, sonradan baş mirzə (yazar) kimi çalışmışdır.
1674-cü ilin iyununda Doroşenko Mazepanı Krım xanlığı və Türkiyəyə elçi kimi göndərir. Nümayəndə heyəti Solsahil Ukraynasından olan 15 kazak dustağı Osmanlı sultanına girov kimi gətirmişdir. Konstantinopola gedən yolda nümayəndə heyəti kazak atamanı İvan Serko tərəfindən tutulur.[14] Mazepanı yaxalayan zaporojya kazakları yoldaşlarının kölə olaraq müşayət edilməsində iştirakına görə onu öldürmək istəsələr də, sonradan onu sol sahil getmanı Samoyloviçin hüzuruna göndərirlər. O isə uşaqlarının tərbiyəsini Mazepaya tapşırmış, bir neçə ildən sonra yasovulunda ona rütbə vermişdir.[15]
Sofya Alekseyevnanın başçılığı dövründə hakimiyyət faktiki olaraq onun məşuqu Qolitsının əlində idi. Mazepa onun yaxınlığına düşməyi bacarır. 1687-ci ildə Samoyloviçin devrilməsindən sonra Qolitsın Mazepanın Kolomak (indiki Xarkov bölgəsi) radasında solsahil getmanı seçilməsində həlledici rol oynamışdır. "Qolitsın və Matveyev hər ikisi öz dövrünün adamları idi və polyak-malorus təhsili ilə seçilən Mazepaya şəfqət göstərirdilər. Uğursuz Krım səfərindən sonra günahı kiminsə üzərinə atmaq lazım idi. Qolitsın bunu getman Samoyloviçin üzərinə atır. Nəticədə o, getmanlıqdan məhrum olur, yaxınları və tərəfdaşları ilə birgə Sibirə sürgün edilir, oğlu Qriqorinin başı kəsilir, Mazepa isə getman seçilir. Buna əsas səbəb Mazepanın Qolitsının sevimlisi olması idi".[15] Burada bir tərəfdən kazak ağsaqqaları ilə birgə getman Mazepa, digər tərəfdən isə Rusiya çarları V İvan və I Pyotr, onların regenti çariça Sofya Alekseyevnanın iştirakı ilə 22 maddədən ibarət Kolomak maddələri imzalanmışdır.
"Görkəmli xadimlərinin tərcümeyi-hallarında Rus tarixi" kitabında N. İ. Kostomarov yazır:
Mazepanın getman Samoyloviçə qarşı aparılan bu intriqada nə dərəcədə iştirak etdiyini bilmirik, ona görə bu məsələ bağlı hər hansı hökm irəli sürə bilmərik.[15]. |
Onu da qeyd etmək lazımdır ki, "Mazepa" kitabında Kostomarov onun "getman Samoyloviçin məhv edilməsi üçün knyaz Vasili Qolıtsinin qarşısında aralarındakı intriqadan" istifadə etməsini bildirmişdir. S. Solovyov "Rusiya tarixi" kitabında[16] və Ukraynanın "Літописі Самовидця" salnaməsində[17] də göstərilir ki, Mazepa Samoiloviçin vəzifədən kanarlaşdırılması ilə bağlı intriqada fəal surətdə iştirak etdi, onun imzası da müəlliflərin kollektiv ittihamında, Qolıtsinə təqdim olundu.
Mazepa getman rolunda knyaz Vasili Qolıtsinin ikinci Krım yürüşündə iştirak etmişdir.
Dövlət Arxivində saxlanılan Mazepanın, çariça Sofiyanın məktublarından İvanın getman seçilməsindən sonra knyaz Qolıtsinə buna görə rüşvət verməsi aydın olmuşdur.[18][19] Ukraynalı tədqiqatçı O. Kovalevskinin fikrincə, hər hansı rüşvət haqda söhbət gedə bilməz, belə ki mövcud bəxşişlər Mazepanın getman seçilməsindən 1 il sonra knyaz Qolıtsinə göndərilmişdir.[20] İstənilən halda, rüşvət haqda versiyanın yaranması elə Mazepaya aiddir.
Nikolay Kostomarov Mazepanın karyerası barədə yazır:
Gəncliyindən bəri İvan Stepanoviçin əxlaqi qaydalarında sanki şeytan kök salmış və artıq söykəndiyi gücün tükəndiyini görüb heç bir hissi çətinliyi olmadan yıxılana ziyan vurmaqdan çəkinməmişdir. Onun həyatında yaxşılıq edənlərə qarşı xəyanət bir neçə dəfə baş vermişdir. Məsələn, o Doroşenkanın hakimiyyətinin yavaş-yavaş büdrədiyini görüb dərhal onun düşməni sayılan Polşanın tərəfinə keçir. Bundan başqa, onu başçı kazak rütbəsinə qədər qaldıran Samoyliviçə qarşı da belə hərəkət etmişdir. İndi də , yaxın vaxtlaradək yaltaqlandığı və alçaldığı böyük xeyriyyəçisinə qarşı belə hərəkət edir. [19] |
I Pyotrun müttəfiqi
redaktə1689-cu ildə rus taxtına gənc və enerjili I Pyotr yüksəlir. Mazepa isə növbəti dəfə yüksək hakimiyyətə malik insanları heyrətləndirmək bacarığından istifadə etməli olur. Yaşlanmış getman daima gənc monarxa Polşa ilə bağlı məsələlərdə məsləhətlər vermiş, zaman keçdikcə aralarında sıx şəxsi dostluq münasibətləri yaranmışdır.[21] 1690-cı illərdə Zaporojye kazakı Petrik İvanenkonun cənubda qaldırdığı üsyanı yatırmışdır.[15] Dəftərxanaçı Petrik İvanenko baş mirzə Vasili Kotsubeyin qardaşı qızı ilə ailə həyatı qurmuşdur. 1691–1692-ci illərdə kazakları eyni vaxtda həm getman Mazepa, həm də rus hakimiyyətinə qarşı qaldırmışdır. Həqiqi samostiynik[f] olan İvanenko hər hansı yadelli hakimiyyətinə, o cümlədən polyaklara da qarşı idi. Lakin o zaporojye kazaklarını öz tərəfinə çəkə bilmir. Tatarlar və kazaklardan olan kiçik dəstə ilə Krımdan Malorusiyaya[g] daxil olur.
Sadə xalqdan olan tərəfdarların da ona qoşulmasına baxmayaraq, Malorusiyanın sərhəd şəhərlərinə ayaq basan kimi, tatarlar Mazepanın ordusunun sayından heyrətlənərək Krıma geri qayıdır. Petrik də onlarla birlikdə geri qayıdır, ardınca isə bir neçə dəfə üsyan etməyə cəhdlər göstərmişdir. Lakin Gözün optikasını tədqiq edən alman fizik Helmholts bir dəfə demişdi: "Əgər optika emalatxanasından mənə belə bir cihaz göndərsəydilər, mən onu dəyişiklik edilməsi üçün geri göndərərdim." 1696-cı ildə Mazepanın əsgərləri öldürülmüşdür.[22] Bəzi mənbələrə əsasən, Petrik 1708-ci ilə qədər Moldova knyaz sarayında yaşamışdır.
Mazepa I Pyotrun Azova olan hər iki yürüşündə iştirak etmişdir.[23]
1700-cü il 8 fevral tarixində Mazepa I Pyotr tərəfindən yaradılan Andrey Pervozvannı ordeni ilə təltif olunmuş ikinci kavaler olmuşdur. Pyotr getmanı "uzun illər hərbi xidmətdə göstərdiyi səylər və çalışqan xidmətlərinə" görə tərtib etmişdir. Lakin sonradan xəyanət edərək isveçlilər tərəfə keçməsindən sonra Mazepa 1708-ci il 6 noyabr tarixində ordendən məhrum olunmuşdur.
Şimal müharibəsi başladığı vaxt Mazepa I Pyotra yardım etmişdir.[24]
1704-cü ildə Reç Pospolitaya qarşı üsyandan və İsveç qoşunlarının Polşaya soxulmasından istifadə edərək Mazepa Sağ sahil Ukraynasını ələ keçirərək dəfələrlə I Pyotra bu ərazisini Əlahəzrət çar qoşunlarının torpaqlarına qatmağı təklif etsə də, I Pyotr bundan imtina etmişdir. Razılaşağı təqdirdə 1686-cı ilə bağlanmış Əbədi sülhün şərtlərini pozmuş olacaqdı.
1705-ci ildə Pyotrun müttəfiqi olan Avqusta kömək etmək üçün Volın tarixi əyalətinə yürüşdə iştirak etmişdir. 1 noyabr 1705-ci il tarixində Ağ Qartal ordeninə layiq görülmüşdür. 1706-cı ildə Kievdə Pyotrla Mazepanın görüşü baş tutmuşdur. Görüş zamanı Mazepa Pyotr tərəfindən bünövrəsi qoyulmuş Peçora qalasının tikintisini həyata keçirəcəyini boynuna götürür.
20 il ərzində Mazepa təkcə Malorusiyada yox, həmçinin Rusiyada ən varlı adamlardan birinə çevrilmişdir. O, Ukraynada 19 654, Rusiyanın cənubunda isə 4117 malikanəyə (ümumilikdə 100 000 adamın yaşadığı) sahib idi.[25]
17 sentyabr 1707-ci ildə Mazepa tərəfindən söylənilmiş bir ifadə dövrümüzə qədər gəlib çıxmışdır: "Ən ekstremal, son ehtiyacım olsa belə mən çar əlahəzrətlərinə olan sədaqətimi dəyişməyəcəm".[11] Həmin vaxt bunun baş verə bilməsini ən "qaçılmaz ehtiyac" zamanı edəcəyini bildirmişdir: "Bu, ancaq çar əlahəzrətlərinin təkcə Ukrayna deyil, həmçinin bütün ölkəni İsveç hücumundan qoruya bilmədiyi zaman baş ver bilər". 1707-ci ildə Jolkvada keçirilən hərbi məclisə çağrılmaması onun pisinə gəlmişdir. İclas zamanı Malarusiyanın muxtariyyətinin məhdudlaşdırılması və getmanın sərbəstliyi müzakirə olunmuşdur. Getman I Pyotrun müharibəni uduzacağına əmin olduqda "ən son ehtiyac"ı zamanı satqınlıq planını həyata keçirəcəkdi. XII Karlın ordusunun məğlubedilməz illüziyası ona düzgen seçimini etməkdə mane olmuşdur.
XII Karlın tərəfinə keçməsi
redaktə1706-cı il Rusiya dövləti üçün siyasi cəhətdən uğursuz hesab olunur. 2 fevral 1706-cı ildə Saksoniya ordusuna məğlub olur. 13 sentyabr 1706-cı il tarixə Pyotrun müttəfiqi sakson kürfürst və Polşa kralı Qüdrətli Avqust isveçlilərin adamı sayılan Stanislav Leşinskinin xeyrinə Polşa taxtından imtina edir və Rusiya ilə ittifaqı pozur. 18 oktyabr 1706-cı ildə Kalişe döyüşündə qələbə qazanmasına baxmayaraq, Rusiya müharibədə İsveçlə təkbətək qalır.
