Seyx Seduq - Wikipedia
Şeyx Səduq (fars. شیخ صدوق) və ya İbn Bəbaveyhi (tam adı: Məhəmməd ibn Əli ibn Hüseyn ibn Musa ibn Bəbaveyhi əl-Qummi; d. M. 923, H. Q. 306, Qum — ö. M. 991, H. Q. 381, Rey, Qəznəvilər dövləti). Ulu babasının adı olan İbn Bəbaveyhi nisbəsi ilə də tanınır — IV əsr məşhur şiə ilahiyyatçı-mühəddis alimi.
Şeyx Səduq | |
---|---|
Məhəmməd ibn Əli ibn Hüseyn ibn Musa ibn Bəbaveyhi | |
Doğum adı | ابوجعفر محمد بن علی بن حسین بن موسی بن بابویه قمی |
Doğum tarixi | 918[1] |
Doğum yeri | Qum, Sacilər dövləti |
Vəfat tarixi | 991[2] |
Vəfat yeri | Rey, Qəznəvilər dövləti |
Elm sahəsi | İslam |
Tanınmış yetirmələri | Şeyx Müfid, Şərif Rəzi, Seyid Mürtəza Ələmül-hüda |
Tanınır | Şeyx Səduq, İbn Bəbaveyhi əl-Qummi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMəhəmməd ibn Əli ibn Bəbaveyhi M. 923, H. Q. 306-cı ildə Qum şəhərində dünyaya gəlib. Atası Əli ibn Hüseyn ibn Musa ibn Bəbaveyhi cəfəri şiələrin 11-ci imamı Həsən əl-Əskəri və 12-ci imamı Məhəmməd ibn Həsən əl-Mehdinin zamanında yaşamış və öz dövrünün məşhur alimlərindən olmuşdur. 991-ci ildə Rey şəhərində vəfat etmiş və orada Əbdüləzim Həsəninin yanında dəfn olunmuşdur. 1919/1920-ci illərdə şiddətli yağışlar nəticəsində məzarı dağılmış və sonradan yenidən bərpa olunmuşdur.[3]
Təhsili
redaktəUşaq yaşlarında ikən ilk təhsilini Qum şəhərində öz atasından almışdır. Bir sıra elmləri atasından mənimsədikdən sonra təhsilini davam etdirmək üçün çoxsaylı səfərlər etmişdir. Hədis toplamaq üçün Bəlx, Buxara, Kufə, Bağdad (M. 966/967), Məkkə, Mədinə və b. şəhərlərə səfər etmişdir.
Müəllimləri
redaktəŞeyx Səduqun müəllimləri çoxdur. Şeyx Əbdül Rabbani Şirazi bunlardan bəzilərinin adlarını qeyd edib :
- atası Əli ibn Hüseyn ibn Musa ibn Bəbaveyhi
- Şeyx Kuleyni
- Şeyx İbrahim ibn Cəfər ibn Əhməd Həmədani
- Şeyx Məhəmməd ibn İdris
- Vəlid Məhəmməd ibn Həsən Qumi
- Əhməd ibn Əli ibn İbrahim Qumi
- Əli ibn Məhəmməd Qəzvini
- Cəfər ibn Məhəmməd bin Şazan
- Cəfər ibn Məhəmməd bin Quluyəh Qumi
- Əli ibn Əhməd ibn Mehryar
- Əbül Həsən Xəluti
- Əbu Cəfər Məhəmməd ibn Əli ibn Əsvəd
- Həbib ibn Hüseyn Kufi Təğləbi
- Hüseyn ibn Məhəmməd ibn Ömər
- Şeyx Səəd ibn Abdullah əl-Əş'arî
- Hüseyn ibn Musa Kəluzəni
Tələbələri
redaktə- Şeyx Müfid
- qardaşı, Hüseyn ibn Əli ibn Musa ibn Bəbaveyhi Qumi
- qardaşı oğlu, Şeyx Həsən ibn Hüseyn ibn Əli ibn Musa ibn Bəbaveyhi
- Harun ibn Musa Tələkbəri
- Hüseyn ibn Abdullah Qəzairi
- Həsən ibn Məhəmməd Qumi
- Əli ibn Əhməd ibn Abbas Nəccaşi
- Zəkəriyya Məhəmməd bin Süleyman Əbu Həmrani
- Seyid Mürtəza
Dini fəaliyyəti
redaktə300-ə yaxın kitabın müəllifidir.[4] Şiə rical alimi Şeyx Nəccaşi "ər-Rical" kitabında 189 kitabın adını çəkmişdir.[5]
