Sefi Xan Qacar - Wikipedia
Şəfi xan Qacar (19 aprel 1853, Şuşa – 2 yanvar 1909, Sankt-Peterburq) — Qacarlar sülaləsinə mənsub şahzadə, general-mayor rütbəsinə sahib Rusiya imperiyası zabiti, Azərbaycan Xalq Cümhuriyyətinin generalı olmuş Feyzulla Mirzə Qacarın atası.
Şəfi xan Qacar | |
---|---|
Şəfi xan Qovanlı-Qacar | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Rusiya imperiyası |
Vəfat tarixi | (55 yaşında) |
Vəfat yeri | Peterburq, Rusiya imperiyası |
Vətəndaşlığı | Rusiya imperiyası |
Uşağı | |
Atası | Cəlaləddin Mirzə Qacar |
Anası | Novbahar xanım |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası ordusu |
Qoşun növü | Süvari |
Xidmət illəri | 1874-1908 |
Rütbəsi | General-mayor |
Döyüşlər |
Rusiya-Osmanlı müharibəsi (1877-1878) Göytəpə döyüşü |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatının erkən dövrü
redaktəŞəfi xan 1853-cü ilin 19 martında Şuşa şəhərində Bəhmən Mirzə Qacarın ikinci oğlu Cəlaləddin Mirzə Qacarla Novbahar xanımın ailəsində dünyaya gəlmişdir.[1] İlk təhsilini ailədə almış və sonra Süvari Zabit Məktəbində təhsilini davam etdirmişdir. 1874-cü ilin 12 aprelində hərbi sahədə işləməyə başlayan Şəfi xan elə həmin ilin iyul ayının 7-də vəzifədə yüksəlmiş və İrəvan Qranadyor Polkunun ikinci komandanı olmuşdur.[2]
Hərbi kareyerası
redaktə1877-ci il 12 aprel-17 noyabr aralığında Rus-Türk müharibəsində iştirak etmişdir. Müharibə zamanı müxtəlif döyüşlərdə və toqquşmalarda vuruşmuşdur. Bunlara misal olaraq Ərdahanın bombalanmasını, Gelaverdi təpəliklərinin alınmasını, Ərdahanın ələ keçirilməsini, türklərin Qarsda və Melin-Keydə məğlub edilməsini, Qarsın şimalındak türklərlə toqquşmaları, Qərs-Ərəbin, Qaradağın və Muxlisin bombardman edilməsini, Qızılgüldəki toqquşmanı və Alacada döyüşünü göstərmək olar. O, həmçinin Böyük və Kiçik Yahnı döyüşlərində, Hacıvəli və Subatan kəndlərindəki döyüşlərdə, İnahtəpəsindəki süvari döyüşlərində də iştirak etmişdir. Döyüşlərdə göstərdiyi şücaətə görə 1877-ci ilin 1 avqustunda poruçik rütbəsinə yüksəldilmişdir.[3]
1878-ci ilin iyul ayının 22-dən 1879-ci ilin 25 maya qədər Göytəpə döyüşündə iştirak etmişdir.[4] Döyüşdə göstərdiyi igidliyə görə gümüş medalla mükafatlandırılmış və kapitan rütbəsinə yüksəldilmişdir. 1891-ci ilin 6 avqustunda rittmeister rütbəsinə yüksəldikdən sonra iki illik Hərbi Süvari Məktəbinə təhsil almağa göndərilmişdir.
Şəfi xan həyatınnı geridə qalan hissəsində 49-cu Arxangelsk Fraqon alayında, 55-ci Finlandiya Draqon alayında və 46-cı Pereyaslavl Draqon alayında xidmət etmişdir. 1906-cı ilin 27 yanvar-11 fevralında Rusiya nümayəndəliyinin üzvü kimi Danimarkada olmuşdur. Rus nümayəndəliyi Danimarka kralı IX Kristianın dəfn mərasimində iştirak etmək üçün göndərilmişdi.
Şəfi xan 1908-ci ildə general-mayor rütbəsi ilə təqaüdə ayrılmışdır.
Ölümü
redaktəŞəfi xan 1909-cu ildə dövlət əmlakını mənimsəməkdə ittiham edilmiş və şərəfini təmizləmək üçün 2 yanvar 1909-cu ildə intihar etmişdir.[5] O, Peterburqda yerləşən müsəlman qəbirstanlığında dəfn edilmişdir. Dəfn edildiyi yer hal-hazırda Novo-Volkoski adlanır. Onun dəfn mərasiminə Hüseyn xan Naxçıvanskı, Aleksandr Mirzə Qacar və İran səfirliyinin nümayəndələri də qatılmışdı.
Ailəsi
redaktəOnun həyat yoldaşının adı məlum deyil. Lakin hərbi qeydlərə əsasən başa düşmək olur ki, 1886-cı ildə o, artıq dul idi. Yalnız Feyzulla Mirzə Qacar adlı bir oğlu olmuşdur.
Ali titulları
redaktə- Ali həzrətləri (1889 28 noyabr)
- Zatıaliləri (1908 22 yanvar)
Mükafatları
redaktə- Üçüncü dərəcəli Müqəddəs Stanislav ordeni (1881 17 iyun)
- Üçüncü dərəcəli Müqəddəs Anna ordeni (1881 17 iyun)
- Üçüncü dərəcəli Şiri-Xurşid ordeni (1894 30 oktyabr)
- İmperator Aleksandrın hakimiyyətinin xatirəsinə həsr edilmiş gümüş medal (1897 4 yanvar)
- Mərkəzi Asiya kompaniyasının xatirəsinə həsr edilmiş gümüş medal (1897 10 noyabr)
- Dördüncü dərəcəli Müqəddəs Vladimir ordeni (1899 22 sentyabr)
- İkinci dərəcəli Şiri-Xurşid ordeni (1902 12 yanvar)
- Üçüncü dərəcəli Müqəddəs Vladimir ordeni (1905 20 noyabr)
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Ismailov, 2009. səh. 135
- ↑ Ismailov, 2009. səh. 249
- ↑ Ismailov, 2009. səh. 250
- ↑ Nagdaliev, 2006. səh. 378
- ↑ Nagdaliev, 2006. səh. 249