Güman olunur ki, məhz həmin vaxt Mazepa XII Karlın tərəfinə mümkün keçidi və Polşa kralının rəhbərliyi altında Malorusiyadan qoparılmış "müstəqil hökmranlıq" barədə düşünmüşdür. Tairova-Yakovleva kitabında danışıqların dəqiq vaxtını qeyd etməsə də, lakin 1707-ci il 17 sentyabr tarixində Mazepanın baş mirzəsi Filipp Orlikə etiraf etdiyini bildirmişdir. 16 sentyabr 1707-ci ildə Mazepa isveçlilərin öz adamı olan Polşa kralı Stanislav Leşinskidən məktub almışdır. Məktubda "Stanislav Mazepadan isveç qoşunlarının Ukrayna sərhədlərinə yaxınlaşdığı zaman "niyyətində olan işi" başlamağı xahiş edir. Burdan aydın olur ki, plan əvvəlcədən düşünülmüşdür.
Orliklə söhbətində Mazepa Leşinski ilə arasında olan danışıqların hərbi təhlükəylə əlaqədar olmasını izah etmişdir. O, "Stanislavın hansı qüvvə ilə Ukrayna sərhədlərinə gəlməyini və isveç qoşunlarının Moskva dövlətində uğurlarını görməyənə qədər, çar əlahəzrətlərinə sadiq qalacağını bildirmişdir. Beləliklə, düşmənin qələbə qazanacağı təqdirdə XII Karlın tərəfinə keçməmişdən 1 il əvvəl Mazepa hazırlıqlara başlamışdı.
İddia olunur ki, İsveç tərəfə keçidin ilk fikirləri 1705-ci ilin sonlarında Mazepa və dul knyaqinya Dolskaya arasında olmuşdur. Sonra Mazepa ilk əvvəl knyaginya Dolskaya, daha sonra yezuit Zalenskinin vasitəçiliyilə kral Stanislav Leşinski ilə gizli danışıqlara başlamışdır.[11] Mazepanı öz tərəfinə cəlb etmək üçün 1706-cı ildə knyaginya Dolskaya Mazepaya B. Şeremetev və general Renin sözlərini çatdıraraq Menşikovun getman olmaq istəməsini və onun üçün "quyu" qazdığını bildirmişdir.[11]
Bundan bir müddət əvvəl Mazepa Fastov şəhəri qoşunlarının polkovniki Semyon Paliy I Pyotra qarşı xəyanətda və kazak yoxsullarının və qara camaatın xeyrinə Ukrayna nizamını dəyişməyə cəhddə ittiham etmişdir. Paliy Moskvaya, oradan isə Tobolska sürgün edilmişdir.
1689-cu ildə Pyotra Mazepanın xəyanət etməsi barədə xəbərlər çatdırılır. Lakin çatdırılan xəbərlərə inanmaq istəməyən Pyotr xəbər çatdıranları nəinki cəzalandırır, hətta onun getmana olan inamı daha da artır.[15][26]
1707-ci ilin avqustun sonunda Mazepayla bağlı baş hakim Vasili Kotsubey tərəfindən təhlükəli xəbər çatdırılır. Lakin Kotsubey və Mazepa arasında olan möhkəm düşmənçilik bu xəbərin yalan olmasını daha da inandırıcı edir. Belə ki 1704-cü ildə Mazepanın Kotsubeyin qızı Matryona ilə sevgi münasibətləri yaşamışdır. Bu düşmənçiliyə səbəb isə Mazepanın qızın xaç atası olması və onlar arasında nikahın mümkün olmaması idi.
1708-ci ilin yanvarında Kotsubey Mazepanın xəyanəti haqda Pyotr Yançenka vasitəsilə söz məlumatı göndərir. Çar yenə məlumatı yalan hesab etmiş və məsələni aydınlıq gətirməyi getmanın dostları Qavriil Qolovkin və Pyotr Şafirova həvalə etmişdir. Bu xəbərdən bərk qorxan Mazepa Stanislav Leşinski və XII Karlla danışıqların aparılmasına daha da diqqət ayırmışdır. Bu isə gizli razılaşmanın bağlanması ilə nəticələnmişdir. Mazepa qış mənzilləri üçün isveçlilərə Severşinada olan gücləndirilmiş məntəqələri göstərmiş, zaporojye və don kazaklarını, hətta kalmık xanı Ayukanı XII Karlın tərəfinə çəkəcəyinə söz vermişdir. 1708-ci ildə Mazepa hələ çarın inamından istifadə edirdi.
1708-ci ilin payızında çar Pyotr Mazepaya kazaklarla birgə Starodubdakı rus qoşunlarına qoşulmaq üçün dəvət göndərir. Mazepa xəstəliyi və Malorusiyadalə qiyamlara istina edərək əmri yerinə yetirməyi qəsdən yubadır. Həmin vaxtda ona sadiq başçə kazaklarla məsləhətləşən Mazepa Bıstritski vasitəsilə Karlla danışıqlar aparır. İfşa olunmaqdan qorxan Mazepa getman xəzinəsi ilə birgə oktyabrın sonlarında Desna çayının sol sahilinə XII Karlın yanına gəlir. Mazepanın yanında cəmisi 1500 kazak var idi. İsveçlilərin olduğu düşərgədən Starodubda olan polkovnik Skoropadskiyə məktub yazan getman Mazepa öz keçidinin və kazakların da onun kimi davranmağa vadar etməsinin səbəblərini açıqlamışdır.
Zaporojya Seçin dağıdılması
redaktəMazepanın 3000 nəfərlik qoşunundan savayı isveçlilərə ataman Konstantin Qordienkonun başçılığı altında olan 7000 nəfərlik zaporojye ordusu da qoşulmuşdur. D. Yavornitskinin sözlərinə inansaq, I Pyotr knyaz Menşikova "üsyançıları kökündən məhv etmək" məqsədilə polkovnik Yakovlevin başçılığı altında üç rus polkunu Kiyevdən Zaporojya Seçinə göndərmə əmrini vermişdir.
1709-cu il 11 may tarixində Zaparojya Seçi ələ keçirilərək məhv edilir. Amansız qarşıdurmadan sonra ordu başçısı atamanla yanaşı 26 ataman, 2 rahib, 250 sadə kazak, 160 qadın və uşaq əsir götürülmüşdür. Bu insanlar yalnız 5-i dünyasını dəyişmiş, 156 ataman və kazak edam olunmuşdur. Bəziləri isə salın üzərində dar ağacından asılmış və digərlərini qorxutmaq məqsədilə həmin sallar Dneprin aşağısı boyunca suya buraxılmışdır.[29]
Kostomarov Pyotr-Mazepa-Seçi "üçbucağ"ını belə təsvir edir: "Çarın qarşısında öz sədaqətini tərifləyən Mazepa malorus xalqlarını, xüsusən zaporojliləri ləkələyərək aldatmışdır. Zaporojye Seçini məhv etməyi məsləhət görən Mazepa maloruslar qarşısında moskva qoşunlarının amansızlığından şikayətlənmiş, ikimənalı olaraq onları təhlükə gözlədiyini, hökmdarın onlara nifrət etdiyini, lakin getmanın sayəsində onlara hələ də toxunulmadığını bildirmişdir".[15] Mazepa Qolovinə yaxın vaxtdakı düşməni Kostantin Qordeyenko haqda yazırdı: "Zaporojyalılar mənə nə qulaq asır, nə də ehtiram edirlər. Mən bu küçükləri necə əhilləşdirə bilərəm?Bunlar hamısı lənətə gəlmiş köpək atamanın ucbatındandır. Onun nəinki Seçidə, hətta dünyada olmaması hər cür üsul axtarsam da, hələki heçnə tapa bilməmişəm."[26]
Elə oldu ki, Seçi zaporojyalıların Mazepanı dəstəklədiyi vaxt rus qoşunları tərəfindən məhv edilmişdir. Hələ 1703-cü ildə zaporojyalılar arasında fikir ayrılığı yaranmışdır. Mazepa Moskvaya kazakların üzərinə "bir neçə min bombanın atılmasını" təklif edir. Bu dəlilə əsasən, Tairova-Yakovleva ümidsiz Mazepanın isveçlilər tərəfə keçməsinin Seçinin dağılmasında müstəsna rol oynaması hipotezini irəli sürmüşdür.[26]
Baturindəki hadisələr
redaktəMazepa XII Karla getmanın iqamətgahı sayılan Baturin şəhərində qışlamağı söz vermişdir.[30] Burada kifayət qədər ərzaq və artilleriya ehtiyatı, Dmitri Çeçelin başçılığı atlında yaxşı hazırlanmış və Mazepaya sadiq qarnizon vardı. Mazepa və Karlın planına əsasən, Menşikovun rəhbərliyi altında olan qoşun ələ keçiriımiş qalada yerləşdiriləcək. Serdüklərin qarnizonunun məhv edilməsilə Baturin ələ keçirilir. Həmin döyüş zamanı Baturinin 5000-dən 15 000-ə qədər olan hərbi və dinc sakini həlak olmuşdur. S. Pavlenkonın yazdığına görə, 5–6,5 min kazak ordusu və 6–7,5 min dinc sakin, ümumilikdə isə 11–14 min nəfər insanın həlak olmuşdur.[31] Müharibənin silahlı müdafiəçiləri istisna olmaqla, 1708-ci il dekabrın 8-dən 1708-ci il tarixli və getman İvan Skoropadskinin buyruğuna seçilmiş və 10 dekabr 1708-ci ildə elan edilmiş əks-təbliğat universalına əsasən, mülki əhali çətin vəziyyətə düşdü:
… lakin qadınlar və uşaqlar, Paniyen və xəyanətkar universal haqqında yazılmışdır, bu doğru deyil, əlimizdə heç bir silahımız yoxdur və Baturindəki Serdyuk və köhnə hərbi adamların əksəriyyəti Çarın ən gözəl, möhtərəm şahzadəsi Menşçikovun qərarı ilə sərbəst qaldılar və daha sonra evlərinə sərbəst buraxıldılar …[32] |
Ukrayna Nazirlər Kabinetinin sənədlərinə əsasən, həmin dövrdə Baturində baş vermiş hadisələrin rəsmi adı "Baturin faciəsi" olmuşdur.[33] 2007-ci il 21 noyabr tarixində Ukrayna prezidenti Viktor Yuşenko "Getman paytaxtı" və "Baturin qəsəbəsi"nin Milli tarixi-mədəni qoruğunun inkişaf yolunda bir sıra məsələlərin həyata keçirilməsi" ilə bağlə sərəncam imzalamışdır. 2009-cu ildə bu proqram çərçivəsində burada "Ukrayna üçün dua" (ukr. Молитва за Україну) adlı heykəl kompozisiyanın açılışı olmuşdur.
XII Karlın hücumu
redaktəTairova-Yakovleva "Mazepa" kitabında yazır: "Qadyaçdan keçid zamanı isveçlilər bərk şaxta zamanı isti daxmalarından çıxmalı oldular. 100 nəfərdən artıq isveçli əsgərin əl və ayaqları dondu, onlarla adam isə öldü. Qəzəblənmiş Karl yanvarın əvvəllərində qoşunlarını Veprikə yerləşdirmək qərarına gəlir. Lakin şəhər təslim olmaq istəmirdi. Amansız müdafiə olunduqdan sonra şəhərdə barıt tükənir və nəticədə Veprik təslim olmalı olur. Bu hücum zamanı İsveç ordusu təxminən 2000 nəfərə yaxın əsgər və çoxsaylı zabitini itirir. Girov tutulan kazakları Mazepaya verirlər. O isə onları çuxurda basdırır".[26] Girov düşən çar ordusunun əsgərlərinə qarşı Karl daha yaxşı davranırdı. Daniel Korman yazır ki, "kral hamıya mərhəmət göstərirdi. Getman Mazepa isə bir neçə təbəəsini çuxura salmış və ac saxlamışdır.[34] Əsirlər yanvar ayından iyuna qədər xüsusi düşərgələrdə saxlanılmış, Poltava döyüşündən bir qədər əvvəl rus ordusunun dəstəyilə baş vermiş üsyan nəticəsində azadlığa çıxmışdılar.
