Serq Basinagaci - Wikipedia
Şərq başınağacı (lat. Viburnum orientale) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü.
Şərq başınağacı | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Şərq başınağacı |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Təbii yayılması
redaktəŞərq başınağacı Qərbi və Şərqi Zaqafqaziyada, dağların orta və aşağı zolağında bitir.
Botaniki xarakteristikası
redaktəHündürlüyü 2 m-dək, hamar, qonur qabıqlı koldur. Budaqların və gövdələrin qabığı hamar, qonur, bünövrəsində çatlar vardır. Yarpaqları yumru, uzunluğu 6-15 sm, yuxarı hissəsi 3 pərli, əlvari yayılmış, damarcıqlı, bünövrələri ürəkvari və ya uzunsovdur, kənarı iri və iti dişli, bəzən qeyri-bərabərdir. Yarpaq ayasının üstü tünd-yaşıl, çılpaq, alt tərəfi daha açıqdır. Tumurcuqları 2 cüt pulcuqlu, qısa ayaqlarda yerləşir. Saplaqları qısa, bünövrələrində sapvari yarpaq altlıqları yerləşmişdir. Çiçəkləri ikicinslidir, altı-səkkiz şüalı, çoxçiçəkli, diametri 4-7 sm olan, çətirvari süpürgələrə yığılmışdır. Çiçək saplaqları qısa tükcüklərlə sıx örtülmüşdür, zəngvari çiçək tacının uzunluğu təxminən 3 mm, ləçəklərin uzunluğu 4 mm-ə çatır. Erkəkcikləri çiçək tacından uzundur. İyun-iyulda çiçəkləyir. Meyvələri ellipsvari, əvvəlcə parlaq qırmızı, sonra qara-al qırmızı, lətlidir; çəyirdəkləri hamar, uzunluğu 8-9 mm-dir. Meyvələri sentyabrda yetişir. Şərq başınağacı toxumlarla çoxalır, gövdə qələmləri kötük və zoğları ilə bərpa olunur.
Ekologiyası
redaktəİstisevən, kölgəyədavamlıdır. Torpaqların zənginliyinə və nəmişliyinə tələbkardır.
Azərbaycanda yayılması
redaktəKiçik Qafqaz meşələrində aşağı və orta yaruslarda bitir..
İstifadəsi
redaktəYamacların eroziyadan, üst axının torpağın içərisinə keçməsindən qorunması üçün istifadə etmək daha perspektivlidir.