Sinobu Ota - Wikipedia
Şinobu Ota (d. 28 dekabr 1993) — Yaponiyanı təmsil edən yunan-roma güləşçisi. Şinobu Ota 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi və yarışların gümüş medalını qazandı.
Şinobu Ota | ||||||||
---|---|---|---|---|---|---|---|---|
yap. 太田忍 | ||||||||
Şəxsi məlumatlar | ||||||||
Vətəndaşlığı | Yaponiya | |||||||
Doğum tarixi | ||||||||
Boyu | 1,65 m | |||||||
Çəkisi | 65 kq | |||||||
İdman növü | Güləş | |||||||
Medallar
|
||||||||
2 noyabr 2016 tarixində yenilənib. | ||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Karyerası
redaktəŞinobu Ota 2016-cı ildə karyerasında birinci dəfə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Oyunlarında qüvvəsini sınadı. Hiquçi birinci görüşdə İran güləşçisi, son Olimpiya çempionu Həmid Soriyanı 5:4, ikinci görüşdə Qazaxıstan güləşçisi Almat Kebispayevi 6:0, üçüncü görüşdə Norveç nümayəndəsi Stig-Andre Bergeni 4:0, dördüncü görüşdə isə Azərbaycanlı Rövşən Bayramovu 4:2 hesabı ilə məğlub etdi və yarışların finalına vəsiqə qazandı. Həlledici görüşdə isə Şinobu Ota Kuba güləşçisi, son Dünya çempionu İsmael Borreroya 0:8 hesabı ilə məğlub oldu və XXXI Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.