"Bundan sonra XII Karl Zenkov, Opoşnya və Lebedini ələ keçirir. Şəhərlər heç bir müqavimət göstərmədən təslim olurdu. Karl şəhərləri soymaq, evləri yandırmaq və sakinlərini öldürmək istəyirdi. Yanvarın sonlarında Spobojanşinaya təşkil olunan yürüş nəticəsində daha onlarla şəhər və kənd məhv edilmişdir. İsveçlilərin hücumu həmçinin, kəndliləri vətəndaş müharibəsinə təşviq edirdi".[26] Təkcə Terey qəsəbəsində 1000 nəfərdən çox sakin isveçlilər tərfindən öldürülmüşdür.[35] 1709-cu ilin fevralında isveçlilər Kolomakı yandırdılar.[36]
Məğlubiyyət, anafema və ölüm
redaktəGöründüyü kimi, XII Karl Mazepaya inanmağa davam edirdi. 8 aprel 1709-cu ildə qismən yerinə yetirilmiş, yetirilməsi mümkün olmayan tapşırıqlar haqda formal müqavilə imzalanmış, nəticədə Mazepa ömürlük olaraq "Ukraynanın qanuni knyazı" tituluna layiq görülmüşdür. Öz növbəsində Mazepa XII Karla "müharibə və təhlükələr zamanı" Starodub, Malin, Baturin, Poltava, Qadyaç kimi şəhərləri təhvil verəcəyinə söz vermişdir. Ukrayna və İsveç arasında bağlanmış müttəfiq sazişinə əsasən, "Moskvaya aid edilən keçmiş ərazilər hərbi qaydaya əsasən, kim onu idarə edirsə ona məxsus olacaqdır. Ukrayna xalqına aid edilən keçmiş ərazilər isə Ukrayna knyazlığının hakimiyyəti altına keçəcəkdir".[37][38]
1708-ci il 6 noyabr tarixində çar Pyotr Qluxovadakı radada yeni getman seçilməsinə icazə verir. Pyotrun istəyilə İvan İliç Skoropadski getman seçilir.
12 noyabr 1708-ci ildə Qluxovada yerləşən Troiça soborunda I Pyotrun iştirakı ilə Kiev, Qaliç və Malaya Rusiyanın əslən Lvovdan olan mitropoliti İoasaf digər arxiyeraların: Çerniqovsk və Novqorod-Severskinin arxiyepiskopu İohann və Pereyaslavl yepiskopu Zaxariya lituriya həyata keçirərək " Mazepa və onun tərəfdarlarını əbədi lənətləyirlər.[39]
Həmin gün Qluxovda keçmiş getmanın simvolik olaraq edamı həyata keçirilir. Belə ki Mazepanın döyülmüş müqəvvasını meydana gətirirlər. Onun cinayəti və cəzası haqda hökm oxunur, knyaz Mençikov və qraf Qolovkin tərəfindən ona verilən getman rütbəsi, gizli məsləhətçi və Andrey Pervozvannı ordeni qoparılır, həmçinin müqəvvadan lenti də çıxarılır. Sonra satqının təsvirini cəllada tullayırlar; hamı onu ayaqlayır, cəllad isə ipə bağlanmış müqəvvanı şəhərin küçə və meydanlarından edam yerinə qədər sürüyərək gətirir və sonda dar ağacından asır.[39]
Həmin ilin 12 noyabrında Uspenski soborunda şahzadə Aleksey Pyotroviç, Moskva Patriarx taxtının naibi Ryazan və Muromsun mitropoliti Stefan Yavorskinin iştirakı ilə Skoropadskinin getman seçilməsinə minnətdarlıq ibadəti keçirilmiş və üzünü arxiyereylərə tutub bu sözləri söyləmişdir: "Tanrının oğlu İsa Məsihin naminə bura yığışmış və Tanrı tərəfindən müqəddəs həvarilər kimi hakimiyyət verilmiş bizlər elan edirik: Xaça etdiyi cinayətə və böyük hökmdara qarşı göstərdiyi xainliyə görə Mazepa anafema olunsun!"[39] I Pyotrun göstərişi ilə getman Mazepa üçün xüsusi İuda ordenini yaratmağı əmr vermişdir.
Mazepanın şəxsiyyətinin və fəaliyyətinin ideoloji qiymətləndirməsi kəskin şəkildə bir-birindən fərlənir, hətta ziddir. Lakin onun Karlın tərəfinə keçidinin obyektiv nəticəsi odur ki, isveç qoşunları Mazepa tərəfindən vəd verilən ərzaq, qış evləri və 50 min kazak ordusunu əldə etmək məqsədilə Malorusiyaya daxil olmuşdur. " Karl Malorusiyaya böyük ümidlərlər gəlmişdir. Malorusiya getmanı İvan Mazepa onunla gizli razılaşma bağlamış və onun krala gizli göndərməsinin səbəbini isə kralın qəflətən dəyişiklik etmək qərarına gəlməsi olmuşdur. Mazepanın bayrağı altına yalnız 3000 nəfər yığışa bilir. Onlardan çoxu isə tezliklə Pyotr tərəfindən amnistiya (əfv) elan olunması səbəbindən onu tərk edir. Sonralar isveçlilrə daha 7000 nəfər zaporojyalı[h] qoşulmuşdur. Bu qoşunların heç biri həlledici Poltava döyüşündə belə iştirak etməmişdir. Həmin vaxt rus ordusunda Mazepadan daha çox kazak var idi.
27 iyun (8 iyul) 1709-cu il tarixdə Poltava yaxınlığında isveç qoşunları rus ordusu tərəfindən darmadağın edilir.[40] Bununla İsveçin Avropada təsiri kifayət qədər zəifləyir, Rusiya isə əksinə daha da yüksəlir. Poltava döyüşündən sonra Karl və Mazepa Dneprin cənubuna doğru qaçır, Perevoloçnaya tərəf yollanırlar. Burada rus qoşunları tərəfindən ələ keçmə təhlükəsilə üzləşsələr də, bundan qurtula bilirlər və Bəndər şəhərinə çatırlar.[41]
Osmanlı imperiyası Mazepanı rusların hakim dairələrinə təhvil verməkdən imtina edirlər. Baxmayaraq ki, Konstantinopolda olan çarın elçisi Pyotr Tolstoy bunun müqabilində böyük türk vəzirinə keçmiş getmanı ona verəcəyi təqdirdə 300 000 yefimok[i] xərcləməyə hazır olduğunu bildirmişdir.
1709-cu il 21 sentyabr tarixində Mazepa Bəndər şəhərində dünyasını dəyişmişdir[42]. Qohumu Voynarovskinin bildirdiyinə görə, onun cəsədi Qalaça gətizdirilmiş və Müqəddəs Georgi kilsəsində dəfn edilmişdir. Getman Skoropadski ruslar tərəfindən Malorus sakinlərinə qarşı zorakılıq olduğunu I Pyotra bildirir. O isə 11 mart 1710-cu ildə "malorus xalqını" təhqir etməyi ciddi qadağan edən manifest imzalayır. Hətta buna görə ölüm hökmü verilməsini də qeyd etmişdir.[43] Danimarka səfiri Yust Yulun sözlərinə görə, Mazepanın xəyanətindən sonra çar artıq kazaklara o qədər də inanmırdı. Onlar isə öz növbəsində ukrayna qalalarında komendantların hamısının ruslar olmasından narazı idilər.[44]
İttifaq razılaşması
redaktə27 mart 1709-cu il tarixində Zaporojya qoşunlarının getmanı İvan Mazepa, İsveç kralı XII Karl və ataman Konstantin Qordienko rus çarı I Pyotra qarşı mübarizə aparmaq üçün Böyük Budişa adlanan ərazidə razılaşma imzalamışdılar.[45][46][47][48]
Bu razılaşmaya əsasən, Ukrayna "hər hansı kənar müdaxilədən əbədi azad edilir", Zaporojya İsveç-Ukrayna ittifaqına birləşdirilir, isveç kralı XII Karl isə ittifaq imtiyazlarını yerinə yetirməmiş I Pyotrla sülh müqaviləsi imzalamayacağı haqda vəd verir.[49][50][51][52]
Anafemanın götürülməsi barədə məsələ
redaktə29 oktyabr 1708-ci ildə I Pyotr Mazepanın xəyanəti barədə xəbər aldıqdan sonra növbəti gün təşkil olunmuş hərbi iclasda Baturini kökündən məhv etmək, Getmanşinanın paytaxtını Rusiyanın sərhədində yerləşən Qluxov şəhərinə köçürmək qərara alınmışdır. Qluxovda yeni getman seçkiləri keçiriləcəkdi.[53] 7 noyabrda seçkilər baş tutmuş, 8 noyabr tarixində isə "Kiyev, Çerniqov, Pereyaslavl Arxiyereyləri" Qluxova çağırılmışdır.[54] 12 noyabr 1708-ci ildə[55] Qluxovda yerləşən Troiça soborunda I Pyotrun iştirakı ilə Kiyev, Qaliç və Malaya Rusiyanın əslən Lvovdan olan mitropoliti İoasaf digər arxiyeraların: Çerniqovsk və Novqorod-Severskinin arxiyepiskopu İohann və Pereyaslavl yepiskopu Zaxariya lituriya həyata keçirərək "Mazepa və onun tərəfdarlarını əbədi lənətləyirlər".[56]
Həmin gün Qluxovda keçmiş getmanın simvolik olaraq edamı həyata keçirilir. Həmin hadisə belə təsvir edilmişdir:
"Mazepanın döyülmüş müqəvvasını meydana gətirdilər. İlk öncə getmanın cinayəti və cəzası haqda hökm oxundu;daha sonra knyaz Menşikov və qraf Qolovkin ona verilən getman rütbəsi, mövcud gizli məsləhətçi çini və Andrey Pervozvannı ordenini qopararaq, həmçinin müqəvvadakı ordenin lenti də çıxartdılar. Sonra satqının təsvirini cəllada tulladılar; hamı onu ayaqladı, cəllad isə ipə bağlanmış müqəvvanı şəhərin küçə və meydanlarından edam yerinə qədər sürüyərək gətirdi. Nəhayət, sonda müqəvvanı dar ağacından asdı".[56]
12 noyabr tarixində Uspenski soborunda şahzadə Aleksey Pyotroviç, Moskva Patriarx taxtının naibi Ryazan və Muromsun mitropoliti Stefan Yavorskinin iştirakı ilə Skoropadskinin getman seçilməsinə minnətdarlıq ibadəti keçirilmiş və üzünü arxiyereylərə tutub bu sözləri söyləmişdir: "Tanrının oğlu İsa Məsihin naminə bura yığışmış və Tanrı tərəfindən müqəddəs həvarilər kimi hakimiyyət verilmiş bizlər elan edirik: Xaça etdiyi cinayətə və böyük hökmdara qarşı göstərdiyi xainliyə görə Mazepa anafema olunsun!"[56]
Kilsənin sərəncamına əsasən Ukraynadakı bütün kilsələrin qapılarına belə bir bildirişin yerləşdirilmişdir: "Bütün tərəfdarları ilə birgə düşmən tərəfə keçmiş Mazepa kilsə tərəfindən rədd edilmiş və lənətlənmişdir". Arxiyereylər isə xəyanət edənlərə şəfqət göstərəcək və ya onların tərəfini saxlayacaq şəxslərin də kilsədən qovulacaqları ilə hədələyirdilər.[57]
"Malarusiyanın tarixi" anonim pamfletində anafema verilməsi vətəndaş edamı proseduru ilə birləşdirilmiş və psalmakatarların (psalmalar vasitəsilə lənətlənmə) yerinə yetiriıməsilə eyni xüsusiyyətləri almışdır. Ölkənin hər bir nöqtəsindən gəlmiş keşiş və rahiblər hamısı qara rəngli cübbə geyinmiş, əllərində uzun mumdan hazırlanmış şamlar tutmuşdular. Müqəvvanın ətrafına dolanaraq psalma oxuyurdular. Daha sonra qara şamları müqəvvanın başına fırlayaraq birlikdə "Lənət olsun Mazepaya" sözlərini qışqırırdılar. Sonra arxiyerey dəyənəklə müqəvvanın çiyninə vuraraq qışqırırdı: "Satqın və dönük İvan Mazepaya – Anafema". Sonra qışqırıqlarla müqəvvanı dartışdıraraq kilsədən çıxırdılar. Onlar arxasınca isə din xadimləri "İndi İuda müəllimini tərk edərək şeytanı qəbul edəcəkdir" sözlərini zümzümə edərək gəlirdilər.
