Sah Abbas Mescidi Kesle - Wikipedia
Şah Abbas məscidi və ya Keşlə məscidi — Bakı şəhəri Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən tarixi məscid binasıdır.
Şah Abbas məscidi | |
---|---|
40°23′51″ şm. e. 49°53′41″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Keşlə |
Yerləşir | M.H.Kazımov küçəsi |
Sifarişçi | I Şah Abbas |
Tikilmə tarixi | XVII əsr |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərir |
İstinad nöm. | 2860 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Memarlıq xüsusiyyətləri
redaktəKeşlə məscidi xaricdən hər tərəfi 12 metr uzunluğa malik olan kvadrat formasına malikdir. Məscidin planı Abşeron məscidləri üçün xarakterik olan sxemi təkrarlayır: binanın mərkəzində günbəzlə örtülmüş əsas zal yerləşdirilmiş, onun dörd tərəfində isə zala bitişəntağ-tavan örtüklü kiçik otaqlar tikilmişdir. Həmin kiçik otaqlar planın kvadrat xarakteri almasını təmin edir.[1]
Memar, portalın bölünməsini binanın ümumi həcminin bölünməsi ilə əlaqələndirməyə çalışmışdır. Bunun üçün Abşeron memarların hələ Divanxana binasından məlum olan, bina karnizinin portal çərçivəsinin davamı olması üsulundan istifadə olunmuşdur.[1]
Məscidin planı Mərdəkandakı Tuba Şahi məscidinin (1481) planı ilə oxşarlıq təşkil edir.[2] Hər iki binanın planında əsas fərq məscidlərin girişinin təşkilindədir. Tuba Şahi məscidində giriş önə çıxarılaraq qabarıq həcm şəklində həll edilsə də, Keşlə məscidinin girişi binanın həcmi daxilində həll edilmiş və şimal-şərq künc otağını təşkil etmişdir.[1]
Binanın dəqiq planlaşdırması onun fasadlarının aydın inşasına uyğundur; Giriş portalı və günbəz tikilinin düz divar səthləri ilə kontrast təşkil edir. Məscidin divarları tsokoldan 60 dərəcə maililikdə əyilmişdir. Portal satə olub, stalaktit yarımtağına malik deyil.[1]
Giriş qapısının üstündə ərəbcə daş kitabə yazılıb. İbadət zalı dörd böyük tağdan ibarətdir. Tağlar məscidin dairəvi formada olan günbəzi ilə qovuşur. Günbəzin aşağı hissəsi 12 guşəlidir. Bu da on iki imama işarə xarakteri daşıyır. Mehrab və minbər yonulmuş sal daşlardan düzəldilib. İki laydan ibarət olan pəncərələrin birinci layı taxta, ikinci layı isə bütöv yonulmuş daşla işlənib. Daşlar kiçik-kiçik dairəvi boşluqlardan ibarətdir.[3]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Саламзаде, 1964. səh. 28
- ↑ Алескерзаде, А. Надписи мечети Туба-Шахи (Труды Ин-та истории и философии АН Азеб. ССР, вып. III). Баку. 1951. (#accessdate_missing_url)
- ↑ S. Abdullayeva. Azərbaycandakı məscidlər: mənəviyyat və tarixi-memarlıq abidələri Arxivləşdirilib 2019-09-12 at the Wayback Machine. 525-ci qəzet.- 2013.- 28 sentyabr.- S.30.
Ədəbiyyat
redaktə- Саламзаде, А. В. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.
Xarici keçidlər
redaktə- Azərbaycan Keşlə məscidinin tarixi (Qədim Şah Abbas məscidi) (sənədli film)
- Keşlə qəsəbəsi Şah Abbas məscidi
- Keşlə Şah Abbas Məscidi. Doğma Azərbaycanım verilişi. MMD TV. 2019 (7)
- Keşlə məscidi