Əsərləri
redaktə- Mən lə Yəhdurul-Fəqih
- Kəmaluddin və Tamamun-Nimə
- Əmali
- Sıfatuş-Şiə
- Əl-Xisal
- İləluş-Şərayi[6]
- Tovhid
- Uyunu Əxbər
- Məaniul-Əxbər
- Vilayəti-Əli (ə)
- Mərifət
- Uyunu Əxbarir-Rza (ə)
- Əl-Taqiyyə
- Əl-Tarix
- Əl-Məvaiz və'l-Hikəm
- Səvabul-Əmal və İqabul-Əmal[7]
- Muris
- Merac
- Sələt
- Cənazə
- Əl-İmamət vəl-Təbsirət minəl-Heyrət
- İmla
- Nuədir kitabul-Muntaq
- Əxvəni
- Ən-Nisəu vəl-Vidən
- Alləl-Aşərəə
- Təfsir
- Nikah
- Mənasik əl-Həcc
- Qərubəl-İsnəd
- Təslim
- Tibb
- Risalətəl-Karr vəl-Farr
Tərcüməsi
redaktəŞeyx Səduqun "əl-Xisal" əsəri Müşfiq Mehdibəyli və Mikayıl Əlizadə tərəfindən tərcümə edilərək "Xislətlər" adı ilə 2013-cü ildə "Qədim Qala" nəşriyyatı tərəfindən nəşr edilib.[8]
Şeyx Səduqun "Uyunu əxbar ər-Rza" əsəri Hilal Ağamoğlanov tərəfindən tərcümə edilərək "İmam Rzanın (ə.s.) hədis çeşməsi" adı ilə 2013-cü ildə "Elm və Təhsil" nəşriyyatı tərəfindən nəşr edilib.[9]
Haqqında deyilənlər
redaktə
"Ey mənim şeyxim, (Şeyx Səduqun atası: Əli ibn Hüseyn) etimad etdiyim və fəqihim…! Allah-taala səni Özünü razı olduğu işlərə müvəffəq etsin və sənin nəslində saleh övladlar qərar versin… Səni səbirə və Fərəcin (12-ci imamın) intizarına dəvət edirəm!… Elə isə səbir et və bütün şiələrimi də səbir etməyə çağır!…"[10][11][12][13][14]
"… Şeyx Səduqun atası (Əli bin Hüseyn) öz əmisi qızı ilə ailə həyatı qurmuşdu. Amma qocalmasına və bu məktubdan illər ötməsinə baxmayaraq övladı olmurdu. Bir gün onun yolu Bağdad şəhərinə düşdü. Bu zaman İmam Zamanın (ə) 3-cü naibi Şeyx Əbul Qasim Hüseyn bin Ruh Bağdadda idi. Əli bin Hüseyn onunla görüşdükdən sonra İmam Zamana (ə) məktub yazır və məktubda İmamdan (ə.c) istəyir ki, İmam onun üçün övlad duası etsin. Və məktubu 3-cü naibdən İmamın (ə.c) hüzuruna göndərir. Bir müddətdən sonra İmamdan (ə.c) belə bir cavab məktubu gəlir:
"… Allah-taala tezlikə sənə Deyləmli qızından iki xeyirli, əməli-saleh və fəqih (alim) oğlan bəxş edəcəkdir…". Bu duadan sonra Əli bin Hüseyn iki və onlardan sonra da bir oğlana sahib oldu (Məhəmməd – Həsən – Hüseyn) ki, hər üçü alim və zahid idilər. Belə ki, Məhəmməd (Səduq) hədis əzbərləməkdə öz zamanında misilsiz idi. Və həmişə iftixar edir və deyirdi ki, mən İmam Zamanın duası ilə dünyaya gəlmişəm!"[15][16][17][18]
" Səduq alicənab, hədislərə əzbər və rical elminə yiyələnmiş bir insan idi. Qum alimləri arasında elmi baxımdan ondan üstünü yoxdur. Şeyx Səduqun əsərlərinin sayı olduqca çoxdur."[19]
" Səduq bizim fəqihimiz idi. O (h.q.-red) 355-ci ildə Bağdada səfər etdi. Bağdad böyükləri onun elmindən faydalandılar."
