Samil Cemsidov - Wikipedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Şamil Allahverdi oğlu Cəmşidov(5 may 1920, Ağcabədi, Şuşa qəzası – 8 dekabr 2008, Bakı) — şərqşünas-filoloq, Filologiya elmləri doktoru, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, Əmək və müharibə veteranı, Atatürk adına Türkiyə Böyük Tarix-Dil qurumunun fəxri üzvü
Şamil Cəmşidov | |
---|---|
Doğum tarixi | 5 may 1920 |
Doğum yeri | |
Vəfat tarixi | 8 dekabr 2008 (88 yaşında) |
Vəfat yeri | |
İş yerləri |
|
Təhsili | |
Mükafatları |
Həyatı
redaktəŞamil Allahverdi oğlu 5 may 1920-ci ildə Ağcabədi rayonunda anadan olub. Ali təhsil aldıqdan sonra əsas əmək fəaliyyətinə müəllimliyə başlamış, Ağdam İnstitutunda baş müəllim (1949–1953), Ağcabədi Şəhər Xəlfərəddin orta məktəbində dil-ədəbiyyat və məntiq-psixologiya müəllimi vəzifəsində işləmişdir.
1954-cü ildə Respublika Akademiyasının Əlyazmalar fonduna (indiki M. Füzuli adına Əlyazmalar İnstitutu) elmi işə dəvət olunmuşdur. Akademiyada işlədiyi yarıməsrlik əmək fəaliyyəti dövründə Əlyazmalar Xəzinəsinin zənginləşməsi, təbliği, azəsi türk dilinin mənşəi və Azərbaycan ədəbiyyatının bir sıra problem məsələlərinin həllində böyük xidmətləri olmuşdur. Şerimizdə müasir təhsilin vəziyyəti, Azərbaycan zəmində türk dilinin qədimliyi, M. Füzulinin, Vaqifin, Vidadinin və Çəmənzəminlinin həyat və yaradıcılığına mühüm yeniliklər gətirmişdir. Alimin ən mühüm elmi fəaliyyəti Azərbaycan yazılı dastan abidələrinin və birinci növbədə "Kitabi-Dədə Qorqud"un tarixi tədqiqinə həsr olunmuş, bu sahədəki elmi nailiyyətləri, onu dünya türkologiyasında görkəmli Qorqudşünas kimi tanıtmışdır.
Əsərləri
redaktə- 1."Kitabi-Dədə Qorqud"u vərəqləyərkən (monoqrafiya). Bakı, Gənclik, 1969, 100s.
- 2. "Kitabi-Dədə Qorqud". (monoqrafiya), Ankara, Sevinc, 1990, 160s.
- 3. Nisgilli vərəqlər, tikanlı yarpaqlar. Şeirlər, Bakı, "Elm nəşriyyatı", 2002
- 4."Azərbaycan yazılı dastan abidələrinin tədqiqi", (monoqrafiya). Bakı, "Elm nəşriyyatı", 2002, 188s.
- 5."Kitabi-Dədə Qorqud". (tarixi, cografi, tekstoloji tədqiq və Drezden əlyazmasinin dürüstləşdirilmiş elmi mətni), Baki, "Elm", 1999, 680s.