Sistosoma Mansoni - Wikipedia
Şistosomalar (lat. – Schistosoma) — Strigeidida dəstəsindən olan qansoran yastı qurdların (trematodların) cinsidir. Şistosomaların 5 növü mövcudur. Onlar şistosomiaz xəstəliyinin törədiciləridir. Törədicinin növündən asılı olaraq şistosomiazın 2 əsas forması olur – mədə-bağırsaq və genitouriya. Bağırsaq şistosomiazın törədicilərindən biri də Şistosoma Mansonidir (lat. Schistosoma mansoni). Bağırsaq şistosomiazı tropik və subtropik bölgələrdə, xüsusən təhlükəsiz içməli su və düzgün sanitariya imkanı olmayan yoxsul icmalarda geniş yayılmışdır. Müalicəyə ehtiyacı olan şistosomiaz xəstələrinin təxminən 90% -i Afrikada yaşayır. Schistosoma mansoni əsas sahibləri insanlar, mal-qara, itlər, gəmiricilər, müvəqqəti sahibləri isə Biomfalariya cinsindən olan ilbizlərdir. Yetkin fərdlər mezenterial damarlarda cəmləşir. Yumurtalarını bağırsağın kiçik damarlarına qoyur, oradan bağırsaq boşluğuna keçir və nəcislə birlikdə bədəndən çıxır. İnsan orqanizmində Schistosoma mansoni ömrü 8–30 ildir.
Şistosoma mansoninin yetkin fərdi
redaktəYetkin fərdlər ikicinsli olur və uzun nazik qurdlara bənzəyir. Erkəklərinin uzunluğu 6–11mm, dişilərin – 12–16 mm; eni erkəklərdə 0,2–1,2mm, dişilərdə 7 25 mm. Yumurtaları oval formalı, yan tərəfində isə tilişkəni olur. Yumurtaların ölçüləri: uzunluğu 0,13–0,18mm, eni 0,06–0,08mm. Dişiləri ağ, erkəkləri isə daha tünd rəngdə olur. Şistosoma mansoninin iti tilişkənləri olur. Onların vasitəsilə bu parazitlər qan və limfa damarlarını deşərək insanın mədəsinə, bağırsağına və digər orqanlarına daxil olurlar. Gənc fərdlər yarım ilə qədər ayrı yaşayır, sonra isə cütləşirlər. Şistosoma mansoninin həzm sistemi qurdun ön uc hissəsində, ağız sormacının aşagı nahiyəsindən başlayır. Həzm borusu özofagusdan (yemək borusundan) ibarətdir; özofagus sonra iki (sağ və sol) qola şaxələnir və onlar öz növbəsində yenidən vahid bir kor bağırsaqda birləşirlər. Bağırsaq kor qurtarır, anus yoxdur.
İnkişaf dövriyyəsi
redaktəŞistosom yumurtaları sidik və nəcis ilə birlikdə təmiz suya düşür. Onlardan həyatın xüsusi formaları olan mirasidiyalar törəyir. Onların bütün bədən səthi xırda kirpikvari çıxıntılarla örtülmüşdür ki, məhz onların vasitəsilə mirasidiyalar hərəkət edir. Mirasidia suda üzür, sonra şistosomların ara sahibi adlandırılan salyangozların və ya molyuskların bədənlərinə daxil olur. Molyuskların bədənində artıq qılcıqlara ehtiyacı olmur, buna görə onları atırlar. Beləliklə, mirasidiya sporosistlərə çevrilir. Molyuskların bədənində bir neçə həftəiçində cinsiyətsiz çoxalma yolu ilə növbəti həyatın formasına – serkarilərə qədər inkişaf edirlər. Serkarilər çirklənmiş suda sərbəst üzürlər. Onların həyat formalarının məhz bu forması əsas sahibi olan insanı və ya başqa bir məməlini yoluxdurur. Bu varlıqların bədən səthində dəriyə asanlıqla nüfuz etməyə kömək edən xüsusi fermentlər ifraz edilir və yalnız yerli allergik reaksiya yaradır. Sahibinin orqanizminə nüfuz edən serkarilər quyruqlarını itirir, bu da sürfə mərhələsini — şistosomaları meydana gətirir. Qan axarlarına düşən kimi əvvəl ağciyərdən, sonra sol ürəkdən keçir və sonra mədə-bağırsaq traktında və ya genitouriya sistemində yerləşirlər. Bir neçə həftəyə onlar tam yetkinlik fərdlərə çevrilir və yumurtalamağa başlayırlar və bu proses yaşam dövrünü yenidən başladır.
Bağırsaq şistosomiazı
redaktəBağırsaq şistosomiazının klinik əlamətləri olduqca fərqlidir. Əksər hallarda o, simptomsuz keçir. Xəstəliyin açıq variantında iki dövr – 1) dişinin yumurtalama dövrü və 2) toxuma prolifersiyası dövrü.
