Sahzade Mikasa Yuriko - Wikipedia
Şahzadə Mikasa (Yuriko) (崇仁親王妃百合子, Takahito Şinnohi Yuriko?, 4 iyun 1923[1], Tokio şəhəri[d], Yaponiya imperiyası – 15 noyabr 2024[2], Akasityo[d], Çuo) və ya doğum adı ilə Yuriko Takaqi (高木百合子?) — ölümünə qədər imperator ailəsinin ən yaşlı üzvü və Tayşo dövründə anadan olan sonuncu həyatda qalan üzvü idi.
Şahzadə Mikasa | |
---|---|
yap. 崇仁親王妃百合子 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 iyun 1923[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 15 noyabr 2024[2] (101 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | qocalıq[d][3] |
Həyat yoldaşı |
|
Uşaqları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə4 iyun 1923-cü ildə Tokiodakı ailə evində Vikont Masanari Takaqi (1894–1948) və həyat yoldaşı Kuniko İrinin (1901–1988) ikinci qızı olaraq anadan olmuşdur.
29 mart 1941-ci ildə Yurikonun ikinci əmisi oğlu Şahzadə Mikasa Takahito ilə nişanı elan edildi. Nişan mərasimi 3 oktyabr 1941-ci ildə, toy mərasimi isə 22 oktyabr 1941-ci ildə baş tutdu. Evləndikdən sonra Yurikoya İmperator Əlahəzrət Şahzadə Mikasa adı verildi.
2024-cü il mart ayında Tokiodakı Müqəddəs Luka Beynəlxalq Xəstəxanasına yerləşdirilib. Ona serebral infarkt diaqnozu qoyulub.[4]
15 noyabr 2024-cü ildə vəfat edib.[5]
Şahzadənin əri, Şahzadə Mikasa (Takahito)[ing.] 2016-cı ildə ölüb. Onlar 75 il evli olublar.
İstinadlar
redaktə- ↑ 1 2 Yuriko, Princess Mikasa.
- ↑ 1 2 NTV News24 (yap.).
- ↑ 三笠宮妃 百合子さま ご逝去 101歳 “激動の時代”を歩まれて.
- ↑ "Princess Yuriko hospitalized for possible cerebral infarction". 2024-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-15.
- ↑ "Yaponiyada imperator ailəsinin ən yaşlı üzvü olan şahzadə vəfat etdi". Oxu.az (az.). İstifadə tarixi: 2024-11-15.