Sah Melik - Wikipedia
Şah Məlik (d.?, Oğuz Yabquluğu - ö. 1042, Mekran, Bəlucistan) — Otrar və Cənd oğuzları yabquluğunun rəhbəri, Xarəzmşahlar dövlətinin valisi və daha sonra da hökmdarı (1041-1042). 1042-ci ildə Çağrı bəy tərəfindən öldürüldü. Sonradan Böyük Səlcuqlu imperiyasının imperatoru Toğrulun həyat yoldaşı olacaq Altuncan Xatunun ilk həyat yoldaşı olmuşdur.
Şah Məlik | |
---|---|
Vəfat tarixi | 1042 |
Fəaliyyəti | siyasətçi |
Həyatı
redaktəŞah Məlik Yabqu titulunu daşımaqda idi. 1034-cü ildə Yabquların düşməni olan səlcuqlular Qəznə valisi Harunun dəvəti ilə Xarəzmə girdilər.
Xarəzm valiliyi və şahlığı
redaktəQəznəvilərin türk kölə komandanı və Xarəzm valisi Altuntaş 15 illik valiliyi dövründə Qəznəvi Mahmud ilə Məsuda bağlı qalmışdı. Xarəzm əyalətinin sərhədlərini şimaldan gələn Oğuz və Qıpçak hücumlarına qarşı uğurlu formada müdafiə etmişdir. Buxara yaxınlığında Debusiye adı verilən mövqedəki döyüşdə ağır yaralanan Altuntaşın qısa müddət sonra ölümündən sonra Altuntaşın oğlu Harun Xarəzmdə onun yerinə de-fakto canişin olaraq keçdi.[1]
Harundan şübhələnən Məsud onu sadəcə canişin olaraq təyin etdiyi oğlunun müavini olaraq təyin etdi və tanıdı. Altuntaşın qüvvəsinin türklərdən qurduğu ordudan alması hələ vaxtında Mahmudla Məsudun narahatlığına səbəb olmuşdu. Atasının ölümündən keçən iki ildən sonra Harun Əli Tigin və səlcuqlular ilə ittifaq quraraq Məsuda qarşı üsyan qaldırdı. Lakin bir il sonra Məsud Harunu sui-qəsdlə öldürdü. Harunun ölümündən sonra Altuntaşın digər oğlu İsmayıl Handan səlcuqluların müttəfiqi və Məsudun andlı düşməni olaraq Xarəzmin mütləq hakimi mövqeyinə yüksəldi. Belə bir vəziyyətdə Sultan Məsud oğuzlardan olan, lakin Səlcuqluların düşməni olan Cəndli Şah Məliki Xarəzm canişini olaraq təyin etdi. Şah Məlik 1041-ci ilə qədər Xarəzmdə mütləq hakimiyyəti ələ keçirdi. İsmayıl Handanın isə səlcuqlulara sığınmaqdan başqa çarəsi qalmadı. Beləliklə, Şah Məlik Xarəzmin paytaxtı Gürganda hökmdar olaraq elan edildi. Bu zaman Məsud vəfat etmiş və Qəznəvilərin Xarəzmdəki hakimiyyəti sona çatmışdı.
Ölümü
redaktəBununla bərabər, Səlcuqlular Şha Məlikin Xarəzmdə uzun müddət qalmasına icazə vermədilər. Böyük Səlcuqlu imperiyası sultanı Toğrul və qardaşı Çağrı bəy 1042-ci ildə Xarəzmə girərək Şah məliki buradan qovdular. Qədim torpaqları olan Cənd və Otrarin qıpçaklar tərəfindən işğalından sonra oralara geri dönə bilməyərək Kirmana, oradan da Mekrana qaçan Şah Məlik burada yaxalanaraq Çağrı bəy tərəfindən öldürüldü. Oğuz tayfalarının ənənələrinə uyğun olaraq Oğuz-Səlcuq tayfalarının birliyinin qorunması üçün Altuncan-xatun Toğrul bəy ilə evləndi.[2][3]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Encyclopædia Iranica, ALTUNTAŠ". www.iranicaonline.org. Archived from the original on 2011-04-29.
- ↑ Ann K. S. Lambton. Continuity and Change in Medieval Persia. SUNY Press. January 1, 1988. 262. ISBN 978-0-887-06133-2.
- ↑ Türk dünyası araştırmaları - Issue 173. Türk Dünyası Araştırmaları Vakfı. 2008. 112.