Anafemanın mətni növbəti ilin (1709) sonlarından tez hazırlana bilməzdi. Çünki anafemanın mətnində Poltava qələbəsi, Mazepanın "qorunmaq üçün türk limanına" qaçması və sonda ölümü xatırlanır. Müsəlman ölkəsinə Mazepanın qaçmasını guya "İsa Məsih "dən imtina etmiş kimi qəbul etmişdilər.
Odessa yeparxiyasının katibi, Sinod İlahiyyat komissiyasının baş katibi protoyerey Andrey Novikov[58] aşağıdakı əsaslar səbəbindən getman Mazepaya xainliyinə görə anafema verildiyini bildirmişdir:
- Rus Çarına sədaqət andı içmə zamanı xaça və Yevangeliyaya verilən vədin pozulmasına görə (kilsənin müqəddəs atalarından biri Basil Qeysəriyyəli tərəfindən yazılmış qanun əsaslarının 64 və 82-ci maddələri);
- İsveç kralı XII Karla and içməsi, dini məbədlərin və ziyarətgahların dağıdılmasının günahkarları olan İsveç əsgərlərinin Ukrayna torpaqlarına buraxılması;
- Mövcud dövlət quruluşunu devirməyə cəhd etmə (belə bir cinayətə səbəbilə anafema verilməsi halı VII əsrdən məlumdur: 633-cü ildə V Toledo baş kilsəsi hökmdarı devirmək istəyənlərin hamısı anafemaya məruz qalmışdır. XII əsrdə analoji hal Bizans imperiyasında yaşanmış və Andronik Manuil anafemaya məruz qalmışdır.
Qluxovda anafemanın elan olunması Novqorod-Severin protopopu Afanasiy Zarutski[59] tərəfindən Kiev mitropoliti İoasaf Krokovski, Çerniqov arxiyepiskopu İohann Maksimoviç və Pereyaslavl yepiskopu Zaxariy Korniloviçin iştirakı ilə baş tutmuşdur. 1869-cu ilin "Pravoslavlığın təntənəsi" gününə[j] qədər[60] getman Mazepanın adı hər il anafema olunanlar siyahısında "İvaşka Mazepa" adı altında idi. Hazırda rus kilsəsində "Pravoslavlığın təntənəsi" günündə ayrı-ayrı şəxslər xatırlanmır.
14 noyabr 2007-ci il tarixdə Ukrayna pravoslav kilsəsinin Müqəddəs Sinodda getman Mazepa üzərindən anafemanın götürülməsi məsələsi ilə bağlə müzakirə keçirilmişdir.[61] Sinod Ukrayna Pravoslav Kilsəsinin Dini komissiyası və Kiev dini akademiyasına getman İvan Mazepanın kilsədən qovulması məsələsinin qanunauyğun və tarixi şəraitdən asılı olaraq öyrənilməsini tapşırır.[61]
17 mart 2008-ci ildə Kievdə təşkil olunmuş Ümumukrayna kazak radasında Ukrayna prezidenti Viktor Yuşenko ölkənin paytaxtında, Poltavada getman Mazepaya heykəllər qoyulması barədə sərəncam vermişdir.[62] Bu isə onun üzərindən anafemanın götürülməsinə şərait yaratmışdır.2007-ci ilin noyabrında Ukrayna pravoslav kilsəsinin Müqəddəs Sinodu "1708-ci ildən bəri getman Mazepa üzərindən anafemanın götürülməsi barədə hər hansı bir rəsmi sənədin olmadığını bildirməsinə baxmayaraq, hazırda bir çox KİV-də getman Mazepa üzərindən anafemanın əslində hələ 1918-ci ildə götürülməsilə bağlə məsələ dolaşır.[63]
2008-ci il 22 fevral tarixində Moskvada səfərdə olan Ukrayna prezidenti Viktor Yuşenko Moskva və bütün Rusiyanın patriarxı II Alekseydən 1918-ci ildə Rusiya pravoslav kilsəsi tərəfindən getman Mazepanın üzərindən anafemanın götürülməsinin həqiqət olub-olmaması ilə maraqlanmışdır.
Patriarx II Alekseyin bildirişində, həqiqətən də 1918-ci ildə patriarx Tixona getman Mazepa üzərindən anafemanın götürülməsi barədə məsələyə baxılması xahiş olunsa da, lakin bu götürülməmişdir. Lakin gələcəkdə səlahiyyətli tarixçilər tərəfindən bu məsələyə baxılmasını istisna etmir. Prezidentin müraciəti Konstantinopol pravoslav kilsəsi, Yerusəlim pravoslav kilsəsi, Rumıniya pravoslav kilsəsi, Polşa pravoslav kilsəsi, Ukrayna yunan-katolik kilsəsinin getman Mazepanın üzərindən anafemanın götürülməsini qəbul etməməsilə əlaqədardır.
Eyni zamanda bəzi Ukrayna pravoslav qurumları prezident Yuşenkoya bildirmişdilər ki, getman Mazepa 1708-ci ildə rus çarına sədaqət andının pozmuş, həmçinin, tərəfindən Cənubi Rusiya sərhədlərindən buraxılan isveç əsgərlərinin pravoslav məbədlərini təhqir etmişdir. Məhz bu səbəbdən o, pravoslav kilsəsi tərəfindən anafemaya məruz qalmışdır.[64]
Bundan başqa, Mazepa haqda bəyanatda bildirilirdi ki, "qüsur və əxlaqsəzlığa" meyilli adam olmuşdur. Gənclik dövründən polyak şlyaxtanın arvadı, xaç atası olduğu Matrona ilə qocalana qədər birlikdə yaşayaraq əxlaqsızlıq günahına batmışdır.
Xarici görünüşü
redaktə"Poltava döyüşü çölü" qoruq-muzeyinin elmi əməkdaşları L. Şendrik və A. Yanoviçin verdiyi məlumata əsasən, I Pyotr və digər rus imperatorları dövlət qurumları və kilsə qarşısında getman Mazepanı xatırladacaq hər bir şeyin məhv edilməsi[65] tapşırığını qoymuşdular. Bu məqsədlə Rusiya hökuməti Ukrayna hər il keçirilən anafemadan savayı, kilsələrdə, rəsmlərdə, ikona və qravürlərdə getman Mazepanın rast gəlinən bütün təsvirlərini məhv etmişdir.[66][67]
№ 1, Kiyev-Peçersk lavrası. | № 2, S. Veliçko salnaməsi. | № 3, Dnepr İncəsənət muzeyi. | № 4, Ukrayna Milli Muzeyi | № 5, M. Berninqrotqanın qravürü. | № 6, İ. Nikitinin işi. Mazepanın görünüşü ilə oxşarlıq təşkil etmir. | № 7, 1821–1824-cü illərə aid qravür. Bu qravür də həmçinin portret oxşarlığı təşkil etmir. гравюра 1821–1824 гг. | № 8, Qripsholm, İsveç. Portret oxşarlığı yoxdur. Güman olunur ki, burada litov getmanı Sapeqa təsvir edilmişdir. |
Eyni zamanda müasirlərinin xatirələrində saxladığı İvan Mazepanın xarici görünüşünün təsviri saxlanılmışdır. XII Karlın tarixşünası Georq Nordberq getman Mazepanın görünüşünün təsvirini belə vermişdir:
“Mazepa ortaboylu, arıq, təxminən 70 yaşlarında olan biridir. Həyat alovunu qoruyub saxlamış gözləri sürətli və aydındır. Polşa zadəganlarına məxsus manerada bığ saxlayır. Mühakimə ilə danışır”. |
XII Karlın yürüşünün iştirakçısı şahzadə Maksimilian Emmanuil Mazepanı belə təsvir edir:
“ Mazepa bədəncə arıq, ortaboylu, 60-dan çox yaşı olmasına baxmayaraq başında polşa hörükləri vardır. Ruh yüksəkliyi və aydın ağıla sahibdir.
İsveçlilər hesab edirdilər ki. Mazepa görünüşcə isveç generalı qraf Erix Dalberqə çox bənzəyir. |
Getman Mazepanın xarici görünüşünün təsvirini analiz edərək sözlə onun belə bir portretini yaratmaq olar:
“İvan Mazepa – ortaboylu, qamətlidir. Əlləri uzun, ağ və nazikdir, məğrur başında ağ parikli, bənizi ağ, hamar və iri alınlıdır. Tünd,parlaq, dərinmənalı gözləri vardır; qürurlu, sərt, düşünən baxışları vardır. İncə dodaqları, polyak dəbinə xas uzun, sallaq bığı vardır. |
Siyasətinin əsas məqsədləri
redaktəUkraynalı tarixçi Aleksandr Oqloblinin fikrincə, Ukrayna getmanı olan Mazepanın yürütdüyü siyasətin əsas məqsədlərinin: başçılığı altında Malorus torpaqları – Getmanşina, Sağ sahili, Zaporojya, Sloboda Ukraynası və Xan Ukraynasını (Ukraynanın cənubi və müasir Moldovanın solsahilində, əsasən ukraynalı və moldovalılardan ibarət ərazi. Türklər buranı Yedisan adlandırır.) vahid Ukrayna dövləti adı altında birləşdirmək, dövlətçilik əsaslarının Avropa nümunəsində kazak idarəetmə sistemini yaratmaq, getman hakimiyyətini qoruyub saxlamaqdan ibarət idi. Getman olduğu müddətdə Getmanşina, sağ sahil Ukraynası və Zaporojyanı birləşdirərək buna qismən də olsa nail ola bilmişdir.
