Sindiler - Wikipedia
Şindilər – Gürcüstanın Dmanisi rayonunda yerləşən kənd.
Şindilər | |
---|---|
შინდილიარი | |
41°21′13″ şm. e. 44°13′27″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.380 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +995 (360) |
Poçt indeksi | 1700[2] |
Coğrafiyası və iqlimi
redaktəŞindilər kəndi Şindi dağının ətəyində yerləşir. Şindi dağı Dmanisi (Başkeçid) rayonunda yüksək dağlardan biridir. Onun hündürlüyü dəniz səviyyəsindən 2050 metr yüksəklikdədir. Şindilər kəndi isə 1350 metr yüksəklikdədir. Şindilər kəndi Suludərə və Tağlı çaylarının arasında, Dmanisi qəsəbəsindən 4 km aralıda yerləşir.
Tarixi
redaktəŞindilər - mənsub olduğu millət Azərbaycan türkü. Başkeçid rayonunda məskunlaşmışlar. Başkeçid 1947-ci ildən Dmanisi adlanır. Başkeçid Gürcüstanın Borçalı mahalında yerləşir. Başkeçid rayonunda 58 kənd var. Onların 40-da Azərbaycan Türkləri yaşayır. Biri də Şindilərdir. Şindilər kəndi Başkeçid qəsəbəsindən 4-km aralı Suludərə və Tağlı çayları arasında yerləşir. Qızılkilsə kəndində qırmızı alban kilsəsi olduğuna görə bu kəndin adı Qızılkilsə adlanıb. Bu iki kəndin arasındakı məsəfə 3-km dir.
Şindilər kəndinin indiki əhalisi bu kəndə 1750-1760 illərdə gəlmişlər. Şindilər kəndinə indiki nəsillərdən ilk dəfə gələn Dəlləkli nəsli olmuşdur. Onlar Şindilərə gəlməmişdən əvvəl burada yaşayanlar olub. Ancaq onlardan bir sülalə kimi qalan olmamışdır. Onlar gəlmələrlə qaynayıb qarışmışlar. Dəlləklidən sonra Şindilər kəndinə Zərgər nəslinin nümayəndələri gəlmişlər.
1800-cü illərdə Şindilərə Coculu, Kərimöyü və Qaramustafalılar gəlib məskunlaşmışlar. Kərimöyü, Qaramustafalı və Qızılkilsədəki Mansırlılar bir kişidən -Şəkər kişidən törəmişlər. Cocu kişi ilə Şəkər kişi Kürüstü Kəpənəkçidən hər ikisi də əmi uşaqları olaraq Şəkərli nəslindən ayrılaraq gəlmişlər. Ondan sonra Şindilər kəndinə zaman-zaman başqa nəsillərin nümayəndələri də gəlib və burada məskunlaşmışlar.
Azərbaycan türklərinin Şindilər kəndinə axını XVIII şəsrin ortalarından başlamışdır. Ancaq bu kənddə bundan çox-çox əvəllər yaşamış insanların izləri görünür. XVIII əsrdən əvvəl Şindilər kəndində bəzi əsrlərdə xristianlar, bəzi əsrlərdə də müsəlmanlar yaşamışlar. Çünki, Şindilərdə bir neçə qəbristanlıq yarləri məlumdur. Onların hamısının xristianlıq və ya müsəlmanlığa aid edilməsi mümkün deyil.
Şindilər kəndinin ərazisində hal –hazırda 3 kilsə mövcuddur. Bu kilsələrin hər üçü VIII əsrə aiddir. Ancaq bunların gürcü kilsəsi olduğu sübuta yetirilməmişdir. Kilsələr Alban kilsələrinə aiddir. Kilsənin biri kəndin düz ortasındadır. Buraya ata-babadan kilsənin boynu deyilib. Qəbirstanlığın biri elə bu kilsənin boynunda yerləşir. Burada böyük həcimli daşlar qəbirin üzərinə qoyulub.
Şindilərin düz ortası ilə orta məhəllədən dağa tərəf qalıxdıqda Qalaça deyilən bir yer vardır. Qalaça dağa qalxdıqda kənddən 300 metr yuxarıda düzən bir sahədə yerləşir. Burada qala divarlarının izləri hələ də qalmaqdadır. Qalanın ətraf hissəsində müsəlman qəbirstanlığı var ki, burada dəfn olunanlar qibləyə doğru, müsəlman atət-ənənəsi ilə basdırılıb. Tağlı məhəlləsininin yuxarı hissəsində də müsəlman qəbirstanlığının olması aydınlaşdırılmışdır. Yayla deyilən yerdə günöydə də qəbiristanlıq salınmışdır.
