Su Carliq - Wikipedia
Vey, Şu, U çarlıqlarının xəritəsi. 262-ci il |
---|
Şu (çin. ənən. 蜀漢, sadə. 蜀汉, pinyin: Shǔ Hàn, hərfi mənası: "Şu Han") — Üç çarlıq dövründə 221 — 263 cü illərdə mövcud olmuş dövlət . Şu çarlığının əsası, özünü Han sülaləsinin davamçısı sayan Lyu Bey (劉備) tərəfindən qoyulmuşdur. Lyu Bey “Sarı çalmalılar üsyanını” yatıraraq hakimiyyəti əlinə almış ordu sərkərdəsi olmuşdur. Etdiyi cəhdlərə baxmayaraq uzun müddət ona ərazi bütövlüyünü əldə etmək mümkün olmur. O, ya Vey çarlığının hökmdarı Çao Çao, ya Yuan Şao, ya da Lyu Byaonun tabeçiliyinə keçirdi. Lyu Bey ordusu U çarlığının çarı Sun Çyuanın ordusu ilə müttəfiqləşərək Vey çarı Çao Çao üzərində qələbə çaldıqdan sonra, 208 ci ildə nəhayət Lyu Bey Çzinçjounun şimal hissəsinə sahib olur. Daha sonra cənuba doğru irəliləyərək Ulin və Çanşa şəhərlərini də əlinə keçirərək, Yantszı çayı boyunca üzü yuxarı irəliləmiş olur. 214 cü ildə İnçjounu fəth edir. Sonradan müttəfiqi U çarlığının çarı Sun Çyuana qarşı vuruşaraq, Çyinçjounu onunla bölüşdürmüşdür. 219 cu ildə Lyu Bey Çao Çaodan Hançjun əyalətini almışdır. Beləliklə o, çarlığın ərazisini xeyli böyütməyə nail olmuşdur.