Samxal Hamami - Wikipedia
Şamxal hamamı — Maştağa kəndinin tarixi hissəsində Xunxar məhəlləsində yerləşən 1883-cü ildə inşa edilmiş[2] aid hamam.[3] Hamam Şamxal bəy adlı bir maştağalı tərəfindən tikildiyi üçün belə adlandırılıb.[4] Sovet işğalından sonra hamamın daxili interyeri dəyişdirilib və əvvəlki tarixi görünüşü məhv edilib. Müstəqillikdən sonra hamam istifadəsiz qalıb.
Şamxal hamamı | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Bakı Maştağa |
Yerləşir | Axund Şeyx Hüseyn küçəsi, 21.[1] |
Tikilmə tarixi | XIX əsr |
Tipi | Mədəni |
Dövlət | Azərbaycan |
İstinad nöm. | 3188 |
Kateqoriya | Hamam |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Haqqında
redaktəMaştağa kəndinin tarixi hissəsində, Xunxar məhəlləsində yerləşən Şamxal hamamı Şamxal bəy adlı biri tərəfindən sifariş edilib. Hamam 1883-cü ildə usta Ağaqulu və Kərbəlayi Hacıqulu tərəfindən üzü meydana tərəf tikilib. Onun arxitetktur-planlaşma strukturu interyerdə əks olunmuş üfüqi və şaquli bölmələr, konstruktiv formalar sayəsində bu növ mülki tikililərin inkişafının klassik üsullarını qoruyub saxlayır. Ziyarətçinin vestibüldən xəznəyə doğru hərəkəti qrafiki binanın uzununa istiqamətində, vahid ox üzrə həyata keçirilir və yolunda çətin keçidlərlə üzləşmir. Vestibül bir qayda olaraq korpusun bütün eni boyu dar məkan təşkil edir. Bu hətta texnoloji dövrə üzrə hamamın inkişafının dinamik başlanğıcına özünəməxsus keçid rolunu oynayır. Burada interyerin aparıcı elementləri olan mərkəzi sütunlar bir az divarlara doğru yaxınlaşdırılmış və yastı pilyastrlarla vurğulanmışdır. Mərkəzdən sütunlar üzərində sferokonik günbəzin yerləşdiyi oxvari profilli ağır tağları saxlayırlar. Sütunlar və divarlar arasına eyni zamanda bədii elementlərin mahiyyətini azaltmayaraq aşırma qüvvəsini tarazlayan kiçik tağlar atılmışdır. Örtüklər konstruksiyanın perimetri üzrə diaqonal tağ-tavanlı qapalı sistemə çevrilirlər. İnteryerin bütün arxitektur-konstruktiv pozisiyası hamamın daxili məkanına aktiv xidmət edən bədii cəhətdən düşüncəli formada ifadə edilmişdir. Burada mövcud forma və üsullar yerli mümarlıq ənənələri ilə təsbit olunmuş və sözügedən mühitlə izhar edilmişdir. Yuyunma bölməsinə keçid kamerası ziyarətçinin yalnız diqqətini cəlb edir və onda əhvali-ruhiyyə yaradır, ziyarətçi artıq analoji arxitektur-planlaşma üsullarına malik zalın tanış atmosferinə daxil olur. Qaynar və soyuq su anbarı olan xəznə daha geniş və tutumlu sahəyə malikdir. Odluq yeri olan "külxana"nın da həmçinin, hamamın daxili məkanına aktiv xidmət edən müstəqil forması vardır.Hamamın əsas fasadı orjinal formalı portalla vurğulanmışdır, burada girişin oxvari tağı kiçik frontonlarla tamamlanır. Əsas həcmin uzadılmış paralelepipedi üzərində müsəlman hamamının obraz ifadəsi kimi iki günbəz ucalır.[3]
Aprel işğalından sonra hamamın daxili interyeri dəyişdirilmiş əvvəlki tarixi görünüşü məhv edilmişdir. Bir müddət ictimai hamam kimi fəaliyyət göstərib. Müstəqillikdən sonra isə hamam istifadəsiz qalıb. Hazırda hamam acınacaqlı haldadır və təmirə ehtiyacı var.[2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Şamxal hamamı". kataloq.gomap.az. 16 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2020.
- ↑ 1 2 139 yaşlı Şamxal hamamı baxımsız vəziyyətdədir
- ↑ 1 2 Şamil Fətullayev. Abşeron Memarlığı. Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 300-302. ISBN 9789952320206.
- ↑ "Maştağanın keçmişi və bu günü". hafta.az. 29 oktyabr 2011. 2020-09-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2020.