"Şeyx Əbu Cəfər Məhəmməd ibn Əli ibn Babivəyh elə bir şəxsdir ki, onun elmi və düzgünlüyü hamı tərəfindən qəbul olunur…"
" Səduq hədisçilərin rəisi, dinin əsaslarını dirildən, fəzilətlər və kəramətlər sahibi idi. O və qardaşı imam Əsgəri və imam Mehdinin duaları ilə dünyaya gəliblər."[20]
" Məhəmmməd ibn Əli üç yüzdən çox kitab yazıb. İslam alimləri arasında onun misli yoxdur."
" Şeyx Səduq adı ilə tanınmış Məhəmməd ibn Əli Qum alimləri arasında misilsizdir."[21]
" Həzrət Höccət onun barəsində belə deyib: Pak Allah onun vasitəsilə xalqa fayda verəcəkdir."
İstinadlar
redaktə- ↑ إبن بابويه القمي، محمد بن علي، // https://librarycatalog.usj.edu.lb/cgi-bin/koha/opac-authoritiesdetail.pl?authid=343394.
- ↑ Али-заде А. Шейх Садук (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007.
- ↑ "Kərim Uçar, "Şiə alimlərinin bioqrafiyası", Berlin-2007, 1. cild, Şeyx Səduq (r.ə.) (türkcə)". 2016-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-04.
- ↑ "əl-Əlam", c. 6, səh. 264
- ↑ Şeyx Nəccaşi, "ər-Rical"
- ↑ علل الشرائع - ج1ج2 Arxivləşdirilib 2013-08-13 at the Wayback Machine (ərəb.)
- ↑ "Dəyərli "Səvabul-əmal və iqabul-əmal" kitabı artıq satışda - Annotasiya" ( (az.)). islamazeri.az. 2017-03-08. 2017-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-06.
- ↑ Şeyx Səduq, Xisal, Bakı, "Qədim Qala" Nəşriyyat evi, 2013, 208 səh., ISBN 978-9952-8190-5-2
- ↑ Şeyx Səduq ibn Babuveyh, İmam Rzanın (ə.s.) hədis çeşməsi, Bakı, "Elm və təhsil", 2013, 327 səh., ISBN 978-9952-8024-1-2
- ↑ Muhəddis Nuri, "Xatəmətul Mustədrək", c. 3, səh. 277
- ↑ Mirzayi Nuri, "Ğənaimul Əyyam", c. 1, səh. 30
- ↑ Şuştəri, "Məcalisul Muminin", c. 1, səh. 453
- ↑ Şeyx Abbas Qumi, "Tətimmətul Muntəha", səh. 402
- ↑ Seyid Həsən Sədr, "Təsisuş Şiə", səh. 331
- ↑ Şeyx Tusi, "Əl-Ğeybə", səh. 308–320
- ↑ Şeyx Səduq, "Kəmalud-Din", c. 2, səh. 502/ bab: 45
- ↑ Ravəndi, "Əl-Xəraic, c. 2, səh. 706
- ↑ Təbərsi, "Əlamul-Vura", səh. 451
- ↑ Şeyx Tusi, "əl Fihrist", Məşhəd, (H. Ş.) 1351, səh. 303
- ↑ Şeyx Əsədullah Şuştəri, "Məqabis əl-Ənvar"
- ↑ Xeyrəddin Zərkəli, "Əl-Əlam"
Mənbə
redaktə- Kərim Uçar, "Şiə alimlərinin bioqrafiyası", Berlin-2007, 1. cild,
- "Şeyx Səduq" (az.). haqqyolu.com. 2009-04-14. 2015-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
- Əliyev, Şeyx Rza. "Şeyx Səduq (r.ə)". Telegraph. 2024-07-13. İstifadə tarixi: 2024-08-27.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Ibn Bābawayh (ing.)
- EBN BĀBAWAYH (2) (ing.)
- Kerim Uçar. "ŞEYH SADUK (R.A)" ( (türk.)). islamkutuphanesi.com. 2016-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-07.