Susa Sehidler Xiyabani - Wikipedia
Şuşa Şəhidlər Xiyabanı — Şuşa şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq.[1]
Qəbiristanlıq | |
Şuşa Şəhidlər Xiyabanı | |
---|---|
Ölkə | |
Yerləşdiyi yer | Şuşa |
Əsası qoyulub | 1991 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəMir Faseh qəbiristanlığı ilə Vaqif türbəsinin yaxınlığında yerləşir. Xiyabanda 1991-1992-ci illərdə Şuşanın erməni terrorçularının hücumlarından müdafiə olunması zamanı şəhid olmuş şuşalı gənclər, 26 dekabr 1991-ci ildə Daşaltı yolu üstündə qətlə yetirilmiş Abbasovlar ailəsi, 26 yanvar 1992-ci ildə baş vermiş Daşaltı əməliyyatı zamanı şəhid olmuş şuşalı gənclər, 28.01.1992-ci il tarixdə Şuşa üzərində partladılmış vertolyotda qətlə yetirilmiş mülki azərbaycanlılar və başqaları dəfn edilib.
Şuşa şəhəri işğal ediləndən sonra xiyaban erməni terrorçuları tərəfindən dağıdılmış, qəbirlə uçurulmuş, cəsədləri qalıqları qəbirlərdən çıxarılmışdır.
İstinadlar
redaktəHəmçinin bax
redaktəXarici keçidlər
redaktə- Vikianbarda Şuşa Şəhidlər Xiyabanı ilə əlaqəli mediafayllar var.