Sixmahmud - Wikipedia
Şıxmahmud — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şıxmahmud kənd inzibati ərazi dairəsində kənd.[1]
Şıxmahmud | |
---|---|
39°15′05″ şm. e. 45°25′43″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası
redaktəŞıxmahmud kəndi Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Naxçıvan çayının sahilində yerləşən kənd öz adını oradakı Şıxmahmud pirinin adından almışdır.[2] Yerli əhalinin söylədiyinə görə kəndin adı bu ərazidə məskunlaşan ilk tayfanın başçısının adından götürülmüşdür. Həmin tayfa başçısının adı Şeyx Mahmud olmuşdur. Tarixən bu ərazi Şeyx Mahmudun adı ilə adlandırılmış və zamanla bu müəyyən tələffüz deformasiyalarına uğramış və Şıxmahmud formasını almışdır.
Tarixi
redaktəTarixi abidələri
redaktəŞıxmahmud kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
1876 | Şıxmahmud nekropolu[3] | I-III əsrlər | Şıxmahmud kəndi | Arxeoloji | Ölkə |
Coğrafiyası və iqlimi
redaktəKənd Naxçıvan şəhərindən 5 km şimal-şərqdə, Naxçıvan-Şahbuz yolunun üzərində yerləşir.
Əhalisi
redaktəİl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 2645 | 1400 | 1245 |
2009[5] | ↗3065 | ↗1549 | ↗1516 |
İqtisadiyyatı
redaktəKənd əhalisi əsasən kənd təsərrüfatı ilə məşğuldur. Naxçıvan şəhəri ilə coğrafi yaxınlığı kənd əhalisinin sənaye və xidmət sahəsində də çalışmağına şərait yaratmışdır. Kənd təsərrüfatında əsasən əkinçilik — taxıl və bostan əkinçiliyi inkişaf etmişdir. Bununla yanaşı kənd əhalisi irbuynuzlu və xırdabuynuzlu mal-qaranın saxlanılması ilə də məşğuldur. Lakin təbii otlaq sahəsinin az olması maldarlıq sahəsinin inkişafının qarşısını alır. Kənddə yetişdirilən sarımsaq öz unikallığı ilə fərqlənir, Belə ki kənddə yetişdirilən sarımsağın bu növü Azərbaycanın digər bölgələrində "Şıxmahmud sarımsağı" adı ilə məşhurdur. Kənddə bu tərəvəz geniş bir şəkildə əkilir.
Mədəniyyəti
redaktəKənddə poçt, avtomatlaşdırılmış telefon yarımstansiyası fəliyyət göstərir.
Təhsil
redaktəKənddə Şıxmahmud kənd tam orta məktəbi fəaliyyət göstərir.[6]
Musiqi məktəbi fəliyyət göstərir.
Kənddə fəaliyyət göstərmiş məşhur təhsil ocaqlarından biri N.Rəfiyev adına Naxçıvan Sovxoz Texnikumu olmuşdur. Naxçıvan Sovxoz Texnikumu 1925-ci ildə yaradılmışdır. 1972-ci ildə Şıxmahmud kənd toxumçuluq təsərrüfatı ilə birləşdirilərək sovxoz-texnikum adlandırılmış və Şıxmahmud kəndinə köçürülmüşdür. Akademiklər Həsən Əliyev, Həsən Abdullayev, professorlar Yunis Səfərov, Hacı Hacıyev, Paşa Zamanov, Sovet İttifaqı Qəhrəmanı Qəzənfər Əkbərov, Sosialist Əməyi qəhrəmanları Məmməd Əsgərov, Narı Quliyeva orta ixtisas məktəbinin məzunlarındandır. Təhsil müəsissəsi 2002-ci ildən Naxçıvan Dövlət Texniki Kolleci adlanır. Hazırda Naxçıvan şəhərində fəaliyyət göstərir.
Din
redaktəKənddə iki məscid mövcuddur.
Səhiyyə
redaktəKənddə tibb məntəqəsi mövcuddur.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 106" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-16.
- ↑ Şıxmahmud // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-156-0.
- ↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 59" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-20.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 37.
- ↑ "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 36". 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
- ↑ "Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi. Babək rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəbləri haqqında MƏLUMAT (tehsil.nmr.az)". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.