Bu qəbiristanlıqların hər biri yerin müxtəlif qatlarında olduğuna görə buradan belə nəticə çıxır ki, bu kənddə müxtəlif vaxtlarda müxtəlif tayfa birlikləri yaşamışdır.Demək ki, Şindilərdə xristianlıq IX əsrə qədər olub. IX əsrdə ərəblər Başkeçidi ələ keçirdikdə oradan 4 km aralı bu kəndin işğalı labüddür. Buraya müsəlmanların köçürülməsi mühüm idi. Kəndi XI əsrdə Səlcuqilər, XIII əsrdə Monqol-Tatarlar, XVI əsrdə Səfəvilər işğal etmişdir. Hər dəfə də buraya türk dilli tayfalar köçürülmüşdür. Türk dilli tayfaların buraya köçürülməsinə baxmayaraq, çoxlu hücumlara məruz qalan bu yaşayış sahəsi bir neçə dəfə tamam dağıdılıb yox edilmişdir.
Şindilər kəndinin indiki əhalisi bu kənddə XVIII əsrin ortalarından başlayaraq tayfa-tayfa məskunlaşmağa başlamışlar. Şindilər kəndinin sakinləri "Azərbaycan Türkləridir", dilləri Türk dili ailəsində Oğuz dil qrupuna daxil olan "Azərbaycan dilidir".
Şindilər kəndində Böyük Oktyabr Sosialist inqilabına kimi yadda qalan heç nə olmayıb. Çünki əhalinin demək olar ki, 97% savadsız olub. Kənddə yazıb oxuyanların sayı çox az olub. Onlar da molla məktəbində oxuyublar. XVIII əsrin ortalarına qədər Başkeçid rayonunun çox kəndləri, Şindilər də daxil olmaqla dağıdılıb xarabaya çevrilən boş torpaqlar olub.
Sovet dövləti qurulduqdan sonra bütün torpaq sahələri varlılardan alınaraq kənd sakinləri arasında bölünür. Artıq kənd sakinlərinin də həyatyanı sahədən başqa torpaq sahələri olub. Bu torpaqların becərilməsi çox ləng aparılıb. Ona görədə sovet dövləti kolxoz yaratmaq fikrini irəli sürüb. Kolxoz kollektiv yəni birləşmiş təsərrüfat deməkdir. 1931-ci ildən başlayaraq bütün sovet dövlətinin hər yerində kolxozlar yaradılmağa başlandı. Bu hal 1938-ci ilə kimi davam etdi. 1938-ci ildə artıq sovet dövlətinin hər yerində kolxoz quruculuğu başa çatdı. Kolxoz qurularkən kənd sakinlərinə verilən sahələr birləşdirildi və dövlət mülkiyyətinə çevrildi.
Kolxoz quruculuğu təzə başlayanda könüllü kolxoza yazılanlara 40 sot həyatyanı sahə verilirdi. Kənd sakinlərinin bəziləri kolxoza yazılmaq istəmirdi. Ikinci kollektivləşmədə kənd sakinlərinin hər birinə 25 sot həyatyanı torpaq sahəsi verilibdir.
1936-cı ilin yanvarında Şindilər kəndində kolxoz quruldu. Kolxoza ilk dəfə sədr seçildi. İlk dəfə insanlar səs verirdilər. Birinci səsvermə çox çətin qalmaqallı keçdi. Səsvermə mədəniyyəti aşılanmayan insanların səs verməsi doğrudan da çox çətin idi.
- 1936-cı ildə – Coculu nəslindən Mustafa Qurban oğlu sədr seçildi.
- 1938-ci ildə – Fəhrətli nəslindən Xan-Əhməd seçilir. 1941-ci ildə müharibəyə çağrılır.
- 1941-ci ildə – Coculu nəsilindən olan Emin Piri oğlu sədr seçilir.
- 1943-45-ci – illərdə Mustafa Qurban oğlu yenidən kolxoz sədri olur.
- 1945-47-ci illərə – Dəlləkli nəslindən Həmidov İmirzalı seçilir.
- 1947-48-ci illərdə – Mijəli İsak (milliyətcə gürcü) .
- 1948-51- ci illərdə – Qurbanov Əsgər (Yetim Əsgər).
- 1951-53-cu illərdə Qızılkilsədən Hacılı nəslindən Məhəmməd Bilal oğlu.
- 1953-55-ci illərdə Qurbanov Əsgər ikinci dəfə kolxoz sədri seçildi.
- 1957-61-ci illərdə Dəlləkli nəslindən Həmidov Camal Mehralı oğlu seçildi.
- 1961-65-ci illərdə Dəlləkli nəslindən olan Osman Əfəndi oğlu seçilmişdir.
- 1965-67-ci illərdə Dəlləkli nəslindən İsgəndərov Cahangir Mahmud oğlu.
- 1967-68-ci illərdə Səmədov Xozeyin seçilmişdir.
- 1969—cu ildə Coculu nəslindən olan Məmmədov Kərəm İsmayıl oğlu Şindilər kəndinə kolxoz sədri seçilir. Elə həmin il kolxoz ləğv edilərək bir neçə kənd birləşməklə sovxoz yaradılır. Kərəm Məmmədov Şindilər üzrə icra edici təyin olunur.
