Sahsevenler Mehellesi - Wikipedia
Şahsevənlər məhəlləsi və ya Şaxsöyən məhəlləsi — Gəncənin qədim məhəllələrindən biri.[1][2] İnsanların danışıq dilində məhəllənin adı təhrifə uğramış və bəzən Şaxsöyən adlanmışdır. Məhəllədə XIX əsrə aid Şahsevənlər məscidi yerləşir.[1]
Haqqında
redaktəŞahsevənlər məhəlləsinə bugünkü Mikayıl Müşfiq, Ordubadi küçəsinin bir hissəsi, Şahsevənlər, Cavad Xan və Nizami prospektinin bəzi dalanları daxildir. Gəncə şəhərinin qərb hissəsində 17-ci əsrdə salınıb. Şah İsmayılın hakimiyyəti illərində ona ən sadiq olan əsgərlərinə "Şahsevənlər" deyərlərmiş. 16-17-ci əsrlərdə Şahsevənlər müxtəlif tayfa üzvləri olub I Şah Abbasa xidmət edirdilər. Elə həmin şahın dövründə Gəncə-Qarabağ bəylərbəyi ərazisinə köçürülür. Ağcabədi, Şuşa, Gəncə və Beyləqanda məskunlaşırlar. 1870-1875-ci illərdə məhəllə sakinləri öz hesablarına məscid inşa etdirdilər. Şahsevənlər adı verilən bu məsciddə qadınlar üçün giriş qərbdən, kişilər üçünsə şimaldan idi. Məscidin damına qalxıb azan vermək üçün günbatan tərəfdə pilləkənlər inşa olunmuşdur.[3]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı: Şirvannəşr. 1998. səh. 162-167.
- ↑ "Gəncədəki qədim məhəllələrin araşdırılmasına başlanılmışdır". azertag.az. 29 noyabr 2010. 27 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2020.
- ↑ Ruhəngiz Hacızadə. "Gəncə məhəllələrinin fərqli hekayələri..." kepeztv.az. 12 iyun 2016. 27 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2020.