Sumsad - Wikipedia
Sumsad - Wikipedia - Haqqında Məlumat
Şümşad (lat. Buxus) — bitkilər aləminin şümşadçiçəklilər dəstəsinin şümşadkimilər fəsiləsinə aid bitki cinsi.
Şümşad | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Şümşad |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Şümşad cinsinə daxil olan nümayəndələr həmişəyaşıl kol, yaxud ağacdır. Gec böyüyür. Hündürlüyü 2–12 m, bəzən hətta 15 m olur. Latınca adı yunanca buxe - sıx, bərk sözündən götürülüb ki, bu da oduncağının sıx və möhkəm olmasına görədir.
Yayılması
redaktə3 böyük yayılma ərazisi var:
- Afrika - Ekvatorial Afrika dan cənubda və Madaqaskar adasındakı meşə və meşə-çöl sahəsi
- Mərkəzi Amerika - Meksikanın şimal hissəsi və Kubanın cənubuna tərəf olan tropik və subtropik zonalarda
- Avrasiya - Britaniya adalarından Cənubi Avropa, Kiçik və Ön Asiya, Zaqafqaziya, Çindən Yaponiya və Sumatra adalarına qədər olan ərazi.
Azərbaycanda əsasən Lənkəran, Astara və Lerik rayonları ərazisində geniş yayılmışdır.
Növləri
redaktəAzərbaycanın dərman bitkiləri
redaktə- Kolxida şümşadı (Buxus colchica Pojark.)
- Hirkan həmişəyaşıl şümşadı (Buxus sempervirens subsp. hyrcana Takht.)
İstinadlar
redaktə- ↑ Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 423. doi:10.5962/BHL.TITLE.746
- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 983.