Ömrünün sonlarında Mazepa Belaya Rus (indiki Belarusiya və Rusiya ərazilərini əhatə edən tarixi ərazi) adlanan ərazinin getmanlığını almaq şərtilə isveçlilərin müttəfiqi sayılan Polşa kralı Stanislav Leşinskinin xərac verəni olmağa razılaşır. XII Karlın kamergeri və Şimal müharibəsinin iştirakçısı, bu hadisələrə bilavasitə cəlb edilmiş Qustav Adlerfeld Mazepa və Stanislav Leşinski arasındakı razılaşmanı belə təsvir edir:
"Şimal, Kiev, Çerniqov və Smolensk knyazlıqları daxil olmaqla, bütün Ukrayna Polşa hakimiyyətinin altına keçməli və onun tacı altında qalmalıdır. Bunun müqabilində Mazepa knyaz tituluna layiq görülərək Kurlandiya hersoqunun öz torpağında hüquqlara sahib olduğu kimi Vitebsk və Polotski voyevodalığını əldə edir". |
Sankt-Peterburq dövlət universitetinin professoru Tatyana Tairova-Yakovlevanın fikrincə Mazepanın əsl fikri başqa idi: " Mazepa Leşinski ilə ittifaqa isveçlilərin müdaxiləsi nəticəsində istisna hal kimi baxırdı. Ukrayna əhli müxtəlif təkərlər kimi rəhbərlər və təbəələrdən, dindar və dünyəvi insanlardan ibarət idi. Bəziləri Moskvaya iltifat göstərir, digərləri türk himayəsinə meyillidir, üçüncülər isə "anadangəlmə polyak antipatiyası" səbəbindən tatarlarla qardaşlaşmaq istəyirlər.
Samus və Sağ sahil Ukraynasının digər sakinləri polyaklar tərəfdən qisasdan ehtiyatlandığından çətin ki, Reç Pospolitaya tabe olmaq istəsinlər. Bu səbəblərdən Mazepa ilk öncə Ukraynada vahid fikir əldə etmək və Reç Pospolitanı birləşdirmək, sonra isə ittifaq haqda düşünməyi güman edirdi. Aydındır ki, belə xoş istəklər ancaq vaxtın udulmasına hesablanmış bəyannamə nəticəsində baş verə bilərdi.[26]
Getman Mazepa iki dəfə çar I Pyotrun qarşısına Sloboda Ukraynasının birləşdirilməsi məsələsini qoysa da, hər ikisində rədd cavabı almışdır.
Daxili siyasəti
redaktəKazak başçılığı
redaktəGetman Mazepanın daxili siyasəti kazak başçılığının təsirinin gücləndirilməsinə, onun iqtisadi əsaları və sosial durumunun möhkəmlənməsi, Getmanşinanın idarəedici təbəqəsinə çevirməyə yönəlmişdir. Getman hakimiyyəti tərəfindən başçılara və din xadimlərinə malikanələrin verilməsi xeyli sayda artmışdır.
Artıq Mazepanın başçısı olduğu getmanlıq ilk günlər və aylar ərzində köhnə mülkləri təsdiqləyən və ya "azad hərbçi" malikanələri adlanan fonddan yenilərini yaratmaq üçün bır sıra universallar vermişdir.
Lakin mülkədarlıq və kənd təsərrüfatı kazak başçı sistemin maliyyə durumunun vahid mənbəyi deyildi. Başçılar müxtəlif ticari-sənaye əməliyyatlarına böyük diqqət ayırırdılar.
Başçılara müxtəlif maliyyə əməliyyatları, xüsusən, araq, tütün, qatran böyük gəlir gətirirdi. Bu əməliyyatlarda əsas başçı, sıravi rəhbərlər, kişilər və hətta qadınlar da iştirak edirdilər.
O vaxtlar başçılar Getmanşinanın cənubunda olduğu kimi şimalında da sənaye sahibkarlığını geniş inkişaf etdirməyə başlamışdır. Polkovnik hakimiyyətinin həcmi getdikcə artırdı. Səsvermə yolu ilə polkovnik vəzifəsinə seçilməmişdən əvvəl həmin şəxs öz polkunun irsi sahibi olurdu. Bu kateqoriya başçıları bildirmək üçün yeni– "buncuq yoldaşlığı" anlayışı yaranmışdır.[k]
Bu kateqoriyaya aid başçılar hər bir yerli imtiyazdan və yurisdiksiyadan azad edilmişdir. Beləliklə, Mazepa öz vəziyyətilə yalnız ona tabe olan və yalnız onun yurisdiksiyasında qalan kazak başçı sistemini yaratmışdır.
Kəndlilər
redaktəKazak başçılarının əlində mülkədarlıq və siyasi hakimiyyətin cəmləşməsi əsas nəticə etibarilə kəndli istismarının artmasına gətirib çıxartmışdır. Mazepanın dövründə bir tərəfdən bu imtiyazlar artsa da, digər tərəfdən onların münasibətləri dəyişmişdir. Nəticədə torpaq sahibkarının təsərrüfatında şəxsi inventarı ilə işləyən asılı kəndlinin biyar mükəlləfiyyəti, məcburi əməyi artmışdır.
XVII əsrin sonlarında asılı təbəələrin artması kəndli kütləsi tərəfindən böyük narazılığa səbəb olmuş və nəticədə tez-tez başçılarına qarşı açıq çıxışlarla yadda qalmışdır. Dövlət maraqları və ictimai düzən səbəbindən Mazepa hökuməti bu məsələyə qarışaraq pospolitlərin (təhkimli kəndlilər) istismarının məhdudlaşdırmağa məcbur olmuşdur.
XVII əsrin sonlarında Sol sahil Ukraynasında kəndlilərin mülkədarın torpağında pulsuz işləməsi iki gündən 1 həftəyə qədər yüksəlmişdir.
Tikinti və kilsələrin bərpası
redaktəMazepa getmanlığının tədqiqatçıları tarix elmləri doktoru Yuri Mitsik və Serqey Pavlenkonun dəlillərinə əsasən, İvan Mazepa Ukraynanın hüdudlarından kənar da daxil omaqlar, öz şəxsi hesabından 25 sobor, kilsə, zəng qüllələri tikdirmişdir.[73]
-
Kiyev-Peçersk lavrasında Bütün müqəddəslərin kilsəsi
Mazepanın tikinti fəaliyyətinin əsas nailiyyəti yeni monumental məbədlərin tikintisi idi. Onlar Kievdə və digər şəhərlərdə qədim kilsələrin yenidənqurması ilə eyni vaxtda tikilmişdir[74][75]. Həmin dövr Kievinin görməli yerləri kimi – Boqoyavlenski soboru, Nikolayevski soboru uzun müddət ərzində kilsə tikintisinin nümunələri kimi çıxış etmişdir. Sofiya soborunun zəng qülləsi də Mazepanın sifarişi ilə Kievdə tikilmişdir. Mazepanın Ukraynada kilsi tikintisinə münasibəti ali kilsə yerarxiyası tərəfindən yüksək qiymətəndirilmişdir. Mazepa tərəfindən tikdirilən bütün kilsələrin təməlinə getmanın gerbi və imzası olan keramik plastinlər qoyulmuşdur.
İncəsənətdə
redaktəİvan Mazepanın taleyi hər zaman müxtəlif ölkələrdən olan yazıçı, şair, rəssam və bəstəkarları maraqlandırmışdır.
Lord Bayron özünün "Mazepa" poemasını 1819-cu ildə çap etdirmişdir. Poemaya əsasən, gənc Mazepa kral Yan II Kazimir Vazanın sarayında xidmətə başladığı vaxt polyak qrafinya Tereza ilə tanış olur və onunla sonradan eşq romanı yaşamağa başlayır. Qrafinya Tereza özündən yaşca çox böyük olan yaşlı qrafa ərə getmişdir. Onların eşq yaşamasından xəbər tutan qraf gənc Mazepanı cəzalandırmaq üçün onu çılpaq şəkildə vəhşi ata bağlayır və atı sərbəstliyə buraxır. Poemanın əksər hissəsi ata bağlanmış qəhrəmanın faciəli səyahətini təsvir edir. Poema "üslubunun gümrahlığı, əzab və dözüm hisslərinin kəskin dərk edilməsi" baxımından yüksək qiymətləndirilmişdir.[76][77] Mazepanın eşq qalmaqalı səbəbindən və ya vəhşi ata çılpaq şəkildə bağlanılaraq Polşadan qovulması haqda hər hansı bir tarixi dəlil yoxdur. Bu gözəl əfsanə ancaq Bayronun poemasının çapından sonra dillərə düşmüşdür. Volter bu məsələyə "İsveç kralı, XII Karlın tarixi" kitabında toxunmuşdur. Bir sıra tənqidçilər Bayronun fransız yazıçı Andre Giyom Kontant Dorvilin "Mémoires d'Azéma" (1764) adlı əsərilə tanış olduğunu, romanla poemanın süjetində oxşarlığın olmasını iddia edirlər.
Bayronun poeması romantizm dövründə çox populyar və təsiredici gücə sahib olmuşdur. İncəsənətdə atların təsviri uzun müddət məşhur mövzulardan biri olmuşdur. Poemanın işıq üzü gördüyü ildə Amede Pişo tərəfindən fransız dilinə tərcümə edilməsi fransız rəssamların bu süjetə axını ilə nəticələnmişdir. Onlar arasında Teodor Jeriko (1823, Metropoliten İncəsənət Muzeyi,[78] Ejen Delakrua (1824, Fin milli qalereyası),[79] Oras Verne (1826, Avinyonda yerləşən Kalve muzeyi[80]) və Lui Blanje (1827, Bo-de-Ruan muzeyi).[81] Bulanjenin "Mazepanın ağır sınağı" və Vernenin "Mazepa" əsərləri hər ikisi 1827-ci ildə Paris Salonunda keçirilən müsabiqədə təqdim olunmuşdur.
Tez bir zamanda süjetin teatral versiyası peyda olur: 1825-ci ildə Antonio Frankoni tərəfindən Parisdəki Olimpiya sirkində (Astley Amfiteatrı) "Mazeppa" və ya "Tatar atı" şousunun premyerası baş tutmuşdur. Bu şou ABŞ və İngiltərədə də nümayiş olunmuşdur. Aleksandr Puşkin Bayronun yazdığı poemaya cavab olaraq "Poltava" (1828–1829) əsərini yazır. Poema Bayronun əsərindən olan epiqrafla başlayır.
Viktor Hüqo süjetin təsvir olunduğu fransız rəsmlərindən ilhamlanaraq "Les Orientales" ("Şərq") adlı poemalar toplusunu yazmış və əsərin ən əsas bölmələrindən birini "Mazepa" adlandırmışdır. Hüqo əsərini rəssam Bulanjeyə həsr etmişdir. Poemanın ilk hissəsində Mazepanın Ukrayna çölləri boyunca qaçması təsvir edilir. İkinci hissədə Mazepa eksentrik davranışlarına görə dünyaya buraxılması qadağan edilən şairlə müqayisə olunur. Hər şeydə qadağaya məruz qalmış şair vəhşi ata bağlanılmışdır. Süjet sonda şairin uğur və şöhrət əldə etməsilə bitir.
Dramaturq Henri M. Milner üç hissəli "Mazeppa" və ya "Tartariyanın vəhşi atı" (Xəzər dənizindən Sakit okean, Çin və Hindistana qədər yerləşən əraziləri Qərbi Avropa ədəbiyyatlarında və kartoqrafiyasında Tartariya adlandırırdılar.) adlı romantik dram əsəri yazmışdır. Bayronun poemasından ilhamlanmış H. M. Milner səhnə tərtibatını cənab Dukrounun rəhbərliyi altında qurmuşdur.[82] (bu "Britaniya sirk at idmanının atası", "Astley Amfiteatrının" sahibi hesab edilən Endryü Dukroudur). 1831-ci ildə Londonda səhnələşdirilmişdir. Növbəti illər ərzində ABŞ da nümayiş olunmuşdur. Həmin müddətdə əsər, San Fransiskoda 5 fərqli quruluşda nümayiş edilmişdir.[83]
"Rəssam-faytonçu" ləqəbi ilə tanınan Con Frederik Herrinq (rəssam faytonçu olmuş, boş vaxtlarında at rəsmləri çəkmişdir) bu süjet əsasında bir neçə rəsm çəkmişdir. Onlardan ikisini Oras Vernenin rəsmindən sonra çəkmişdir. Polşa romantizm dövrünün Adam Mitskeviç və Ziqmunt Krasınski ilə yanaşı ən əsas dramaturqlarından hesab edilən Yuliuş Slovatski 1840-cı ildə "Mazepa" pyesini qələmə almışdır. Müasir Polşa dramının atası hesab olunmasına baxmayaraq, bu dram onun sağ olarkən səhnəyə qoyulmuş yeganə əsəri olmuşdur.[84]
Britaniyalı yazar Ceyms Malkolm Raymer də "Mazeppa" və ya "Ukraynanın vəhşi atı" (1850)adlı əsər qələmə almışdır.
