Seys - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Şeys — Tövrata görə Adəmin oğludur, siryani dilində bağışlama və hədiyyə mənasını verir.
Şeys | |
---|---|
ərəb. شيث | |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Qabilin Habili öldürməsindən 5 il sonra dünyaya gəlmişdi. Digər qardaşlarının əksinə Şeys əkiz olaraq deyil, tək doğulmuşdur. Şeysin bir adı da Şetdir. Şet yəhudi dilində Allahın hədiyyəsi mənasını verir. O, dünyaya göz açanda Adəmın 130 yaşı vardı. Filosofların bəziləri Şeysin yunan Ağasazimon olduğunu iddia edirlər. Şeys həzrəti Adəmdən sonra peyğəmbər seçilmişdi. Tövratda Adəm və Həvvanın uşaqlarından təkcə Habil, Qabil və Şeysin adı çəkilir və Şeys onların üçüncü oğlu kimi qələmə verilir. Şeys 912 il yaşamış və çoxlu övladı olmuşdu.
İncildə Adəmin 130 yaşındaykən Şeysin atası olduğu, Şeysin Enoşun atası və İdrisin babası olduğu haqqında məlumat verilir.
İslamda
redaktəQuranda Şeysdən bəhs edilmir, amma hədislərdə onun adı peyğəmbər kimi xatırlanır. Quranda adı keçməyən peyğəmbərlərdən biri olaraq qəbul edilən Şeysə tanrı tərəfindən 50 sühuf (kiçik kitab) verilmişdir. Qardaşı Qabilin uşaqlarının bir qismi Şeys peyğəmbərə verilən bu sühuflara qarşı çıxmışdır.
İslam dininə görə Şeysin həyatı Məkkə və ətrafında keçmişdir. İslamda Habilin uşağı olmadığı, Qabilin uşaqları isə Nuh tufanında itdiyi üçün insanoğlunun soyunun Şeysdən törədiyi bildirilir. İslama görə Şeys Kəbəni inşa edən və saqqalı çıxan ilk insandır, o 912 il yaşamiş və Məkkədə Əbu Kübeys dağında bir mağarada atasıyla birlikdə dəfn edilmişdi.
İbni Əsir və Təbərinin yazdığı, həmçinin rəvayət olunan hədislərə görə Adəm özü Şeysə öz elmini və xəlifəlik məqamını Qabildən gizlətməyi istəmişdir. Çünki Qabilin ona da həsəd aparıb, öldürməsindən qorxurdu. Buna görə Şeys daima qorxu içərisində yaşayırdı.
Beləliklə Şeys 912 il ömür sürdükdən sonra dünyadan köçdü. Allah-taala öz zamanının camaatını (hamısı Adəmin nəvə-nəticələri idi) tək olan Allaha ibadətə dəvət etmək üçün ona əlli sühuf göndərmişdi. Məsudi bu sühufların sayının 29 olduğunu və onlarda ancaq təsbih yazıldığını qeyd edir.