Sibata Katsuie - Wikipedia
Şibata Katsuie (柴田 勝家?, ən geci 1530, Ovari vilayəti[d], Tokaydo[d] – 6 iyun 1583 və ya 14 iyun 1583, Fukui) – Senqoku dövrünün yapon samurayı və hərbi xadimi.[1] O, Oda Nobunaqanın ən çox güvəndiyi generallardan biri olmuşdur.[1]
Şibata Katsuie | |
---|---|
yap. 柴田勝家 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ən geci 1530 |
Doğum yeri | |
Vəfat tarixi | 6 iyun 1583 və ya 14 iyun 1583 |
Vəfat yeri | |
Vəfat səbəbi | bıçaqlama[d] |
Vətəndaşlığı | |
Həyat yoldaşı | |
Vikianbarda əlaqəli mediafayllar |
Hərbi karyerası
redaktəŞibata Oda Nobunaqa ilə kiçik qardaşı Nobuyuki arasında baş vermiş münaqişə zamanı Nobuyukinin tərəfini tutsa da, daha sonra ona xəyanət etmiş və Nobunaqanın tərəfinə keçmişdir.[1] O, Nobunaqanın bir çox hərbi əməliyyatında iştirak etmişdir: 1569-cu ildə İsedə döyüşmüş, 1570–1573-cü illərdə daymyolar Asay Naqamasa və Asakura Yoşikaqenin devrilməsində iştirak etmiş, 1570–1575-ci illərdə Eçizen və Osakada İkko İkki silahlı qruplaşmalarına qarşı mübarizə aparmışdır.[1] Eçizen əyalətinin 1575-ci ildə ələ keçirilməsindən sonra əyalətin idarəçiliyi ona verilmiş və Nobunaqanın təyin etdiyi üç müfəttişin nəzarəti altında əyaləti idarə etməyə başlamışdır.[1]
Şibatanın Eçizendə tətbiq etdiyi bir çox siyasət – kəndlilərin samuray zümrəsindən uzaqlaşdırılması, qılınc ovu, torpaq soğrusu, dini inkvizisiya Nobunaqa rejiminin əyalət idarəçiliyinə olan yanaşmasını əks etdirir.[1] Onun tətbiq etdiyi bu siyasətlər Nobunaqanın davamçıları olan Toyotomi Hideyoşi və Tokuqava İeyasu tərəfindən mənimsənilmiş, genişləndirilmiş, sistematikləşdirilmiş və bütün Yaponiyada tətbiq olunmuşdur.[1]
İkko sektasının Kaqa və Notoda yerləşən ərazilərinin 1580-ci ildə ələ keçirilməsi onun Nobunaqa üçün gördüyü sonuncu əsas iş olmuşdur.[1] Nobunaqanın 1582-ci ildəki ölümündən sonra Hideyoşinin rəqibi olmuşdur.[1] Hideyoşi 11 iyun 1583-cü ildə Şizuqatake döyüşündə Şibatanı məğlub etmişdir.[1] Şibata döyüşdən 3 gün sonra intihar etmişdir.[1]
Populyar mədəniyyətdə
redaktə"Fate/Grand Order" video oyunundakı Şibata Katsuie personajı ona əsaslanır.
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 84. ISBN 0-87011-627-4. İstifadə tarixi: 25 yanvar 2023.