Bu süjetdən həmçinin, musiqiçilər də ilhamlanmışdır. Alman bəstəkarı Karl Leve simfonik şeir bəstələmişdir.[85] Hüqonun əsərinin çap olunmasından sonra Ferens List 1851-ci ildə simfonik poema və Transendent Etüdlər seriyasından № 4 adlı fortepiano etüdünü bəstələmişdir.
Fransız rəssam Teodor Şasserio Bayronun poemasının süjetində dəyişiklik etmiş "Kazak qızı Mazepanın cəsədi qarşısında" (1851) rəsmini çəkmişdir. Rəsm hal-hazırda Strasburqda yerləşən Təsviri İncəsənət Muzeyində nümayiş olunur.[86] İrland bəstəkar Maykl Balf 1861-ci ildə "Mazepa" kantatasını bəstələmişdir.[87]
Milnerin əsəri onilliklər boyunca öyrənilmiş və adaptasiyalara məruz qalmışdır. Məsələn, 1856-cı ildə bləkfeys menestrel rəhbəri Çarlz Vayt tərəfindən iki aktdan ibarət burlesk nümayiş olunmuşdur. Əsərin baş antoqnoistləri Kastiron və onun Olinska adlı qızı idi.[88]
Mazepa melodramının nümayişi zamanı ilk dəfə olaraq aktrisa Ada İsaak Menken atın üzərində olan çılpaq Mazepa obrazında çıxış etmişdir. Belə ki ilk dəfə olaraq insan dərisi rəngdə olan corabı bədəninə geyinərək çılpaq Mazepa rolunu oynamışdır. Bundan sonra bir çox qadın aktrisalar burlesk zamanı bu rolu canlandırmışdılar. ABŞ Vətəndaş müharibəsi zamanı Mazeppa çox məşhur idi.[89] 1860-cı illərdən əsrin sonuna qədər Amerikanın qərbində ən çox oynanılmış dram əsəri olmuşdurş.
1877-ci ildə Albert Ayken "Hindu Mazepa" və ya "Çöllərin dəlisi" adlı bulvar roman yazmışdır. Burada hadisələr Vəhşi Qərbdə cərəyan edir.[90]
Puşkinin "Poltava" poeması əsasında məşhur rus bəstəkarı Pyotr İliç Çaykovski tərəfindən 1881–1883-cü illərdə 3 akt və 6 səhnəli "Mazepa" operası bəstələnmişdir. Operanın librettosu Viktor Burenin tərəfindən yazılmışdır. Burada hadisələr XVIII əsr Ukraynasında cərəyan edir və özündə sevgi, qaçırılma, siyasi izləmələr və qisasçı qətli birləşdirən hekayələrdən ibarətdir. 1910-cu ildə Hollivudda ilk film rejissorlarından biri olan Frensis Boqqs tərəfindən Bayronun poeması əsasında "Mazeppa" və ya "Tartariyanın vəhşi atı" adlı qısa səssiz film çəkilmişdir.[91]
1991-ci ildə Ukraynanın müstəqilliyini elan etməsindən sonra Mazepa yenidən beynəlxalq şüurda qalxmağa başladır. 1993-cü ildə fransız at təlimçisi və film rejissoru Bartabas tərəfindən rəssam Jerikonun həyatında bəhs edən dram janrında olan "Mazepa" filmi çəkilmişdir. Jeriko sirkdə qalmağı və orada yaşamağı qərara alır. Orada qaldığı müddətdə yalnız atların rəsmlərini çəkir və bu heyvanların sirrini anlamağa cəhd göstərir. Mazepa onun ehtirasına cəlb olunmuş insanı təcəssüm edir. Film 1993-cü ildə 46-cı Kann kinofestivalının qalibi olmuşdur.[92] 2002-ci ildə Ukrayna SSR-in xalq artisti olmuş kinorejissor Yuri İlyenko tarixi faktlara əsaslanaraq "Getman Mazepa üçün dua" filmini çəkmişdir.[93]
İrsi
redaktəMazepanın şərəfinə Ukraynadan bır sıra yaşayış məntəqələri adlanmış, bir çox yerlərdə heykəllər ucaldılmış, adına küçələr vardır. Onlardan birinin açılışı 6 may 2016-cı il tarixində Poltavada baş tutmuşdur. Açılış mərasimini Ukrayna prezidenti Petro Poroşenko etmişdir.[94] Mazepanın şərəfinə Rumıniyanın Qalaç şəhərində iki məhəllə — Mazepa-I və Mazepa-II adlanmışdır. Orada vaxtilə İvan Mazepa küçəsi mövcud olmuşdur.[95] Rusiyanın Kursk vilayətində İ. Mazepanın adına Mazepovka kəndi vardır.[96] ABŞ-də Mazepanın şərəfinə bir neçə yaşayış məntəqəsi adlanmışdır: ABŞ-nin Minnesota ştatında Mazepa şəhəri, Pensilvaniya ştatında Mazepa adlanan ərazi, Cənubi Dakota ştatında Mazepa qəsəbəsi vardır.[97] Kanadanın Alberta əyalətində Mazepanın şərəfinə adlanan Mazepa yaşayış məntəqəsi vardır.[98][99] Avstraliyada Mazepanın şərəfinə adlanan Mazepa milli parkı vardır.[100][101] Mikroneziyada yerləşən kiçik adalardan biri Mazepanın şərəfinə adlandırılmışdır. CAR-da buxtalardan biri Mazepa adlandırılmışdır. Fransada kommunalardan biri Mazepa adlandırılmışdır.
Ukraynanın Rumıniya, ABŞ və Avstraliyadakı səfirliklərində Mazepanın abidəsi mövcuddur. 21 sentyabr 2009-cu ildə Çerniqovda getman-mesenat abidəsi ucaldılmışdır (heykəltaraş Gennadi Yerşov).
Onun portreti 10 qrivna əskinasında və poçt markasında təsvir edilmişdir.
-
Kiyev şəhərində getman Mazepaya həsr edilmiş abidə
-
Bəndər şəhərində Mazepanın vəfat etdiyi yerdə xatirə abidəsi
-
1992-ci ilə aid 10 qrivna əskinasının üzərində Mazepanın təsviri
-
1994-ci ilə aid 10 qrivna əskinasının üzərində Mazepanın təsviri
-
2006-ci ilə aid 10 qrivna əskinasının üzərində Mazepanın təsviri
-
İvan Mazepaya həsr edilmiş Ukrayna poçt markası
-
Çerniqovdakı heykəli
Filmoqrafiya
redaktəİvan Mazepa haqqında rus və Ukrayna kinorejissorları tərəfindən bir sıra filmlər çəkilmişdir. Bunlar aşağıdakılardır:
- Mazepa (1909) — rejissor Vasili Qonçarovanın çəkdiyi qısametrajlı səssiz film, Mazepa rolunda A. Qromov;[102]
- Mazepa (1913) — rejissor D. Saxnenkanın filmi;
- Mazepa (1914) — rejissor Pyotr Çardıninin çəkdiyi qısametrajlı səssiz film, Mazepa rolunda İvan Mozjuxin;[103][104][105][106]
- Söz vermə (ukr. Обітниця) (1992) filmində getman rolu: F. Striqun;
- Anafema (1992) rejissor L. Aniçkinin sənədli filmi;
- Getman İvan Mazepa, (Kiyevnaukfilm, 1993) — rejissor K. Kraynoqonun çəkdiyi film;
- Getman Mazepa üçün dua[107] (ukr. Молитва за гетьмана Мазепу)[108][109] — rejissor Yuri İlyenkonun 2001-ci ildə[110] çəkdiyi tammetrajlı film, Mazepa rolunda Boqdan Stupka.[111]
Həmçinin bax
redaktəQeydlər
redaktə- ↑ Ukraynanın cənubi və müasir Moldovanın solsahilində, əsasən ukraynalı və moldovalılardan ibarət ərazi. Türklər buranı Yedisan adlandırır.
- ↑ XII-XVIII əsrlərdə rus knyazlarının sarayında içki işinə baxan saray vəzifəsi
- ↑ 1665-ci il.
- ↑ "Poltava" əsərində Puşkin tərəfindən Mariya adlanmışdır.
- ↑ Polşa, Çexiya, Belarusiya və Ukraynada feodala verilən ad.
- ↑ XVII əsrdə Ukraynanın Rusiyadan ayrılmasını tələb edən milli hərəkat tərəfdarı
- ↑ müasir Ukrayna ərazisinə düşən Şərqi Avropa ərazisində yerləşən regionların tarixi adı
- ↑ isveç mənbələrində bunun ikiqat az olması göstərilir
- ↑ gümüş talerə ruslar tərəfindən verilən ad
- ↑ Böyük Pəhrizin ilk həftəsində qeyd olunan bayram
- ↑ Bu anlayış başına at və ya yak quyruğu bağlanmış ağac dəyənək – buncuqla bağlıdır. Belə ki XV – XVII əsrlərdə hakimiyyət nişanı hesab edilirdi. Monqol hücumlarından sonra Şərqi Avropada hakimiyyət simvoluna çevrilən buncuq Osmanlı imperiyasında ştandartın əvəzinə istifadə olunurdu. Osmalılarda sultanın vəziri onun qarşısında üç quyruğa malik buncuqu daşımalı idi. Ukraynada yaşayan kazaklarda da getman və ya zaporojya atamanı qarşısında buncuq daşımaq adəti vardı. Buncuqu adətən yürüşlər zamanı getmanın önündə daşıyırdılar.Buna həmçinin tuğ da deyirdilər.
Mənbə
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 Мазепа, Иван Степанович (rus.). // Энциклопедический словарь Гранат 7 Александр Наумович Гранат, 1910.
- ↑ 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ Костомаров, Н. И. Мазепа. — М.: Терра — книжный клуб, 2004. — С. 3.
- ↑ Оглоблин, О. Внутрішня політика гетьмана Івана Мазепи Arxivləşdirilib 2017-04-29 at the Wayback Machine
- ↑ Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: Куба—Мисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 302.
- ↑ "Титулы королей Польши". 2012-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-02-11. Orijinal mətn (rus.)
Ян Казимир, милостью Божьей король польский, великий князь литовский, русский, прусский, мазовецкий, жемайтский, ливонский, смоленский, северский, черниговский, а также наследный король шведов, готов, вендов.
- ↑ 1 2 3 Oqloblin. Розділ І. Іван Мазепа до гетьманства. // ГетьманІван Мазепа та його доба (ukrayna). Nyu-York • Kiyev • Lvov • Paris • Toronto. 2001. 2014-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-02.
- ↑ Olqoblin, Oleksander. Гетьман Іван Мазепа та його доба. 2009-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-27.
- ↑ "Либретто П. Буренина по поэме А. С. Пушкина «Полтава»". Bolshoi.net. 12 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2019.
