Salva Loladze - Wikipedia
Şalva Loladze (gürc. შალვა ლოლაძე; alm. Schalwa Loladse; nid. Sjalwa Loladze; 16 aprel 1916, Tiflis – 25 aprel 1945, Teksel, Şimali Hollandiya) - keçmiş SSRİ əsgəri. Üçüncü Reyx tərəfindən yaradılmış Gürcüstan legionuna rəhbərlərindən biri. Loladze 1945-ci ilin 5 aprel tarixində Niderlandın Teksel adasında Reyxə qarşı başladılmış üsyan hərəkatına rəhbərlik etmişdir.[1]
gürc. შალვა ლოლაძე | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Tbilisi, Gürcüstan |
Vəfat tarixi | (29 yaşında) |
Vəfat yeri | Teksel, Niderland |
Vəfat səbəbi | öldürülüb |
Dəfn yeri | |
Fəaliyyəti | pilot, hərbi qulluqçu |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəLoladze İkinci dünya müharibəsindən əvvəl və müharibə başlayan zaman SSRİ ordusunda xidmət etmişdir. Sovet Hava Qüvvələrində kapitan rütbəsinə yüksəlməsinin ardından döyüş təyyarələrinin pilotu kimi döyüş əməliyyatlarında iştirak edir. Loladzenin içərisində olduğu təyyarə 1942-ci ildə Ukrayna səmalarında olarkən almanlar tərəfindən vurulur.[2] Reyx tərəfindən əsir alındıqdan sonra Gürcüstan legionuna qoşulmaq qərarı verən Loladze legionun tərkibində yaradılmış Böyük Tamaranın adını daşıyan 822-ci piyada batalyonuna rəhbərlik edir. Müharibənin sonlarına yaxın almanların məğlub olacağını anlayan gürcülər tərəfindən 1945-ci ilin 5 aprel tarixində Niderlandın Teksel adasında üsyan hərəkatı başladılır. Sözügedən üsyana Şalva Loladze rəhbərlik edirdi. Keçmiş sovet pilotu 1945-ci ilin 25 aprel tarixində Reyx əsgərləri ilə aparılan döyüş zamanı öldürülmüşdür.[3] Teksel adasında yerləşən toplu gürcü məzarlığı Şalva Loladzenin adını daşıyır və şəxsin özü də orada dəfn edilib.[4]
İstinadlar
redaktə- ↑ Maass, Walter B. (1970), The Netherlands at war: 1940-1945, p. 231. Abelard-Schuman
- ↑ (rus.) Bychkov, LN (Бычков, Лев Николаевич; 1965), Партизанское движение в годы Великой Отечественной войны, 1941-1945: краткий очерк (Partisan Movement in the Years of the Great Patriotic War, 1941-1945: brief essay), p. 403. Mysl (Мысль)
- ↑ van der Zee, Henri A. (1998), The hunger winter: occupied Holland, 1944-1945, pp. 218-219. University of Nebraska Press, ISBN 0-8032-9618-5
- ↑ (rus.) Mamulia, Giorgi (2003), Грузинский легион в борьбе за свободу и независимость Грузии в годы второй мировой войны (Georgian Legion in the Struggle for Georgia's Freedom and Independence in the Years of World War II), p. . Tsodna