Şindilər kəndində ilk kitabxana 1937-ci ildə açılır. Veysəl Nəsib oğlunun evində yerləşir. 1937-40-cı illərdə Məmmədov Mustafa kitabxananın müdiri işləyir. 1943-46-cı illərdə Qüdrət Bayram qızı kitabxanaya müdir təyin edilir.
Şindilər kəndinə 1936-cı ildə ilk dəfə elektirik enerjisi verildi. Elektirik enerjisi Armudlu su elektirik stansiyasından verilirdi. Evlərə paylanan elektirik cərayanının gərginliyi 127 v idi. Qışda enerji qıtlığı yaranırdı. Elektirik enerjisi fasilələrlə verilirdi. Əhali kerosin lampalardan istifadə edirdi. 1960-cı illərdə Xram SES-dən Dmanisi rayonuna əlavə elektirik xətti çəkilərək rayonun bütün kəndlərinə paylandı. 1960-cı illərdən 1991-ci ilə kimi elektrik enerjisində demək olar ki, fasilə olmadı. Elektirik enerjisi bütün SSRİ–də dairəvi formada birləşdirilmişdir. 1960–cı ildən sonra evlərə paylanan gərginlik 220 volt oldu.
Şindlilər kənd məktəbi
redaktəŞindilərdə ilk məktəb 1928- ci ildə açılıb və 4 illik olub. İlk müəllimlər Dilbazov Hacı və onun bacısı Dilbazova Hamayıl olub. Hər ikisi Kazax Rayonu Musaköy kəndindən gəlmişlər. 1931-34–cü illərdə ilk məktəb direktoru Kazax rayonunun Şıxlı kəndindən gələn Süleymanov süleyman olmuşdur. 1935-40-cı illərdə İlməzli kəndindən Nəbiyev Alı direktor təyin olunur.
- 1940-cı ildə Şindilər 4 illik məktəbi 7 illik məktəbinə çevrilir.
- 1940 – 45 –ci illərdə Dəllər kənd sakini Tağıyev Tağı direktor təyin edilir.
- 1945 – 46 illərdə Marneuli rayonunun Qızıl Hacılı kənd sakini Mursaqulov Ələkbər.
- 1947–ci ildə Tbilisidən Məmmədov Cəmil.
- 1948–50– illərdə Fəridə Nuriyeva (Əfəndioğlu Osmanın yoldaşı).
- 1950–52–ci illərdə Darvazdan Ləzgiyev Piri.
- 1952–58–ci illərdə Qızılkilsə kənd sakini Mansırlıdan Həsənova Tükəzban Balaca qızı.
1958–ci ildə Şindilər kənd 7 illik məktəbi 8 illik məktəbə çevrilir.
- 1958–60–cı illərdə Məhəmməd Əhməd oğlu direktor təyin olunur. O, 1962–ci ildə Bakıya köçmüşdür.
- 1962–64–cü illərdə Qızılkilsə kəndindən Bayramov Aslan Alı oğlu.
- 1964–69–cu illlərdə Rəhmli nəslindən Novruzov Novruz Məhəmməd oğlu.
- 1969–79–cu illərdə Cırveyilli nəslindən İbrahimov Ədil Məmiş oğlu.
1973–cü ildə Şindilər kənd məktəbində 350 nəfər şagird təhsil alırdı. Artıq orta məktəbin açılmasına zərurət yaranmışdı. 1973 –cü ildən etibarən Şindilər kənd məktəbi 10 illik orta məktəbə çevrildi. 1980 – 82 – ci illərdə məktəb direktoru Qızılkilsə kəndindən Bilalov Vəli Məhəmməd oğlu, 1982 – 91 – ci illərdə Coculu nəslindən Nəsibov İsmixan (Qəzənfər) Cahangir oğlu məktəbə direktor təyin olundu. Artıq bu illərdə Şindilər kəndində şagirdlərin sayı 600 nəfərə çatmışdır.
1991–ci ildən sonra SSRİ dağıldıqdan sonra məktəbdə tənəzzül etməyə başladı. Şindilər kəndinin özü dağılmağa başladı. Kəndin caamatı köç etməyə başladı. 1994 – cü ildən Şindilər kənd məktəbi yenidən 4 illik məktəbə çevrildi. İndi bu məktəbdə 30–a yaxın şagird təhsil alır.
Əhalisi
redaktəŞindilər kəndində 217 ev var. Əhalisi 1980-ci ilə qədər 1580 nəfər. Şindilərdə bir neçə tayfanın nümayəndələri yaşayıb. Bu tayfalardan Coculu , Kərimöyü, Qaramustafalı, Dəlləkli, Zərgər, Rəhimli, Keçəçilər, Alaqanlı, Çapıxlı və sair .
İqtisadiyyatı
redaktəMənbə
redaktəXarici keçidlər
redaktəHəmçinin bax
redaktə
Gürcüstan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |