Iyirmi Ucuncu Simfoniya Motsart - Wikipedia
İyirmi üçüncü simfoniya Volfqanq Amadey Motsart tərəfindən 1773-cü ildə yazılmışdır.[1] O zaman müəllif on yeddi yaşında idi. Bu əsər İtalyan simfoniya tipinə (uvertüra növü) uyğundur.
Tarixi
redaktəBu əsər Motsart tərəfindən 1773-cü ilin mart ayından 1774-cü ilədək olan dövrdə Zalsburqda yazılmış doqquz simfoniyadan biridir. Simfoniyanın əlyazması Vyanada şəxsi kolleksiyada saxlanılır. Bu simfoniya Volfqanq Amadey Motsartın vəfatından sonra Hamburqda Avqust Kranz tərəfindən nəşr olunmuşdu.
Musiqişünas Volkerin[1] tədqiqatlarına əsasən (2005) bu simfoniyada Mannheim məktəbinin təsiri aydın şəkildə özünü göstərir. "Motsartın Mannheim üslubunun xarakterik üsusiyyətləri; məsələn, dar, şıltaq forte-fortepiano dəyişiklikləri və ya "Presto assai"nin birinci və ikinci skripkaları arasındakı dialoq hissələri kimi alətlərin işlənməsinin təfərrüatları qeyd edilə bilər".
Quruluşu
redaktəSimfoniya üç hissədən ibarətdir.
- Allegro spiritoso, 4/4
- Andantino grazioso, 3/8
- Presto assai, 2/4
Birinci hissə: Allegro spiritoso
redaktəİkinci hissə: Andantino grazioso
redaktəÜçüncü hissə: Presto assai
redaktəNotlar və ədəbiyyat
redaktə- Ноти на IMSLP
- Dearling, Robert: The Music of Wolfgang Amadeus Mozart: The Symphonies Associated University Presses Ltd, London 1982 ISBN 0-8386-2335-2
- Kenyon, Nicholas: The Pegasus Pocket Guide to Mozart Pegasus Books, New York 2006 ISBN 1-933648-23-6
- Zaslav, Neal:Mozart's Symphonies: Context, Performance Practice, Reception OUP, Oxford 1991 ISBN 0-19-816286-3
Xarici keçid
redaktə- Symphony No.23 in D major, K.181/162b (Mozart, Wolfgang Amadeus) στο IMSLP.org
- H παρτιτούρα της 23ης Συμφωνίας στο DME.at
İstinadlar
redaktə- ↑ 1 2 Volker Scherliess: Die Sinfonien. In: Silke Leopold (Hrsg.): Mozart-Handbuch. Bärenreiter-Verlag, Kassel 2005, ISBN 3-7618-2021-6