Xəstəliyin erkən əlamətləri – ilkin dermatit, qaşınan urticaria (крапивница) və qızdırma – sürfələrin insan dərisinə nüfuz etdiyi andan etibarən 5–8 gündən sonra üzə çıxır. Çox vaxt ağciyərdə eozinofilli infiltratlar əmələ gəlir. 6–8 həftədən sonra bağırsaq əlamətləri baş qaldırmağa başlayır. Dişilərin yumurtalama dövründə insan halsız olur, başı ağrıyır, qızdırma qalxır, əzələ və oynaqlarda ağrı, defekasiya düz bağırsaqda fasiləsiz dartıcı, kəsici, yandırıcı ağrılarla müşayiət olur, bayıra çıxma tez-tez olur və nəcisdə qan və selik görünür.
Toxuma prolifersiyası dövrü bağırsağın selikli qişasının zədələnən yerlərində fibroz inkişafı ilə müşayiət olur. Xəstəlik inkişaf etdikcə bağırsaqda polipoz böyümələr baş verir, bu isə ağrı, meteorizm, bağırsağın qismən və tam keçirməzliyi ilə özünü büruzə verir. Qalın bağırsaqda geniş yayıldıqda çox vaxt diareya, susuzlama, kaxeksiya (cachexia – halsızlıq, bədənin tükənməsi və çəkisinin kəskin azalması) baş verir. Şistosomiazın yüngül, orta ağır, ağır və çox ağır formaları var.
Yüngül forma vaxtaşırı enterokolit əlamətləri özünü göstərir. Mütəmadi qarın ağrıları ilə yanaşı anemiya (qanazlığı) və bədən kütləsinin azalması – bu, xəstəliyin orta ağır formasının əlamətləridir. Ağır formada, zəiflik, güclü anemiya, susuzlaşma və kaxeksiya ilə müşayiət olunan bezdirici ayaqişləmə (diareya) olur. Çox ağır formada bu xəstəlik portal hipertenziyalı (qaraciyərin Qapı venasında yüksək təzyiq sindromu), assitli (assit, rus.водянка – qarın boşluğuna mayenin yığılması), splenomeqaliyalı (splenomegaly – dalaq ölçülərinin pataloji böyüməsi), açıq-aşikar kaxeksiyalı qara ciyər serrozuna bənzər əlamətlər verir.
Bağırsaq şistosomiazının diaqnostikası
redaktəParazitoz nəcis nümunələrində qurdun yumurtalarının mikroskopiya yolu ilə diaqnostika edilir. Bağırsaq şistosomaları yumurtalarını aşikar etmək üçün metilen göyərtisi ilə (lat. — Methylenum coeruleum) rənglənmiş və qliserinlə təpilmiş sellofandan və ya şüşə lövhələrdən istifadə edən metodikanı tədbiq eləmək olar. Həmçinin şistosoma antigenlərinin dolayı immunoflürossensiyası üsulunu tədbiq edirlər, lakin bu üsullar, aktiv parazitozu keçirilmiş xəstəlikdən seçməyə imkan vermir; həmçinin digər parazitozlara qarşı həssaslığı müəyyən edilib.
Şistosomiazın profilakikası və müalicəsi
redaktəŞistosomiazın qarşısı alınması və ona qarşı mübarizə profilaktik müalicəyə, ilbizlərlə (qarınayaqlılarla) mübarizəyə, sanitariya və sanitariya maarifləndirməsinin yaxşılaşdırılmasına əsaslanır. Tropik ölkələrin endemik zonalarında təbii su hövzələrində çimməni məhdudlaşdırmaq lazımdır, çünki infeksiya hətta ayaqyalın suda gəzərkən baş verə bilər.
Ümumdünya Səhiyyə Təşkilatı – ÜST (engl. The World Health – WHO) şistosomiaza qarşı mübarizə strategiyası Praziquantel preparatı ilə dövri, məqsədyönlü müalicə vasitəsilə xəstələnmənin azaldılmasına yönəlib. Bu müalicə risk qruplarından olan bütün insanların müntəzəm müalicəsini nəzərdə tutur.
ÜST Şistosomiazın bütün formalarına qarşı Praziquantel preparatını tövsiyə edir. Bu, effektiv, təhlükəsiz və ucuz dərman preparatıdır. Praziquantel pasientin hər 1kq çəkisinə 30 mq dozla 1 dəfə qəbul edilir. Yan etkiləri nadir hallarda olur və müalicədən sonra yoxa çıxır. Preparatdan hətta hamilə qadınlara və azyaşlı uşaqlara da istifadə etməyə icazə verilir. Parazitin yumurtalarına qarşı ağır immun-allerjik əkstəsirlər olduqda (Katayama qızdırması) kortikosteroidlər tədbiq edilir.
Şistosoma mansoniyə qarşı Oxamniquine preparatı da istifadə olunur. Onun effekti Praziquantel ilə eynidir, lakin yan etkiləri daha çoxdur. Xəstəliyin meningoensefalit, dəri intravaskulyar və intravenoz formalarında Antimonil-natrium tartat və Dietilkarbamazin (ditrazin citrate) — intravenoz olaraq enjekte edilir.
Nadir hallarda ağırlaşma baş verdikdə (sidik kisəsinin stenozu) cərrahi üsuldan istifadə edirlər.