Seki Usyani 1930 - Wikipedia
Şəki üsyanı — 1930-cu ilin aprelində Molla Mustafa Şeyxzadə başçılığı ilə Şəkinin Baş Göynük kəndində baş vermiş üsyan.
Şəki üsyanı | |
---|---|
|
Şəki üsyanı 1930-cu il aprelin 13-də Şəki, Qax, Zaqatala, Balakən və Oğuzda Sovet hakimiyyətinə qarşı mülkədarların, burjua ünsürlərinin iştirakı ilə baş vermiş silahlı üsyanın ümumiləşdirilmış adıdır.
Əksəriyyəti süvarilərdən ibarət olan yaxşı silahlanmış 200 nəfər üsyançı 1930-cu il aprelin 13-də Göynük (şimal-qərb) və Zəyzid-Bideyiz (cənub-şərq) istiqamətlərindən şəhərə hücum etdilər. Hücum üçün əsas obyektlər həbsxana və rayon partiya komitəsinin binaları seçilmişdi.
20-30-cu illərdə Sovet hökumətinin kollektivləşmə siyasəti “xalqın kəskin narazılğına səbəb oldu”, beləliklə də 1930-cu ildə Şəkidə antisovet üsyan baş verdi.
1930-cu ildə baş vermiş Şəki üsyanı Azərbaycanda sovet hakimiyyətinə qarşı ən yaddaqalan üsyan hesab olunur. Hətta üsyan Moskvanı da ciddi narahat etmişdi.[1]
Üsyan nəticəsində polis binası,Şəkidə yerləşən rus hərbi qarnizonu,komsomol binası,mərkəzi komitə binası və digər dövlət əhəmiyyətli binalar üsyançıların əlinə keçmişdir.Yalnız poçt binasına əhəmiyyətsiz bina kimi baxan üsyançılar buranı tutmamış və Bayramov soyadlı birisinin həmin poçtdan Mir Cəfər Bağırova vurduğu teleqramla Yevlaxdan,Bakıdan,Gəncədən və Zaqataladan Avram Yerqinyanın başçılığı ilə nizami ordu hissələri göndərilərək üsyan yatırılmışdır.
214 nəfər öldürülmüş,865 nəfər həbs edilmişdir.Qondarma məhkəmədə 865 nəfərdən 850 nəfəri sürgün edilmiş,15 nəfəri Qax rayon polis şöbəsində güllələnmişdir.
Güllələnlər arasında İlisulu Danyal sultanın nəslindən olan Əhədxan Cəfər bəy oğlu Sultanov da var idi , o 1930-cu ildə Şəkidə Sovet imperiyasına qarşı başlanmış üsyanın rəhbərlərindən biri olmuşdur .[2]
Əhədxan Sultanov Akademik Əzəl Sultanovun böyük qardaşıdır.
Populyar mədəniyyətdə
redaktə1930-cu il Şəki üsyanı qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Taleh İsmayıl tərəfindən ekranlaşdırılmışdır. Film İctimai televiziyada istehsal edilmişdir.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2019-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-18.
- ↑ Bax: ŞƏKİ. Alim və Ziyalılar. Bakı: “Elm”, 2007 , SULTANOVA SƏADƏT ƏHƏDXAN QIZI tərcümeyi halı. https://archive.org/details/saz-2/page/n180/mode/1up
Mənbə
redaktə- Həbibulla Manaflı. Şəki üsyanı. Bakı: Zaman. 2000.
- Həbibulla Manaflı. Şəki üsyanı (Yenidən işlənilmiş 2-ci nəşri). Bakı: Uni-Print. 2010.
- Ədalət Tahirzadə, Həbibulla Manaflı. Unutdurulmuş azman — Əliabbas Qədimov. Bakı: Apostroff. 2012. ISBN 978-9952-404-46-3.
- Həbibulla Manaflı. Şəki üsyanı. Bakı: Mütərcim. 2024.
Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |