Sotlandiyanin Musteqilliyi Haqqinda Referendum 2014 - Wikipedia
Şotlandiyanın müstəqilliyi haqqında referendum — 2014-cü ilin 18 sentyabr tarixində Şotlandiyada keçirlmiş referdum. Referdendum nəticəsində şotlandların Böyük Britaniya tərkibində qalıb-qalmamaları ilə bağlı fikirləri öyrənilib və seçkidə iştirak edən 2,001,926 nəfər seçiçi YOX (55.3%) səsindən istifadə edərək müstəqilliyinin əlehinə səs verib.[1]
Tarix
redaktəŞotlandiya 1707-ci ildən Böyük Britaniyanın tərkibinə daxil edilib, 1997-ci ildə isə muxtariyyət alıb. Ancaq son rəy sorğuları iki düşərgə arasında fərqin azaldığını göstərir.
Müstəqilliyin elan edilməsi vaxtı Şotlandiya hökumətinin rəsmi sənədi olan "Ağ kitab"a daxil edilib. Kitab 26 noyabr 2013-də nəşr olunub.
Debatlar
redaktəŞotlandiyanın Britaniyadan ayrılması ilə bağlı referendumdan 6 həftə əvvəl televiziya debatı keçirilib. Sorğuya əsasən, Şotlandiyanın müstəqilliyi kampaniyasının və Şotlandiya Milli Partiyasının (SNP) lideri Aleks Salmond İttifaq tərəfdarlarının lideri Alister Darlinqlə toqqaşıb.
Televiziya debatında Salmond deyib ki, müstəqil Şotlandiya daha varlı və ədalətli bir cəmiyyət olacaq. Britaniya hökuməti nüvə silahlarına çox pul xərcləyib, vergiyə gələndə isə şotlandları yaddan çıxarıb. Salmond müstəqillikdən sonra Şotlandiyanın canını nüvə silahlarından qurtaracağına söz verib. "Bu axşam mənim tək bir sözüm var: Şotlandiyada yaşayan və çalışan insanlardan başqa heç kəs bu ölkəni yaxşı idarə edə bilməz. Sentyabrın 18-də bizim əlimizə belə bir imkan düşəcək. Bu fürsətdən ikiəlli yapışmaq lazımdır", — o deyib.
Kampaniyalar
redaktəMüstəqilliyə qarşı çıxan "YOX" kampaniyası leyborist, mühafizəkar və liberal demokratları "Better Together" ("Birlikdə daha yaxşıdır") koalisiyası altında birləşdirib. Sentyabrın 18-də Şotlandiyanın 4 milyon seçicisi Birləşmiş Krallıqdan ayrılmaq üçün səs verəcək. Son sorğulara görə, "YOX" kampaniyası azacıq öndə gəlir, lakin iştirakçıların 15–20%-i hələ tam qərarını verməyib.
İyunun 26-da Şotlandiyanın baş naziri Aleks Salmond BBC-yə müsahibə verib. "Şotlandiya müstəqil olsa, biz daha yaxşı müqavilələr bağlaya bilərik. Qordon Braun hakimiyyətdə olanda Şotlandiya üçün bunların heç birini etməmişdi. Fermerlərimiz parlamentin ümumi kənd təsərrüfatı siyasəti (CAP) fondları haqqında qərarına görə, 1 milyard avro ziyana düşüblər", — o deyib.
Salmondun milliyyətçi hökuməti Aİ-yə qoşulmağa can atır. Bildirirlər ki, Şotlandiya 2016-cı ildə müstəqil olduqdan sonra 18 ay ərzində ölkənin Aİ-yə üzvlüyü şərtləri yenidən yazılmalı və razılaşdırılmalıdır. Şotlandiya hökuməti Birləşmiş Krallıqla müqayisədə daha çox Aİ güzəştləri əldə edəcəyinə ümid edir. Həmçinin avro və "Şengen müqaviləsi" üstünlüklərindən yararlanmağa çalışır.
Nəticə
redaktəSeçim | Səslər | % | |
---|---|---|---|
Yox | 2,001,926 | 55.30 | |
Hə | 1,617,989 | 44.70 | |
Qeydə alınan səslər | 3,619,915 | 99.91 | |
Qeydə alınmayan(səhv və ya boş) səslər | 3,429 | 0.09 | |
Ümumi səslər | 3,623,344 | 84.59 | |
Seçici sayı | 4,283,392 | 100 |
Bu təbliğata rəhbərlik edən Şotlandiyanın birinci naziri Aleks Salmond artıq mətbuata öz məğlubiyyətini etiraf edib. Bundan sonra, əsas diqqət rəsmi Londondan daha artıq azadlıq tələb etmək uğrunda siyasi fəaliyyətlər davam edəcək.
Tənqid
redaktəŞotlandiya hökuməti və "Hə" kampaniyası Londonu siyasi təzyiq və seçkilərdə saxtalaşma elemeyəni ittiham edib.[2]
Beynəlxalq reaksiya
redaktə- İspaniya: İspaniyanın baş naziri Mariano Rahoy video mesajında dedi ki, Şotlandiya ciddi nəticələrdən çəkindi və "hər kəs üçün ən yaxşı seçimi elədi; özləri üçün, bütün Britaniya üçün və Avropanın qalanı üçün."[3]
- Basklar ölkəsinin başçısı Iñigo Urkullu dedi ki, Britaniya hökuməti Şotlandiyaya öz gələcəyini azad şəkildə seçmək hüququnu verdi, Basklar ölkəsini etməli olduğu İspaniyada oxşar razılığa gələrək "Şotlandiyanın yolundan getməkdir".[4]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Scottish referendum: Scotland votes no to independence". BBC News. 19 September 2014. 6 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 September 2014.
- ↑ "Scottish referendum vote-rigging claims spark calls for recount". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-15.
- ↑ "Scottish no vote best outcome for Europe, says Spanish PM Mariano Rajoy". Reuters. 19 September 2014. 30 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 September 2014.
- ↑ "Urkullu: La voluntad del Gobierno vasco es avanzar por el camino de Escocia". El País (Spanish). 18 September 2014. 22 September 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 September 2014.