Sor - Wikipedia
Sor - Wikipedia - Haqqında Məlumat
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Şor - süd məhsulu.
Hazırlanması
redaktəŞor hazırlamaq üçün ayranı qaynadırlar. Çürümüş kütləni zərdabdan ayırmaq üçün torbaya töküb süzürlər. Su süzüldükdən sonra yerdə qalan kütlədən şor alınır. Duz əlavə edib, motalda, küpdə, yaxud saxsı qablarda saxlayırlar. Azərbaycanın Şamaxı və Qobustan rayonları öz şorları ilə məşhurdur.
İstifadə
redaktəŞor yavanlıq kimi istifadə edilir. Süfrəyə yağla, xama ilə qarışdırılıb və ya ayrıca qəlyanaltı kimi verilir. Şora göyərti əlavə edib məzə hazırlanır. Motal şoru şorun bir növüdür.
Mənbə
redaktə- Azərbaycan Kulinariyası Ensiklopediyası, səh, 137.