Seyx Xace Elaeddin Eli - Wikipedia
Şeyx Xacə Əlaəddin Əli — Şeyx Sədrəddin Ərdəbilinin oğlu.
Şeyx Əli | |
---|---|
Şeyx Əlaəddin Əli Səfəvi | |
| |
Səfəvi hakimliyinin III şeyxi | |
1391 – 1424 | |
Əvvəlki | Şeyx Sədrəddin Ərdəbili |
Sonrakı | Şeyx İbrahim |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ərdəbil |
Vəfat tarixi | |
Vəfat yeri | Qüds |
Dəfn yeri | Təbriz |
Atası | Şeyx Sədrəddin Ərdəbili |
Həyat yoldaşları | Sultan Cəlaləddin Hüseynin nəvəsi. |
Uşaqları |
Şeyx İbrahim Şeyx Cəfər |
Həyat və fəaliyyəti
redaktə1391-ci ildə Səfəvi (Ərdəbil) hakimliyinin başçısı olmuş, şafii məzhəbindən şiəliyə keçmişdir. Şeyxin dövrü mürəkkəb siyasi dövrə təsadüf edirdi. Ankara savaşından sonra (1402) Əmir Teymur xeyli türk generalı və əsgəri əsir etmişdi. Onları qul kimi Səmərqəndə göndərmək istəyirdi. Əmir Teymur ilə Şeyxin yaxşı əlaqələri mövcud idi.[1] . Odur ki, Şeyx buna izin vermədi və ondan əsirləri azad etməsini istədi. Əmir Teymur onun istəyini qəbul etdi və türkləri azadlığa buraxdı. Türklər Şeyxin sayəsində Ərdəbildə qaldı. Əmir Teymurun ölümündən sonra (1405) Şeyx Teymurilərə qarşı mövqeyini dəyişdi və müttəfiqləri ilə Əmir Teymurun böyük nəvəsinə - Mirzə Ömərə qarşı mübarizəyə başladı. Müttəfiqlər onu 1405-ci ildə Kür savaşında məğlub etdilər. Əsas Teymuri qoşunları Azərbaycandan qovuldu.[2] Şeyx 1429-cu ildə, həccdən qayıdarkən Qüdsdə vəfat etmiş, Təbrizdə basdırılmışdır.
Ailəsi
redaktəSultan Cəlaləddin Hüseynin nəvəsi ilə evlənmiş, iki oğlu olmuşdu: