Sahverdi Sultan Ziyadoglu Qacar - Wikipedia
Kamaləddin Şahverdi sultan Ziyadoğlu-Qacar (1508, Gəncə – 1568, Gəncə) — Qarabağın ilk bəylərbəyi. XVI əsrin I yarısında I Təhmasib tərəfindən təyin olunmuş görkəmli siyasi xadim və Qızılbaş sərkərdəsi. “Böyük Sultan, Qacar sülaləsinin və bütün Qarabağ qüdrətinin banisi" Kəmaləddin Şahverdi Sultan Ziyadoğlu Qacardır (1568-ci ildə vəfat etmişdir).[1]
Şahverdi sultan Ziyadoğlu-Qacar | |
---|---|
Kamaləddin Şahverdi sultan Ümmət bəy oğlu Ziyadoğlu-Qacar | |
| |
1554 – 1568 | |
Sonrakı | İbrahim sultan Ziyadoğlu-Qacar |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1508 |
Doğum yeri | Gəncə, Səfəvilər dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Gəncə, Səfəvilər dövləti |
Uşaqları | İbrahim sultan, Yusif хəlifə, Xəlil sultan Ziyadoğlu-Qacar, Süleyman sultan, Peykər Ziyadoğlu Qacar, Məhəmməd xan Ziyadoğlu |
Rütbəsi | general |
Həyatı
redaktəŞahverdi bəy Ümmət bəy oğlu I Şah Təhmasib Səfəviyə qulluq etmişdi. Şah ona sultan ünvanı vermişdi. O, Qacar Qızılbaş tayfasının və bu tayfaya daxil olan doğma Ziyadlı oymağının başçısı təyin edilmişdi. Tayfanın əyanlarına və Şahverdi Sultanın özünə Qarabağda otlaqlar və torpaqlar verilmişdi. Məşhur rus tarixçisi İ.P.Petruşevski Şahverdi Sultanı “Böyük” adlandırırdı, çünki o, İranın və Azərbaycanın tarixində silinməz izlər buraxmışdı. Onun birbaşa gələcək nəsli Qarabağ və Çuxursəəd bəylərbəyliklərini, Gəncə, İrəvan və Astrabad xanlıqlarını idarə etmiş və yüz otuz ilə yaxın İran şahı, bir çox vilayət və şəhərlərin hakimləri olmuşdur. Məhəmməd Məsum özünün “Xülasam as-siyar” kitabında yazır ki, bu nəslin başında Xəzər bəy dururdu. Ziyadoğlu adı (titulu) isə ilk dəfə olaraq Şahverdi xanın atası Hümmət xan Qacara verilmişdi. Qarabağdan və Gəncədən əlavə Şəmşəddil və Qazax da Şahverdi Sultana tabe idi. Osmanlılara qarşı Ərzurum savaşında göstərdiyi mərdliyə və müvəffəqiyyətə görə Danqı mahalının ilbəil gəliri ilə ödüllənmişdi. Danqı mahalı öncə Şəki vilayətinə bağlı idi.[1]
Şahverdi sultan Qarabağ ordusunun başında cızığından çıxmış Gürcüstan valilərini cəzalandırmışdı.
Kəmaləddin Şahverdi sultan 1568-ci ildə vəfat edib.
I Şah Təhmasibin silahdaşı və sərkərdəsi
redaktəSultan Əlinin və onun qardaşı Şah İsmayılın görkəmli silahdaşlarından biri Qacar nəslinin nümayəndəsi olan Qara Piri bəy Qacar idisə, I Şah Təhmasibin silahdaşı Qara Piri bəyin nəvəsi, ya da nəticəsi, görkəmli sərkərdə və dövlət xadimi, qeyri-adi igidliyi və cəsurluğu ilə məşhur olan Kəmaləddin Şahverdı Sultan Ziyadoğlu Qacar idi. Özünün Qarabağ qoşunu ilə Şahverdi Sultan onu "Müsahib"adlandıran I Şah Təhmasibin uzun, təxminən iyirmi illik türk-səfəvi müharibələrində ön sıralarda dayanmışdır. Ağır günlərdə o I Şah Təhmasibin həmişə yanında olmuşdur. Şahverdi Sultanın Qarabağ bəylərbəyi təyin edilməsinin dəqiq tarixini müəyyənləşdirmək mümkün deyil. Yalnız məlumdur ki, I Şah Tabmasib Gürcüstandan səfərdən qayıdarkən Gəncədə Şahverdi sultanın evində qalmışdır. Şahverdi Sultan həmin vaxt artıq Qarabağın hakimi idi. Buradan I Şah Təhmasib onu Şırvana - üsyan edən oğlu Alxas Mirzəyə qarşı hərbi səfərə göndərir. Samur çayı sahilində baş verən döyüş həlledici rol oynayır. Məğlub olan Alxas Mirzə Türkiyəyə qaçmalı olur. Oradan Təbriz üzərinə yeriyən Sultan Süleymanın qoşunlarının tərkibində geri qayıdır. Onun qarşısına yenə də Şahverdi sultan çıxır. mərənd döyüşündə Şahverdi sultan böyük şücaət göstərir.[1]
