Izabella Klara Yevgeniya - Wikipedia
İzabella Klara Yevgeniya (isp. Isabel Clara Eugenia) (12 avqust 1566[1] – 1 dekabr 1633[2][3][…], Brüssel[d], İspaniya imperiyası[4]) — İspaniya və Portuqaliya kralı II Filip və üçüncü xanımı Valualı Elizabetin qızı, Habsburq Niderlandiyasının naibəsi. Bibisi oğlu Avstriyalı Albertlə evləndi və onunla birlikdə bölgəni 35 il boyunca idarə etdi. Onların bölgədəki naiblik dönəmi Habsburq Niderlandiyasının Qızıl dövrü olaraq qiymətləndirilir. İzabella XVI-XVII əsr Avropasında ən güclü qadınlardan biri idi.
İzabella Klara Yevgeniya | |
---|---|
isp. Isabel Clara Eugenia de Austria | |
Əvvəlki | Pedro Henri de Acevedo |
Sonrakı | Kardinal-infant Ferdinand |
Şəxsi məlumatlar | |
Doğum adı | Isabel Clara Eugenia de Austria |
Doğum tarixi | 12 avqust 1566[1] |
Vəfat tarixi | 1 dekabr 1633[2][3][…] (67 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | siyasətçi |
Atası | II Filip |
Anası | Valualı Elizabet |
Həyat yoldaşı | VII Albert |
Dini | Roma-Katolik kilsəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİzabella Klara Yevgeniya 1566-cı ildə Seqoviyadakı Valsayn sarayında dünyaya gəldi. O, İspaniya kralı II Filippin və onun üçüncü xanımı Valualı Elizabetin həyatda qalan ilk qızları idi. Özündən yaşca böyük Karlos adlı qardaşı olsa da, atasıyla münasibətləriylə uzaq idi və bu səbəblə hər kəs ona kralın yeni varisi olaraq yanaşırdı.
Gələcəkdə VII Urban adıyla Roma papası olan rahib Xuan Bautista Kastano tərəfindən vəftiz edilən İzabellanın xaç atası ögey əmisi Avstriyalı Con oldu. Bir il sonra dünyaya gələn doğma bacısı Ketrinlə birlikdə böyüsə də, hələ 2 yaşında ikən anası bir doğum əsnasında vəfat etdi. Anasının vəfatından sonra bacılar ögey anaları Avstriyalı Annanın himayəsinə verildi. Kral sarayında mükəmməl təhsil alan İzabella ana dili olan ispan diliylə yanaşı, flaman, fransız və italyan dillərini də öyrəndi. O yeganə şəxs idi ki, atasının sənədlərini səliqəyə salmaqda, eləcə də italyanca olan sənədləri ispan dilinə tərcümə etməkdə ona kömək edirdi.
Fransa kralı olan dayısı III Henrinin gənc bir keşiş tərəfindən öldürülməsinin ardından (1589), atası II Filipp qızı İzabellanın adından Fransa taxt-tacına iddia irəli sürdü. Qadın soyundan gələnlərin taxt hüququnu tanımayan salik qanunlarına baxmayaraq, İzabellanın bu taxt iddiası Fransada xeyli tərəfdar topladı. Üstəlik katolik cəbhəsinin mərkəzi hesab edilən Paris məclisi də onu "leqal monarx" elan etdi. Buna baxmayaraq Navarralı Henri qısa zamanda ölkəni ələ aldı və yerli zadəganların da dəstəyilə IV Henri adıyla taxta çıxdı.
Mənbə
redaktə- Cordula Van Wyhe (ed.), Isabel Clara Eugenia: Female Sovereignty in the Courts of Madrid and Brussels (Madrid and London, 2011).
- Werner Thomas and Luc Duerloo (eds.), Albert & Isabella, 1598–1621: Essays (Turnhout, 1998).
- Marie de Villermont, L'Infante Isabelle, Gouvernante des Pays-Bas (Paris, 1912).
İstinadlar
redaktə- ↑ 1 2 Isabella Clara Eugenia Clara Isabella Habsburg (12 Aug 1566 - 1 Dec 1633) // WikiTree (ing.). 2005.
- ↑ 1 2 Isabella Clara Eugenia. 2009.
- ↑ 1 2 Isabella Clara Eugenia, archduchess of Austria // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 RKDartists (nid.).