Sehrisebz - Wikipedia
Şəhrisəbz (özb. Шаҳрисабз Shahrisabz; tac. Шаҳрисабз; fars. شهر سبز: "yaşıl şəhər"; rus. Шахрисабз) ― Özbəkistanın cənubundakı Qaşqadərya vilayətində, Səmərqəndin 80 km cənubunda şəhər. 2014-cü ilə olan məlumata əsasən şəhərin əhalisi 100 300 nəfər olmuşdur.[2] Tarixən Keş və ya Kiş adları ilə tanınan Şəhrisəbz bir zamanlar Mərkəzi Asiyanın böyük şəhərlərindən biri və Əhəmənilər İmperiyasının əyaləti olan Soqdianın mühüm şəhər mərkəzi olmuşdur. Bu gün şəhər ilk növbədə Əmir Teymurun doğulduğu yer olaraq tanınır.
Şəhrisəbz | |
---|---|
39°03′ şm. e. 66°50′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | VII əsr |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 622 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
Rəsmi adı | Historic Centre of Shakhrisyabz |
Tipi | Mədəni |
Kriteriya | (iii), (iv) |
Tarixi | 2000 (24-cü sessiya) |
İstinad nöm. | 885 |
Təhlükədə | 2016 - |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəƏvvəllər Keş və ya Kiş ("ürək xoşagələn") olaraq da tanınan Şəhrisəbz Mərkəzi Asiyanın ən qədim şəhərlərindən biridir. 2700 il əvvəl əsası qpyulmuş şəhər eramızdan əvvəl VI–IV əsrlərdə Əhəmənilər imperiyasının bir hissəsini təşkil etmişdir. Keş bu dövr ərzində imperiyanın tərkibindəki böyük bir əyalət olan Soqdianın əhəmiyyətli şəhər mərkəzi olaraq qalmışdır. Əhəmənilər dövrünə aid sənədlərdə şəhər divarlarının yenilənməsindən bəhs edilir.[3] Şəhər Teymurilər dövründən bəri Şəhrisəbz olaraq tanınır.[4]
Makedoniyalı İskəndərin generalı Ptolemey, Baktriya satraplığını ələ keçirdi və Əhəmənilər imperiyasının varlığına son qoydu.
Makedoniyalı İsgəndər qışı keçirmək üçün şəhəri seçdi və e.ə 328–327-ci illərdə ərazidə yoldaşı Roksana ilə görüşdü. 567–658-ci illər arasında Keş hökmdarları Türk və Qərbi Türk xaqanlıqlarının xaqanlarına vergi ödəyirdilər. Şəhər 710-cu ildə ərəblər tərəfindən fəth edildi[3] və XIII əsrdə monqolların Xarəzmi fəth etməsindən sonra bölgə Barlas qəbiləsinin nəzarəti altına keçdi.[5] Bu nəslin bütün üzvlərinin ərazi ilə əlaqəsi vardır.
Teymurun doğulduğu yer
redaktəKeş 1336-cı ildə kiçik bir yerli Barlas başçısının ailəsi üçün Teymurun doğulduğu yer idi və Teymurilər xanədanlığının hakimiyyətinin ilk illərində şəhər onun böyük himayəsindən istifadə edirdi. Teymur Keşi özünün "doğma şəhəri" kimi qəbul etmiş və məzarının yeri olaraq planlaşdırmışdı. Lakin, onun hakimiyyəti dövründə fəaliyyət mərkəzi Səmərqəndə köçürüldü. Teymurun dövründə dünya memarlığının şah əsərləri: Ak-Saray sarayı və Dorusiodat xatirə kompleksi tikildi.[6] Şəhər Buxara əmitliyinin hakimiyyəti altında muxtariyyət uğrunda mübarizə aparırdı. 1870-ci ildə ruslar şəhəri fəth etmək üçün Buxara əmirinə kömək etmişdilər.
