Sibi Xaqan - Wikipedia
Şibi xaqan — Şərqi Göytürklərin ikinci xaqanı. Onun dövründə Suy sülaləsini zəifləmişdi.
Şibi xaqan Türk Şad | |
---|---|
始畢可汗 | |
609 – 619 | |
Əvvəlki | Yami xaqan |
Sonrakı | Çula xaqan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | VI əsr |
Vəfat tarixi | |
Vəfat yeri | Taiyuan |
Vəfat səbəbi | Xəstəlik |
Atası | Yami xaqan |
Həyat yoldaşı | Şahzadə Yiçenq |
Uşaqları |
Tolis xan Aşina Cieşeşuay |
Dini | Tenqriçilik |
Hakimiyyəti
redaktəŞibi xaqan qurultay tərəfindən seçilməmişdi. O taxta imperator Yanq Quanqın əmri ilə gəlmişdi. Hakimiyyətinin ilk 5 ili sakit keçdi. 615-ci ildə Şibi xaqan imperator Yanmendə olanda xaqanın köməkçisini öldürməsi və qardaşı Çulaya çinli şahzadə sözü verməsindən qəzəbləndi və qəfil hücuma başladı. Yanmen mühasirəyə alındı. İçeng xatunun yalanı ilə mühasirəyə son qoyuldu və ordu şimala çəkildi. İmperatorun köməyinə isə sərkərdələrindən Li Yuan gəldi. 616-cı ilə qədər davam edən müharibədə nəticə alınmadı.
Hakimiyyətin sonları
redaktə617-ci ildə Çin imperiyası dağıldı. Xaqan Çindəki ən güclü adama çevrildi. Çinin ən böyük generalları onun ordusunda vəzifəyə gəldilər. Xaqanın ordusunda artıq xitaylar, çinlilər, tatarlar, qaoçelər və uyğurlar var idi, toplam sayları bir milyona yaxın olmuşdu. Xaqan imperatora sadiq qalan son qüvvələrin də üzərinə yürüş edərkən xəstələnərək öldü. Bu vəziyyətdən Li Yuan yetərincə istifadə etdi. Özünün yeni Tan sülaləsinin əsasını qoydu. Türklərlə dost siyasət yürütməyə başladı. [1]
Ailəsi
redaktəOğlu Tolis xan imperator Yanqın qızı şahzadə Xuaynan ilə evlənmişdi.Digər oğlu isə məşhur Aşina Cieşeşuaydır.
İstinadlar
redaktə- ↑ Xiong, Victor Cunrui. Emperor Yang of the Sui Dynasty: His Life, Times, and Legacy. SUNY Press. 2006. səh. 213. ISBN 0-7914-6587-X. 2022-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.