Savak - Wikipedia
Savak - Wikipedia - Haqqında Məlumat
Şavak, həmçinin Şakak və ya Şekak — Türkiyədə yaşayan kürd tayfası.[1] Tarixi dəyişikliklə onların bəziləri assimilyasiya olunmuşdur. Haradan gəldikləri bilinmir, lakin məskunlaşdıqları yer Tuncelinin Çemişgəzək və Pərtək rayonları olduğu üçün böyük köçlər nəticəsində Elazığ və Ərzincana, eləcə də Konya, İstanbul, Ankara, Adıyaman və Sivas kimi vilayətlərə yayılmışdılar.
Şavak tayfasının nümayəndələrinin danışdığı kurmanc dilinin ləhcəsinin şikaki dialektidir. Bu dialekt Malatya, Adıyaman, Sivas və Mərkəzi Anadoluda kurmanc tayfalarının danışdıqları dialektlərə bənzəyir.
İstinadlar
redaktə- ↑ "Kültürel Kimliklerin Çeşitliliği Bağlamında Özgün Bir Örnek: "Şavak Aşireti"". Ahmet Kerim Gültekin. 2013. 19 Eylül 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-19.