Saran Rayonu - Wikipedia
Şaran rayonu (başq. Шаран районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon.
Rayon | |||||
Şaran rayonu | |||||
---|---|---|---|---|---|
Шаран районы | |||||
|
|||||
54°49′09″ şm. e. 53°59′35″ ş. u.HGYO |
|||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 31 yanvar 1935 | ||||
Sahəsi | 1 384 km² | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | 34769 | ||||
Poçt indeksi | 4526ХХ | ||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Rayonun inzibati mərkəzi Şaran kəndidir.
Coğrafi yerləşməsi
redaktəBaşqırdıstanın qərbində yerləşir. Ərazisinin dörddə bir hissəsini meşələr təşkil edir. Ərazisindən İk və Syuk çayı keçir. Burada neft yataqları və kərpiç mammalının ehtiyatları vardır. Rayonun ərazisi 1 384 km² təşkil edir. Ərazisi şimaldan cənuba 38 km, şərqdən qərbə 43 km məsafədə uzanır.
Tarix
redaktə1935-ci ildə Başqırdıstan ərazisində təşkil edilən 14 rayondan biridə Şaran rayonu olmuşdur. Əvvəllər onun ərazisi Tuymazı, Bakalimnski, Çekmaquşey rayonları ərzisinə daxil idi.
İlk təşkil olunma zamanı 26 kənd inzibati vahidliyinə 136 yaşayış məntəqəsi daxil idi. Burada cəmi 52 min insan yaşayırdı. Rayonun 8349 sakini alman faşıstlərinə qarşı müharibədə iştirak etmişdir. Müharibə illərində rayondan 4317 şaranlı həlak olmuşdur.
Böyük Vətən müharibəsi dönəmində cəbhəyə 3 milyon pud çörək, 18 min sentner ət, 5 milyon 813 min süd, 21 milyon rubl pul göndərilmişdir. Bu dövrdə rayonun 6580 sakini müxtəlif medallarla mükafatlandırılmışdır.
Əhali
redaktəÜmumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Şaran rayonu ərazisin milli tərkibi:tatarlar — 33 %, başqırdlar — 24,9 %, , marilər — 19,7 %, ruslar — 11,6 %, çuvaşlar — 9,7 %, digər millər — 4,3 %[2]. Milli tərkib:
İl | başqırdlar | tatarlar | marilər |
---|---|---|---|
1970 | 13,5 % | 38,9 % | |
1989 | 6,4 % | 51,0 % | |
2002 | 31,1 % | 27,3 % | 20,2 % |
2010 | 24,9 % | 33 % | 19,7 % |
İnzibati-ətazi vahidləri
redaktəŞaran rayonunda 13 kənd inzivati vahidliyinə 104 yaşayış məntəqəsi daxildir[3][4].
İqtisadiyyat
redaktəKənd təsərrüfatının istiqaməti: yemlik-heyvandarlıq istiqamətli, şəkər çuğunduru, arıçılıq.
Nəqliyyat
redaktəRayon ərazisindən bir çox qaz kəmərləri keçir. Misal: Çelyabinsk — Petrovsk, Urenqoy — Petrovsk və Urenqoy — Novopskov. Kompressor stansiyasından il ərzində 85 mlrd m³ qaz nəql edilir. Rayondan Bakalı — Tuymazı və Çekmaquş — Tuymazı avtomagistalları keçir.
Tanınmış şəxsləri
redaktə- Mixail Anisimoviç Yeqorov - Sovet İttifaqı Qəhrəmanı.
- Rima Akberdinova Batalova - idman ustası.
- Zakir Xadi - Tatar yazıçısı.
- Yusuf Qarey - Başqırd yazıçısı.
- İbrahim Abdullin - Dramaturq.
- Fen Bəliəhmədov - müğənni.
Sosial sfera
redaktəRayon ərazisində 49 ümumtəhsil mərkəzi, 17 orta məktəb, 26 kütləvi kitabxana, 51 klub, 4 xəstəxana fəaliyyət göstərir. Burada tatar və başqırd dillərində «Şaranskie pastorı» adlı qəzet buraxılır.
Mənbə
redaktə- Официальный сайт Администрации Шаранского района Arxivləşdirilib 2020-02-26 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
- ↑ "Итоги Всероссийской переписи населения по Республике Башкортостан" (pdf). Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан. 2013-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-05.
- ↑ "Закон Республики Башкортостан «Об изменениях в административно-территориальном устройстве Республики Башкортостан в связи с объединением отдельных сельсоветов и передачей населенных пунктов» (Принят Государственным Собранием — Курултаем Республики Башкортостан 18 ноября 2008 года)". 2014-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-08.
- ↑ "31.01.2012 года N 497-з РЕСПУБЛИКА БАШКОРТОСТАН ЗАКОН ОБ УПРАЗДНЕНИИ ГЕОГРАФИЧЕСКОГО ОБЪЕКТА В ШАРАНСКОМ РАЙОНЕ РЕСПУБЛИКИ БАШКОРТОСТАН". 2018-07-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-08.