Sorsu Yasayis Yeri - Wikipedia
Sorsu Yasayis Yeri - Wikipedia - Haqqında Məlumat
Şorsu yaşayış yeri — Naxçıvançayın sol sahilində, Sirab kəndinin cənub-qərbindəki təpə üzərində qeydə alınmışdır. Mədəni təbəqənin qalınlığı 15-20 sm-dir.[1] 2014-cü ildə V.Baxşəliyevin rəhbərliyi ilə 10x10 metrlik sahədə arxeoloji qazıntı aparılarkən düzbucaqlı tikili qalıqları, saxsı nümunələri və az miqdarda obsidian və çaxmaqdaşından hazırlanmış alətlər aşkar edilmişdir.[2] Əsasən saman qarışıqlı gildən hazırlanan keramika məmulatı qırmızı, bəzən də qəhvəyi rəngdə bişirilmişdir. Onlar silindirik və qıfşəkilli boğaza malik olan küpələr, konusvari və silindirik-konusvari kasalarla təmsil olunur. Qabların bəzisinin ağzının altı cərgəli şəkildə dairələrlə deşilmişdir.