Sekili Agdas - Wikipedia
Şəkili — Azərbaycan Respublikasının Ağdaş rayonunun Şəkili kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı ilə Ağdaş rayonunun Şəkili kəndi Qoşaqovaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Şəkili kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Şəkili | |
---|---|
40°42′35″ şm. e. 47°23′41″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktəKənd Şəkidən köçən ailələr tərəfindən yaradılıb. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Şəkili kənd cəmiyyətinə tabe idi.[3] 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Nuxa qəzasının Xaldan dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda Qoşaqovaq kənd şurası yaradılmışdır. 1961 və 1977-ci illərin İnzibati bölgüsünə əsasən Şəkili kəndi Azərbaycan SSR Ağdaş rayonunun Qoşaqovaq kənd sovetinə daxil idi.[4] 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və bu kəndin də daxil olduğu Ağdaş rayonunun Qoşaqovaq bələdiyyəsi təsis edilmişdir. 2007-ci ildə Şəkili bələdiyyəsi təsis edilmiş, lakin 2014-cü ildə bələdiyyə ləğv edilmiş və kənd yenidən Qoşaqovaq bələdiyyəsinin tərkibinə daxil edilmişdir.
Coğrafiyası və iqlimi
redaktəŞəkili kəndi Şəkili kanalı və Neymətabad kanalı sahilində yerləşir, kəndin yaxınlığında Türyançay çayı axır. Kənd Qoşaqovaq bələdiyyəsinin mərkəzindən 4 km, Ağdaş rayon mərkəzindən 10 km, Bakıdan 243 km məsafədə yerləşir. Ən yaxın dəmir yolu stansiyası Ləki stansiyasıdır.
Kənd dəniz səviyyəsindən 55 metr yüksəklikdə yerləşir.
Kənddə havanın orta illik temperaturu +15,0 C-dir. Kənddə semiarid iqlimi mövcuddur.
Əhalisi
redaktə1886-cı ildə kənddə 459 nəfər yaşayırdı, hamısı azərbaycanlı, dini etiqadına görə 372 müsəlman sünni, 87 müsəlman şiə idi. 2009-cu il üçün əhalisi 1069 nəfərdir.
İqtisadiyyatı
redaktəKənddə orta məktəb yerləşir.[5]
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-27.
- ↑ "Волостныя, станичныя, сельскія, гминныя правленія и управленія, а также полицейскіе станы всей Россіи съ обозначеніем мѣста ихъ нахожденія". 2017-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-12.
- ↑ "Административное деление Азербайджанской ССР на 1 января 1977 года" (PDF). 2018-11-27 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-06-12.
- ↑ "Məktəblər". 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-12.
Həmçinin bax
redaktə Ağdaş rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |