Iynebaligikimiler - Wikipedia
İynəbalığıkimilər (lat. Syngnathiformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi.
İynəbalığıkimilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Ranqsız: Dəstəüstü: Klad: Dəstə: İynəbalığıkimilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Burnu boru şəklindədir, üzgəcləri kiçikdir, tikan şüaları yoxdur. Qabırğaları yoxdur. Qarın üzgəcləri ya yoxdur, ya da döş üzgəclərinə yaxın yerləşmişdir. Erkəklərin qarın tərəfində dəri qatlaqyumurta kisəsi olur ki, dişi balıqlar kürünü buraya qoyurlar. Bəzilərində belə kisələr yoxdur. Dəniz balıqları olub, tropik və mülayim sularda yaşayırlar. 7 fəsiləsindən Xəzərdə biri təmsil olunmuşdur. Xəzər iynəbalığı adlı növaltı yaşayır. Bu balıq dənizin sahil zonasında hər yerdə rast gəlir, çayların aşağılarına da keçir. Həm dəniz iynələri, həm də dəniz atları plankton xərçəngkimilərlə qidalanır. Bunların heç bir vətəgə əhəmiyyəti yoxdur.[3]
İstinadlar
redaktə- ↑ Eschmeyer W., Fong J. D. “Pisces”. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 26–38. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
- ↑ Fricke R., Eschmeyer W., Laan R. v. d. Eschmeyer's Catalog of Fishes. California Academy of Sciences.
- ↑ Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı,2007,səh 331.