Ərzurum yaxınlığında türklərlə döyüşdə göstərdiyi igidliyə və uğurlara görə Şahverdi Sultanın əlahiddə xidmətləri I Şah Təhmasib tərəfindən xususı qeyd olunmuşdur. Qarabağ bəylərbəyinə (burada onun adı artıq bəylərbəyi kimi çəkilir) əlavə vilayətlər və illik pul mükafatı verilir. Qarabağ bəylərbəyi, Ziyadoğlu oymağının igid oğlu Şahverdi Sultan 1556-cı, 1557-ci və 1560-1561-ci illərdə Gürcüstana üç uğurlu hərbi səfər etmişdi. Səfərlərin birində Gürcüstanın istiqlaliyyəti uğrunda barışmaz mübarizlərdən biri olan çar Luarsab həlak olmuş, çar Simon əsir götürülmüş, Şahverdi Sultanın qoşunları isə Tiflisdə qalmışdı. Tiflis hakimi Georgi Dadianini (1548-1582) də cəzalandırmışdı. Şahverdi Sultanın bəylərbəyliyinin nütuzu çox yüksək idi. Bütün tarixi xronikalar həmin illərin qızğın hadisələrinin zəncirində həlledici həlqələrdən biri kimi Qarabağ bəylərbəyliyini daim qeyd edir.[1]
Şahverdi Sultanın nəsli - Qarabağ bəylərbəyləri
redaktəSonra Qarabağda hakimiyyətə Şahverdi Sultanın oğlanları İbrahim Sultan Ziyadoğlu Qacar, Yusif Xəlifə Sultan Ziyadoğlu Qacar, Astrabad bəylərbəyi Xəlil Sultan Ziyadoğlu Qacar, daha sonra Peykər Ziyadoğlu Qacar və bu nəslin ən görkəmli nümayəndələrindən biri İmamqulu xan Ziyadoğlu Qacar, Məhəmməd xan Ziyadoğlu Qacar (Kaxetiya çan I Teymurazla müharibədə həlak olmuşdu) gəlmişlər. Məhəmməd xanın davamçısı onun oğlu Mürşüdqulu xan oldu. Sonra Qarabağ bəylərbəyi vəzifəsinə onun kiçik qardaşı Məhəmmədqulu xan (1625-ci ildə vəzifəsindən çıxarılmışdı), ondan sonra onun oğlu Murtuzaqulu xan, daha sonra əmisi oğlu, istedadlı şair, elm və mədəniyyət hamisi Uğurlu xan Ziyadoğlu Qacar təyin olunur. Şahverdi Sultanın oğlanlarından biri Xəlil Sultan pəhləvan cüssəli igid idi. Astrabadın hakimi olarkən o, türkmən tayfaları ilə uğurlu müharibələr aparmışdı.[2]
Qarabağ və Gəncə bəylərbəyliyi 1736-ci ildə Azərbaycanın şimalında, Muğanda Nadir şahın tacqoyma mərasimindən sonra parçalandı. Azərbaycanın hərbi əyanları özünün yüksəlişi ilə səfəvilərə borclu idi və əlbəttə, sülalənin dəyişməsinə qarşı çıxırdı. Yalnız Qarabağ və Gəncə bəylərbəyi Uğurlu xan Ziyadoğlu Qacar Nadir şahın əleyhinə açıq çıxış edir. Elə buna görə də o, sonralar torpaqlarının böyük bir hissəsindən məhrum oldu. Uğurlu xanın ixtiyarında yalnız Gəncə qaldı. Gəncə bəylərbəyi titulu saxlanıldı. Qarabağ qacarlarının böyük bir hissəsi Xorasana sürgün edildi.[2]
Nadir şah Əfşarın ölümündən sonra Azərbaycanda bəylərbəyiliklərin yerini müstəqil xanlıqlar tutanda Gəncə xanlığının hakimləri yenə də həmin nəslin qacarları qalır. Bu xanlığın ilk hakimi yenə Şahverdi xan Ziyadoğlu Qacar (1747-1760) olur, lakin artıq II Şahverdi xan Şahverdi Sultanın nəslindən olan sonuncu Gəncə xanı Cavad xan Ziyadoğlu Qacar 1804-cü il yanvarın 3-də rus generalı, knyaz Sisianov tərəfindən Gəncə qalasının alınması zamanı həlak olur.[2]
Qarabağda hakimiyyətə Pənahəli xan Cavanşir gəlir, bəzi Qarabağ Qacar ailələri isə Xorasandan vətənə qayıdır. Mirzə Adıgözəl bəy öz “Qarabağnamə”sində yazırdı:
Qarabağınyeni hakimi Pənahəli xan qayıdanlar! sığınacaqla təmin etdi, onlardan öz mərhəmətini əsirgəmədi, onların ehtiyaclarını ödəyərək öz
qanadları altına aldı.[2] |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Chingiz Qajar. Old Shusha. Baku: Şərq-Qərb. 2014. səh. 36. ISBN 978-9952-448-82-5.
- ↑ 1 2 3 4 Çingiz Qacar. Köhnə Şuşa (#bad_url) (PDF) (300 nüs.). Bakı: Şərq-Qərb. 2019. 37.
Mənbə
redaktə- Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: Şuşa, 2008, 334 səh.