Tarixi abidələr
redaktəTeymurilər sülaləsindən qalan bir neçə təsir edici abidənin yerləşdiyi şəhərin köhnə hissəsi UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir . Bununla birlikdə, park və turizm obyektləri yaratmaq üçün 2015-ci ildə orta əsr şəhər mənzərəsinin geniş ərazilərinin məhv edilməsi UNESCO-nun narahatlığına səbəb olmuşdur. Ərazinin statusunu itirməsi mümkündür.[7]
Aksaray
redaktəTeymurun yaz sarayı olan "Ağ saray" Teymurun bütün tikililəri arasında ən möhtəşəmi olaraq planlaşdırılmışdı. Sarayın tikintisi 1380-ci ildə, Teymurun yaxın zamanlarda fəth edilmiş Xarəzmdən deportasiya etdiyi sənətkarlar tərəfindən başladıldı. Təəssüf ki, onun 65 metrlik nəhəng qapı qüllələrinin yalnız mavi, ağ və qızılı mozaikalarla bəzədilmiş bəzi hissələri sağ qalır. Aksarayın girişinin üstündə böyük hərflərlə yazılıb: "Gücümüzə meydan oxuyursunuzsa — binalarımıza baxın!"
Kok Günbəz məscidi
redaktə"Mavi günbəz" mənasını verən Kok Günbəz məscidi 1437-ci ildə adı atası Şahruxun şərəfinə Uluqbəy tərəfindən tikilmiş cümə məscididir. Kok Günbəz məscidinin dərhal arxasında yerləşən "Meditasiya evi" 1438-ci ildə Uluqbəy tərəfindən tikdirilmiş, lakin heç kim dəf olunmadığı üçün istifadə olunmayan mavzoleydir.
Həzrət-i İmam kompleksi
redaktəKok Günbəzin şərqində, Dorus-Saodat (Güc və qüdrət taxtı) adlı başqa bir məqbərə kompleksi var. Burada Teymurun böyük və sevimli oğlu Cahangir türbəsi yerləşir. Bitişik məsciddə 8-ci əsr imamı Əmir Kulalın türbəsinin yerləşdiyi deyilir.
Teymur türbəsi
redaktəHəzrət-i İmam kompleksinin arxasında arxeoloqlar tərəfindən 1943-cü ildə kəşf olunmuş yeraltı otağa aparan qapılı bunker var. Otaq demək olar ki, sadəcə daş tabutla doludur və üzərindəki yazılar buranın Teymur üçün nəzərdə tutulduğunu göstərir. Lakin fatih Şəhrisəbzda deyil, Səmərqənddə dəfn edilmişdi. Bununla birlikdə onun Şəhrisəbzdakı məzarında iki şəxsiyyəti bilinməyən cəsəd tapılmışdır.
Ərazidəki orta əsr hamamları və 18-ci əsrə aid bazarı da maraq doğurur.
Populyar mədəniyyətdə
redaktə1980-ci illərdə Özbəkistan Sovet qrupu Yalla Şəhrisəbz haqqında mahnı yazmışdır.
İstinadlar
redaktə- ↑ http://www.citypopulation.de/Uzbekistan.html.
- ↑ "Статистический буклет "О населении языком цифр"". 14 oktyabr, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 iyul, 2019.
- ↑ 1 2 Pavel Lurje, (2009), 'KEŠ' Encyclopaedia Iranica Arxivləşdirilib 2012-11-17 at the Wayback Machine (online)
- ↑ "Shahrisabz Travel Guide". Caravanistan (ingilis). İstifadə tarixi: 2021-04-13.
- ↑ B.F. Manz, The rise and rule of Tamerlan, Kembric Universiteti, Kembric 1989, s. 156–7
- ↑ Golombek, L. Wilber, D. The Timurid Architecture of Iran and Turan. Vol 1. Princeton, N.J.: Princeton University Press. 1988
- ↑ Synovitz, Ron. "Bulldozing History". Radio Free Europe. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2019.