Simali Ostrobotniya - Wikipedia
Şimali Ostrobotniya[3] (fin Pohjois-Pohjanmaa; isv. Norra Österbotten) - Finlandiyanın vilayətidir. Bu vilayət Kaynuu, Laplandiya, Şimali Savoniya, Mərkəzi Finlandiya, Mərkəzi Ostrobotniya vilayətləri və Rusiyanın Kareliya Respublikası ilə sərhəddir. Mərkəzi Oulu şəhəridir.
Şimali Ostrobotniya | |||
---|---|---|---|
Pohjois-Pohjanmaa Norra Österbotten | |||
|
|||
65° şm. e. 26° ş. u.HGYO | |||
Ölkə | |||
Tarixi və coğrafiyası | |||
Əsası qoyulub | 1 sentyabr 1997 | ||
Sahəsi |
|
||
Əhalisi | |||
Əhalisi |
|
||
Digər | |||
pohjois-pohjanmaa.fi | |||
Vikianbarda əlaqəli mediafayllar |
1 yanvar 2020-ci il tarixində vilayətin ərazisi 45.852.47 km²-dir: bunun 36.815.41 km²-i quru ərazilər, 2.366.69 km²-i isə daxili sulardır. Vilayət həm də 6.670.37 km² dəniz sahəsinə sahibdir. Vilayət Finlandiyada ikinci ən böyük bölgədir. Vilayətin 31 oktyabr 2020-ci il tarixində 413.705 nəfər əhalisi var idi və Şimali Ostrobotniya əhalisinə görə Finlandiyada dördüncü böyük vilayətdir.[4] Uusimaa və Pirkanmaa ilə yanaşı, Şimali Ostrobotniya Finlandiyanın ən sürətlə təbii artım müşahidə olunan vilayətdir. Bu, qismən böyük ailələrə üstünlük verən müharifəzakar lestadiyalıların əhali içərisindəki böyük payı ilə izah olunur.
Rayonlar
redaktəVilayət 7 rayon və 30 kommunadan ibarətdir. 11 kommuna şəhər statusuna sahibdir. (Aşağıda qalın şriftlə göstərilib)
Koillismaa rayonu:
Nivala–Haapayaarvi rayonu:
Oulu rayonu: |
Oulunkaari rayonu:
Raahe rayonu:
Siykalatva rayonu:
Yulivieska rayonu:
|
Qalereya
redaktə-
Oulu şəhərinin mənzərəsi
-
Qum təpələri və Botnik körfəzi, Kalayoki
-
Qədim kənd evi, Oulunsalo
-
Oulu Şəhər Zalı
-
Kempele qədim kilsəsi (1691)
-
Ouluda taxtadan neo-renesans memarlığı
-
Oulaynen şəhər mərkəzi
-
Siykayoki kilsəsi
-
Qütb parıltıları, Ruka, Kuusamo
-
Qədim ev, Utayaarvi
-
Vihanti kilsəsi
-
Hamina kəndi, İy
-
Raahe sahili
İstinadlar
redaktə- ↑ https://www.maanmittauslaitos.fi/sites/maanmittauslaitos.fi/files/attachments/2021/01/Vuoden_2021_pinta-alatilasto_kunnat_maakunnat.pdf.
- ↑ http://pxnet2.stat.fi/PXWeb/pxweb/fi/StatFin/StatFin__vrm__vamuu/statfin_vamuu_pxt_11lj.px.
- ↑ "Tilastokeskus - Luokitukset - Regions -". www.stat.fi. 2018-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-28.
- ↑ . Finland Statistics. 2020-10-31 https://web.archive.org/web/20201223155742/http://www.stat.fi/tup/suoluk/suoluk_vaesto_en.html#Population%20data%20by%20region (#bare_url_missing_title). 2020-12-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-28.
Xarici keçidlər
redaktə- North Ostrobothnia (official site).