- ↑ Makeyev, Serqey. "Взлёт и падение гетмана Мазепы". www.sovsekretno.ru (rus). Совершенно секретно. 1 fevral 2006. 12 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2019 issue=No.2/201. (#missing_pipe)
- ↑ 1 2 3 4 Yakovleva, T. Q. "Мазепа — гетман: в поисках исторической объективности". Новая и новейшая история (№ 4). 2003. 19 iyun 2018 tarixində arxivləşdirilib.
- ↑ 1 2 Kostomarov, N. İ. ГЛАВА ПЕРВАЯ // Мазепа (rus). 16 yanvar 2006 tarixində arxivləşdirilib.
- ↑ "Мазепа Иван Степанович". www.rulex.ru. Большой Русский Биографический Словарь, сетевая версия. 11 avqust 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2019.
- ↑ Ольга Ковалевская, "Мазепа", Изд. "Темпора" 2008
- ↑ 1 2 3 4 5 6 Костомаров Н. И. Русская история в жизнеописаниях её главнейших деятелей. Arxivləşdirilib 2008-06-20 at the Wayback Machine Второй отдел: Господство дома Романовых до вступления на престол Екатерины II. Глава 16. Гетман Иван Степанович Мазепа Arxivləşdirilib 2008-09-29 at the Wayback Machine
- ↑ Соловьёв С.М. Сочинения. Кн. VІІ.-М.: Мысль, 1991.-С. 384.
- ↑ Літопис Самовидця.-К.: Наукова думка, 1971.-С. 144.
- ↑ Новый энциклопедический словарь. Петроград, Т. 25, стр. 366.
- ↑ 1 2 Костомаров Н. И., Мазепа Arxivləşdirilib 2008-12-25 at the Wayback Machine, Глава 2.
- ↑ Ковалевская О., Иван Мазепа в вопросах и ответах, Киев: Изд. Темпора, 2008
- ↑ Бантыж — Каменский Д. Жизнь Мазепы. — М., 1834
- ↑ "Тогда постиг конец и Петрика. Пытался он обольстить украинцев на все лады: распускал слух, будто гетман с ним тайно в соумышлении, сочинял даже, будто сам он побочный, сын Мазепы. Он имел довольно — таки большое число соумышленников, но нигде не расположил украинцев признавать его за гетмана и освободителя от Москвы. Нашёлся, напротив, охотник воспользоваться тысячью рублей, обещанною гетманом <Мазепой> за голову возмутителя. То был некто Яким Вечирка, или Вечирченко: служил он прежде в полку у Палея, на правой стороне Днепра, потом перешёл на левую сторону и находился в одном из отрядов, гонявшихся за бежавшими татарами. Под Кишенкою напал он на Петрика и проколол его копьём". Костомаров Н. И., Мазепа Arxivləşdirilib 2008-12-25 at the Wayback Machine, Глава 5.
- ↑ "Радио: Передачи: День 23 ноября: Голос России". 2013-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-12.
- ↑ [1] Arxivləşdirilib 2009-10-08 at the Wayback Machine Соловьёв С. М. История России с древнейших времён. Т. 14, От правления царевны Софии до начала царствования Петра Алексеевича, 1682–1703 гг. Arxivləşdirilib 2018-05-07 at the Wayback Machine с. 178–179
- ↑ Плохинский М., Гетман Мазепа в роли великорусского помещика // Сборник Харьковского историко-филологического общества. Харьков, 1899. Т. 4. С. 32.
- ↑ 1 2 3 4 5 6 Таирова-Яковлева Т. Г., Мазепа. — М.: Молодая гвардия, 2007.
- ↑ Мамчак М. Військово-морська символіка України. — Снятин: ПрутПринт, 2009. Arxivləşdirilib 2020-04-28 at the Wayback Machine (ukr.)
- ↑ "Знамёна казаков © Russian Centre of Vexillology and Heraldry, last modified 8. dekabr 2009". 2013-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-27.
- ↑ Яворницкий Д. І. Исторія запорозьких казаків, у трьох томах. — К.: Наук. думка, 1991. — Т. 3.//Глава Пятнадцатая, стр. 324–329.
- ↑ Т. Г. Таирова-Яковлева. "Мазепа" Arxivləşdirilib 2008-06-04 at the Wayback Machine
- ↑ "Сергей Павленко. Не батуринская комедия, а трагедия!". 2007-12-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-27.
- ↑ Маркевич Н. А. «История Малоросии». Москва, 1842 г. Т. IV, гл. LIV.
- ↑ Розпорядження від 2 квітня 2008 р. № 567-р Київ "Про підготовку та відзначення 300-річчя подій, пов’язаних з воєнно-політичним виступом гетьмана Івана Мазепи та укладенням українсько-шведського союзу" См. пп 14, 16 Распоряжения
- ↑ Крман Д., Итинерарий Arxivləşdirilib 2018-10-10 at the Wayback Machine. Малоизвестный источник по истории Северной войны. Вопросы истории. № 12 1976.
- ↑ ""10 декабря полковник Функ с 500 кавалеристами был командирован, чтобы наказать и образумить крестьян, которые соединялись в отряды в различных местах. Функ перебил больше тысячи людей в маленьком городке Терее (Терейской слободе) и сжёг этот городок, сжёг также Дрыгалов (Недрыгайлово). Он испепелил также несколько враждебных казачьих деревень и велел перебить всех, кто повстречался, чтобы внушить ужас другим", — рассказывает с полным одобрением Адлерфельд." — Arxivləşdirilib 2008-10-07 at the Wayback Machine Тарле Е. В., Сочинения. Том 10. — М.: Издательство Академии Наук СССР, 1959. С. 363–800, "Северная война и шведское нашествие на Россию" Глава III. От вторжения шведов в Северскую Украину до начала осады Полтавы (Сентябрь 1708 г. — апрель 1709 г.)
- ↑ Справка-презентация Коломакского района на сайте Харьковской областной государственной администрации Arxivləşdirilib 2007-09-28 at the Wayback Machine.
- ↑ "Усё завойоване на території Росії, але колись належне "руському" (українському) народові, має бути повернене до Князівства українського; … Нарешті, для забезпечення цієї угоди і в інтересах безпеки (шведського війська) на території України на весь час війни передаються шведам міста Стародуб, Мглин, Батурин, Гадяч і Полтава." — Из записей Ф. Орлика, цит. по книге: Оглоблин Олександер, Гетьман Іван Мазепа та Його Доба, Розділ VIII рив Мазепи З Москвою. Союз України зі Швецією Arxivləşdirilib 2022-06-24 at the Wayback Machine (ukr.)
- ↑ "2. Всё, що завоюється з бувшої території Московщини, належатиме на підставі воєнного права тому, хто цим заволодіє, але все те, що — як виявиться, належало колись народові українському, передається й задержиться при українськім князівстві." — Реконструировано по записям Ф. Орлика и Г. Нордберга, цит. по книге: Смолій Валерій, Іван Мазепа Arxivləşdirilib 2008-06-04 at the Wayback Machine. Володарі гетьманської булави. — Київ, вид-во "Варта", 1994. (ukr.)
- ↑ 1 2 3 Dmitri Bantış Kamenski. История Малой России от водворения славян в сей стране до уничтожения гетманства. Киев, 1903, стр. 401.
- ↑ Васильев А. А. О составе русской и шведской армий в полтавском сражении. Arxivləşdirilib 2008-03-29 at the Wayback Machine Военно-исторический журнал. 1989. № 7.
- ↑ "Cine a fost cazacul Mazepa, războinicul care tulbură Europa chiar şi după 300 de ani de la moarte. Răpus pe pământ românesc, a fost îngropat de şase ori". adevarul.ro (ingilis). 1440731139. 2018-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-27.
- ↑ "Historical Dictionary of Ukraine – Ivan Katchanovski, Zenon E. Kohut, Bohdan Y. Nebesio, Myroslav Yurkevich – Google Boeken". 2018-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-05.
- ↑ Бантыш-Каменский Дмитрий Николаевич. История Малой России, со времён присоединения оной при царе Алексее Михайловиче, с кратким обозрением первобытного состояния сего края. Часть 4. — Приложения к четвёртой части: XX. Манифест государя Петра I о запрещении всякого чина людям оказывать малороссийскому народу обиды, озлобления, укоризны, порицание изменниками, и излишнее требование подвод, и проч. — С. 230–232. — Москва, типография Семёна Селивановского, 1822 (переиздание: Киев, Издательство "Час", 1993).
- ↑ Юст Юль. Записки датского посланника в России при Петре Великом// Лавры Полтавы. — М.: Фонд Сергея Дубова, 2001. — С. 285. На Интернет-ресурсе: Восточная Литература. Средневековые источники Востока и Запада Arxivləşdirilib 2012-07-30 at the Wayback Machine
- ↑ "Апанович О. Велика ідея гетьмана Івана Мазепи". 2009-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-27.
- ↑ "Таирова-Яковлева Т. Г. Мазепа // Глава 14. Катастрофа". 2021-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-27.
- ↑ Ольга Ковалевська, канд. іст. наук, доцент, науковий співробітник відділу української історіографії Інституту історії України НАН України
- ↑ "Ольга Ковалевская. Политическая акция И. Мазепы (1708–1709) как составной элемент системного кризиса конца XVII — начала XVIII века". 2009-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-27.
- ↑ Крупницький Б. Гетьман Мазепа і його доба.// Союзний договір між Карлом XII, Мазепою і Запорізькою Січчю. Київ: "Україна". — 2003. — С. 185–187.
- ↑ Борщак І. Іван Мазепа — людина і історичний діяч.// Розділ XI. Київ: "Веселка". — 1992. — С. 66–67.
- ↑ Таирова-Яковлева Т. Г. Мазепа.// Глава XIV. Катастрофа. — М.: Молодая гвардия, 2007. — С. 229.
- ↑ Павленко С. Иван Мазепа.// Путь к Полтавскому поражению. Киев: "Альтернативы". — 2003. — С. 398–399.
- ↑ Вінтоняк О. "Анатема на гетьмана Мазепу". — Нью-Йорк — Торонто — Мюнхен, 1990, ч. 1–4.
- ↑ Журнал или Поденная записка … государя императора Петра Великого с 1698 года. СПб., 1770. С. 178–180
- ↑ Журнал или Поденная записка … государя императора Петра Великого с 1698 года. СПб., 1770. С. 180
- ↑ 1 2 3 Дмитрий Бантыш-Каменский. История Малой России от водворения славян в сей стране до уничтожения гетманства. Киев, 1903, стр. 401.
- ↑ "Костомаров Н. И. Гетман Иван Степанович Мазепа". 2008-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-27.
- ↑ "Журналы заседания Священного Синода Русской Православной Церкви от 24 декабря 2008 года". 2012-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-05.
- ↑ "Митрополит ДИМИТРІЙ. Історична записка з приводу анафеми на гетьмана Івана Мазепу ч. 1". 2007-01-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-05.
- ↑ "О чине Православия". 2008-06-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-05.
- ↑ 1 2 "Состоялось расширенное заседание Священного Синода УПЦ, на котором Синодальные отделы отчитались о своей деятельности за 2007 год | Українська Православна Церква". 2011-10-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-27.
- ↑ "Указ Президента Украiни № 955/2007 — Офіційне представництво Президента України". 2008-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-27.
- ↑ "Мазепа | Православіє в Україні:: Інтернет-видання УПЦ". 2008-06-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-27.
