Simal Hamar Balina - Wikipedia
Şimal hamar balina[3] (lat. Eubalaena glacialis) — Əsl balinalar (Balaenidae) fəsiləsinə daxil olan Atlantik okeanın şimal sularında yayılmış balina növü.
Şimal hamar balina | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Şimal hamar balina |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Görünüşü
redaktəŞimal hamar balina adətən 13–16 metr uzunluğa malik olur. Hətta 21 uzunluğa malik olan fərdlər belə müşahidə edilmişdir. Bu cablılarən çəkisi 100 ton təşkil edə bilir. Bütün hamar balinalarda olduğu kimi bun növdə bel üzgəci yoxdur. Bədənin rəngi qaradır. Bədəninə çoxlu sayda parazitlər yapışır. Bəzən bu parazitlər o qədər çox olur ki, böyük ağ ləkəni xatırladır. Bədənin hər hissəsində 300 bığ vardır.
Yayılması
redaktəŞimal hamar balina yay ayları subarktik qurşaqlarda belə görünsələrdə, qışda əsasən isti qurşaqlarda yayıllırlar. Atlantik okeanın şərq hissəsində bu növ tamamən nəsli kəsilmişdir. Əvvəllər onları yayda İslandiya sahillərində, qışda isə Biskay körfəzində görmək olurdu. Qərb papulyasiyası isə yayda Yeni İngiltərə sahilləri, qışda isə Meksika körfəzi sularında müşahidə etmək olur.
Xüsusiyyətləri
redaktəBu növün nümayəndələri olduqca ləng hərəkət edirlər. Onların sürəti 8 km/s təşkil edir. Əvvəllər bu növün nümayyəndələri miqrasiyadan öncə bir yerə toplaşırdılar. Hazırda isə bu mümkünsüzdür.
Sənaye və qorunma
redaktəBu canlılar sahilə çox yaxın yaşadığından ilk balina ovu məhz bu canlılara qarşı istifadə edilmişdir. XVI əsrdə il ərzində 10 minlərlə balina ovlanılırdı. Bir müddət sonra artıq Atlantik okeanın şərq sahillərində artıq onlar nadir hallarda görünürdülər. Sonradan ov Qrenlandiya balinasına qarşı həyata keçirilməyə bsşlanılır. Kolonistlər Şimali Amerikanın şərq sahillərində yeni populyasiya aşkarlayırlar. Artıq XVII və XVIII əsrlərdə bu ərazilərdə belə sayları olduqca azalır. Sonradan Yapon balinasına qarşı ov həyata keçirilməyə başlanılır. 1805–1914 illərdə artıq bu növdə olduqca azalır.
Əvvəllər bu canlıların sayı 100 min baş olaraq qiymətləndirilirdi. Hazırda isə sayları 300 başdır. Ovlarına qadağa qoyulsada papulyasiyanın bərpası baş vermir. Şərq papulyasiyası isə tamamən yoxa çıxmışdır.
Sistematikası
redaktəŞimal hamar balina əvvəllər Cənub balinası və Yapon balinası ilə birlikdə bir növə daxil edilirdi. Sonradan aparılan araşdırmalar bu canlıların fərli növ olmalarını aşkarlamışdır.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- ↑ Полная иллюстрированная энциклопедия. "Млекопитающие" Кн. 2 = The New Encyclopedia of Mammals / под ред. Д. Макдональда. — М.: "Омега", 2007. — С. 469. — 3000 экз. — ISBN 978-5-465-01346-8.
Ədəbiyyat
redaktə- R. R. Reeves, B. S. Stewart, P. J. Clapham, J. A. Powell: See Mammals of the World — a complete Guide to Whales, Dolphins, Seals, Sea Lions and Sea Cows. A&C Black, 2002, ISBN 0-7136-6334-0 (Führer mit zahlreichen Bildern)
- M. Würtz, N. Repetto: Underwater world: Dolphins and Whales. White Star Guides, 2003, ISBN 88-8095-943-3 (Bestimmungsbuch)