Sirvani Edilli - Wikipedia
Şirvani Ədilli — Azərbaycanlı şair, tədqiqatçı.
Şirvani Ədilli | |
---|---|
Şirvani Kamil oğlu Ədilli | |
Doğum tarixi | |
Doğum yeri | Şıxbabalı, Ağdam rayonu |
Təhsili | |
Fəaliyyəti | şair |
Həyatı
redaktə17 sentyabr 1978-ci ildə Ağdam rayonunun Şıxbabalı kəndində anadan olub. Azərbaycan Texniki Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.[1]
Yaradıcılığı
redaktəOrta məktəb illərindən şeir yazmağa başlayıb. Şeirlərini heca və əruz vəznlərində, həmçinin sərbəst formada yazır. İlk dəfə "Tək səbir" qəzetinin 01.11.1998. tarixlı sayında iki satirik şeiri çap olunub. Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən "Təhsil" cəmiyyətinin "Söz-sözə" ədəbi birliyinin üzvü olub. Həmin birliyin nəşr etdirdiyi "Söz çələngi-1" (Bakı, "Təhsil"-1999) və "Söz çələngi – 2" (Bakı, "Təhsil"-2001) ədəbi almanaxlarında şeirləri çap olunub.
Həmçinin "Vahid" poeziya evinin şeir məclislərinin iştirakçısı olub. 2008-ci ildən mətbuat səhifələrində mütəmadi olaraq elmi-publisistik məqalələrlə çıxış edir. "Borc" adlı ilk novellası "Təzadlar" qəzetində (12–22.02.2011) nəşr olunub.
Bədii yaradıcılıqla yanaşı şeir formalarının, həmçinin milli-ideoloji məsələlərin tədqiqi ilə müstəqil surətdə məşğul olur. Əruz haqqında araşdırmaları ədəbi mühitin diqqətini cəlb edib. Əruz vəzninin yaranması və türk dilinə uyğunluğu məsələsində ənənəvi baxışlardan fərqli baxış irəli sürüb. Bu vəznin daha asan öyrənilməsi üçün ilk dəfə cəmi iki səsli ünsürdən ibarət sadələşdirilmiş əruz qəliblərini tərtib edib. Azərbaycan sərbəst şeirinin ilk dəfə geniş nəzəriyyəsini işləyib. Heca vəzninin bölgü məsələsində yeni baxış irəli sürüb, qafiyə haqqında köklü araşdırması var.
Kitabları
redaktə- Mənim odlar diyarım. Şeirlər. Bakı, "Adiloğlu", 2011. 112 səh. – [1]
- Əruz vəzninin sadələşdirilmiş qəlibləri. Bakı, "Adiloğlu", 2011. 52 səh. – [2]
- Milli ideologiyamız: Türklük, Çağdaşlıq, İslam. Bakı, "Elm və təhsil", 2013. 288 səh. – [3]
- Azərbaycan şeirində forma məsələləri. Bakı, "Elm və təhsil", 2014. 144 səh. – [4]
- Tək vətən sevgisi bəsdir. Şeirlər, hekayələr, məqalələr. Bakı, "Elm və təhsil", 2022. 304 səh. – [5][2]
İstinadlar
redaktə- ↑ "Şirvani Ədilli kitablarını təqdim etdi — kitabklubu.org saytı". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-30.
- ↑ ""Tək vətən sevgisi bəsdir" kitabı nəşr olundu - kulis.az". 2023-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-05.