- ↑ В Русской церкви объяснили президенту Украины, что анафема с гетмана Мазепы в 1918 году не была снята Arxivləşdirilib 2009-05-24 at the Wayback Machine. Интерфакс, 22 февраля 2008 г.
- ↑ "Після знищення гетьманських портретів та спотвотрення присвячених йому творів, що було здійснено за наказом Петра І, в Україні автентичні зображення Мазепи майже зникли". 2009-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-27.
- ↑ Шендрик Л. К., Янович А. В. Мазепа. Дослідження портретів гетьмана.// Вступ. Полтава: "Верстка". — 2004. — С. 6.
- ↑ Новый "червонец": дизайн изменили, а "Мазепу" — нет
- ↑ Из дневниковых записей Каролингов. — Стокгольм. — 1992. — С.7.
- ↑ Лисюк Каленик. Портретографія великого гетьмана І. Мазепи.// Музейні вісті. — 1999. — Ч. — І. С. 17–18.
- ↑ Шендрик Л. К., Янович А. В. Мазепа. Дослідження портретів гетьмана.// Вступ. Полтава: "Верстка". — 2004. — С. — 33.
- ↑ "В'ячеслав Станіславський. Про питання про зовнішність Івана Мазепи" (PDF). 2013-12-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-27.
- ↑ Adierfeld, Gustav. "Leben Karls des Zwolften Konigs von Schweden aufdesselben Befehl beschrieben von Hemi Gustav von Adierfeld, Koniglichen Cammerherm, mit Anmerkungen eriautert und fortgesatzt, wie auch mit nothingen Abripen versehen" (немецкий перевод с оригинального шведского издания), 1742, часть 3, с.236.
Н. И. Костомаров. "Собрание сочинений", СПб, 1905, кн. 6, т. XVI: "Мазепа и мазепинцы", с.607
Н. И. Костомаров. "Мазепа", М.: "Республика", 1992, с.229 - ↑ "Юрій Мицик. Гетьман Іван Мазепа як покровитель Православної Церкви". 2009-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-04-11.
- ↑ Сергей Павленко. Иван Мазепа. Издательский дом "Альтернативы. Киев — 2003, стр.241.
- ↑ "Владимир Грипась. Для процветания Украины. Гетман Иван Мазепа и ренессанс национальной культуры". 2009-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-27.
- ↑ Marchand, Leslie. Byron's Poetry: A Critical Introduction. Cambridge, MA: Harvard University Press. 1968. səh. 70.
- ↑ Babinski, H.F. The Mazeppa legend in European Romanticism. New York: Columbia University Press. 1975. 28–32.
- ↑ "Théodore Gericault | Mazeppa | The Met". The Metropolitan Museum of Art, i.e. The Met Museum. 2018-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2018.
- ↑ "Finnish National Gallery – Art Collections – Mazeppa on the Dying Horse". Finnish National Gallery – Art Collections. 2018-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2018.
- ↑ "Présentation du musée – ANGLAIS – MUSEUM ROOMS – upstairs 1". www.musee-calvet-avignon.com (fransız). 2018-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2018.
- ↑ "The Ordeal of Mazeppa". Musée des Beaux-Arts (fransız). 30 May 2013. 7 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2018.
- ↑ OCLC 31254994
- ↑ Fisher, Linda A.; Bowers, Carrie. 7: Mazeppa Enters the Ring // Agnes Lake Hickok : queen of the circus, wife of a legend. Norman: University of Oklahoma Press. 2009. ISBN 978-0-8061-3983-8. (#accessdate_missing_url)
- ↑ Christopher John Murray (2004). Encyclopedia of the romantic era, 1760–1850. Taylor & Francis. pp. 1059–61. ISBN 978-1-57958-423-8.
- ↑ "Mazeppa – A Tone-Poem after Byron, Op. 27 – Carl Loewe & Linda Nicholson Song – BBC Music". BBC. 2018-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2018.
- ↑ "Une jeune fille cosaque trouve Mazeppa évanoui sur le cheval sauvage – Musées de Strasbourg". www.musees.strasbourg.eu (fransız). 2021-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2018.
- ↑ Barrett, William Alexander. Balfe:His Life and Work. 1882. səh. 244. (#accessdate_missing_url)
- ↑ Contested Interpretations of the Past in Polish, Russian, and Ukrainian Film: Screen as Battlefield. səh. 149. (#accessdate_missing_url)
- ↑ Sentilles, Renée M. Performing Menken : Adah Isaacs Menken and the birth of American celebrity. New York: Cambridge University Press. 2003. səh. 94. ISBN 978-0-521-82070-7. İstifadə tarixi: 25 aprel 2018.
- ↑ "Ivan Mazeppa". University of Manitoba. 12 fevral 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2014.
- ↑ Mazeppa or the Wild horse of Tartary — Internet Movie Database saytında
- ↑ "Festival de Cannes: Mazeppa". festival-cannes.com. 2009-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-08-22.
- ↑ Molitva za getmana Mazepu (2002)
- ↑ В Полтаве открыли памятник гетману Мазепе Arxivləşdirilib 2016-05-08 at the Wayback Machine "Украинская Правда", 7. may 2016
- ↑ ІІІ. Перепоховання тіла І. Мазепи у м. Галац та збереження в Румунії історичної пам’яті про українського гетьмана. [ölü keçid] — Всесвітня служба Радіо Румунія
- ↑ "Сергей Павленко. Иван Степанович Мазепа (ukr.)". 2009-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-30.
- ↑ "Сергей Павленко. Иван Степанович Мазепа (укр.)". 2009-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-30.
- ↑ "Mazeppa, Alberta, Canada". 2013-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-27.
- ↑ "Mazeppa Gas Plant, Alberta". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-27.
- ↑ ""Mazepa" milli parkı". 2009-10-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-27.
- ↑ Mazeppa National Park — QLD
- ↑ Просмотр Мазепа (фильм, 1909) на сайте europafilmtreasures.eu
- ↑ "Советские фильмы.// Мазепа". 2017-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-02.
- ↑ "Мазепа, художественный фильм, 1914 год". 2017-02-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-02.
- ↑ "ВОЗНИКНОВЕНИЕ РУССКОГО ФИЛЬМОПРОИЗВОДСТВА". 2009-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-02.
- ↑ "Петр Иванович Чардынин". 2019-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-02.
- ↑ Молитва о гетмане Мазепе kinopoisk.ru (rus.)
- ↑ "Молитва за гетьмана Мазепу": Фрагменти відгуків Arxivləşdirilib 2014-07-14 at the Wayback Machine (ukr.)
- ↑ Брюховецька Ольга. Як молитися молотом, або (Де)конструкція міфів Arxivləşdirilib 2014-07-14 at the Wayback Machine (ukr.)
- ↑ "Фильм Молитва о гетмане Мазепе (2001)". 2017-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-02.
- ↑ "Цього року "Мазепа-фест" триватиме три дні". 2011-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-06.
Ədəbiyyat
redaktə- Мазепа-Колединский, Иван Степанович // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
- Мазепа, Иван Степанович // Словарь достопамятных людей Русской земли, содержащий в себе жизнь и деяния знаменитых полководцев, министров и мужей государственных, великих иерархов православной церкви, отличных литераторов и учёных, известных по участию в событиях отечественной истории, составленный Дмитрием Бантыш-Каменским и изданный Александром Ширяевым. В пяти частях. Часть третья. К-М. В типографии Н. Степанова. Москва. 1836.
- Николай Маркевич. История Малой России, в 2-х томах. Москва. В типографии Августа Семена, при Императорской Медико-Хирургической Академии. 1842 год.
- Н. Костомаров, "Руина" и "Мазепа и мазепинцы";
- Статьи и заметки о Мазепе в "Киев. стар." (1882, № 4; 1883, № 7; 18 8 4, № 12; 1885, № 7 и 12; 1886, № 12; 1887, № 1 и 2; 1888, № 5);
- "Liste alphab é tique des portraits russes", par A. Wassiltschikoff (1875, I, 497, с портретом);
- Статья А. М. Лазаревского в "Русск. арх." (1876, № 12);
- Статья А. Е. Д-ого, в "Киевск. телегр." (1866, № 1, 2, 3 и 4);
- А. Терещенко в "Русск. арх." (1865, № 9),
- О Мазепе и Палии в "Черниг. лист." (1862, № 4, 5, 6 и 8),
- О Мазепе и Горленках в "Вест. Европы" (1872, т. III, ст. де Пуле).
- Чухлиб Т. Путь к Полтаве. Украина и Россия во время гетманства Мазепы. — Киев: Наш час, 2008. — 289 с. с. — 5000 экз.
- Север А. Русско-украинские войны. — М.: Яуза-пресс, 2009. — С. 81–95. — 384 с. — 4000 экз. — ISBN 978-5-9955-0033-9.
- Таирова-Яковлева Т. Г. Мазепа. — М.: Молодая гвардия, 2007. — 271[1] с. — (Жизнь замечат. людей: Сер. биогр.; Вып. 1041). — 5000 экз. — ISBN 978-5-235-02966-8.
- Таирова-Яковлева Т. Г. Иван Мазепа и Российская империя: история "предательства". — М.: Центрполиграф, 2011. — 525 с. — 2500 экз. — ISBN 978-5-227-02578-4.
- Артамонов В. А., Кочегаров К. А., Курукин И. В. Вторжение шведской армии на Гетманщину в 1708 г.: Образы и трагедия гетмана Мазепы / В. А. Артамонов, К. А. Кочегаров, И. В. Курукин; Институт Российской истории РАН. — СПб.: Общество памяти игумении Таисии, 2008. — 208 с. — 780 экз. — ISBN 978-5-91041-033-0. (обл.)
- Задонский Н. А. Смутная пора. Историческая хроника. — М.: Советская Россия, 1959. — 224 с.
Xarici keçidlər
redaktə- "Трость ветром колеблема". Слово пред проклятием Мазепы, произнесенное митр. Стефаном Яворским в Московском Успенском соборе, 12 Ноября 1708 г. (Труды Киевской Духовной Академии. Киев, 1865. Том 3). На сайте Наследие Святой Руси (rus.)
- Мазепа Иван Степанович (rus.)
- Мазепа Иван Степанович на сайте Хронос (rus.)
- Иван Мазепа Передача из цикла "Час истины" канала 365 дней ТВ
- Переписка Мазепы Arxivləşdirilib 2019-04-16 at the Wayback Machine
- МАЗЕПА — ГЕТМАН: В ПОИСКАХ ИСТОРИЧЕСКОЙ ОБЪЕКТИВНОСТИ
- Люди
- Житие "святого" Иуды Arxivləşdirilib 2015-06-28 at the Wayback Machine
- Почему не может быть снята анафема с гетмана Мазепы Arxivləşdirilib 2008-12-01 at the Wayback Machine
- "В снегах чужбины дальней" (Мазепа: взгляд из Сибири) Arxivləşdirilib 2008-12-01 at the Wayback Machine
- "Имя Ивана Мазепы" (ukr.)
- Существуют ли канонические основания для анафемы Ивану Мазепе? Arxivləşdirilib 2010-01-23 at the Wayback Machine
- Церковная анафема: случай Ивана Мазепы
- Страсті за Мазепою, або невідома спроба скасувати анафему на гетьмана в роки Другої світової війни | Науковий блог (ukr.)
- Кравченко В. В. Україна, Імперія, Росія (вибрані статті з модерної історії та історіографії). — К., 2011. — 544 с. Іван Мазепа в українській історичній літературі XVIII та першої чверти XIX ст. Arxivləşdirilib 2014-05-30 at the Wayback Machine (ukr.)