Ebulfez Quliyev - Wikipedia
Quliyev Əbülfəz Aman oğlu (27 mart 1950, Naxçıvan) — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, filologiya elmləri doktoru, professor. AMEA-nın müxbir üzvü (2007).[1]
Əbülfəz Quliyev | |
---|---|
Əbülfəz Aman oğlu Quliyev | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Naxçıvan MR |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü |
İş yerləri | |
Təhsili |
Həyatı
redaktəƏbülfəz Quliyev 27 mart 1950-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 1966-cı ildə Naxçıvan şəhərindəki 7 saylı onillik orta məktəbi qurtarıb, həmin il Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dil-ədəbiyyat ixtisasına qəbul olub, 1971-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək təyinat üzrə Naxçıvana gəlmişdir. Bir il şəhər 1 saylı orta məktəbdə müəllim işləmiş, 1972-ci ildə yeni yaradılan Naxçıvan Elm Mərkəzinə kiçik elmi işçi olaraq qəbul olunmuşdur.
Əsas elmi nailiyyətləri
redaktəQədim türk Orxon-Yenisey yazılı abidələrinin Azərbaycanda əsas tədqiqatçılarından biridir. Bu sahəyə aid onlarla monoqrafiyası nəşr olunmuşdur. Orta əsrlər ümumtürk ədəbiyyatının öyrənilməsinə aid, Naxçıvan dialekt və şivələrinin tədqiqinə aid sanballı əsərləri vardır.
Əsas elmi əsərləri
redaktə- Orxon-Yenisey abidələrində felin təsriflənməyən formaları, Bakı: Elm, 1997, 165 s.
- Əski türk yazılı abidələri müntəxəbatı, Bakı: BDU nəşri, 1993, 290 s.
- Qədim türk abidələrinin sintaksisi, Bakı: ADPU nəşri, 1994, 92 s.
- Qədim türk onomastikasının leksik-semantik sistemi, I və II hissə. Bakı: Elm, 2001, 370 s.
- Qədim türk abidələrinə aid materiallar. Bakı, 1996, 86 s.
- Orxon-Yenisey abidələrində toponim və etnonimlər. Bakı: Nurlan, 2004, 148 s.
- Qədim türk onomastikası. Bakı: ADPU nəşri, 2007, 94 s.
- Nahçıvan ağzı,TDK yay. Ankara, 2009, 760 s.
- Nahçıvan ağızlarının söz varlığı, Ankara, 2010, 180 s.
- Tarihte ve günümüzde Nahçıvan (müştərək). Ankara,1998, 96 s.
- Qədim türk sözlüyü. Bakı, 1995, 210 s.
- Azerbaycan düğün türküleri. Ankara: Kültür ve turizm bakanlığı yay, 2011, 190 s.
- General Veysəl Ünüvar. Naxçıvan: təlatüm və burulğanlar (1920-1921), Naxçıvan, 2005
- Mövlana Cəlaləddin Rumi. Məsnəvi. Azərbaycan dilinə tərcümə Əbülfəz Quliyevindir. 3 cilddə, Naxçıvan: Əcəmi. 2013
- A.V.Borovkov. Orta Asyada bulunmuş Kuran tefsirinin (XII-XIII yy) söz varlığı (rus dilinden tercüme Ə.Quliyev), TDK yay. Ankara, 2002
- Qədim türk onomastik sözlüyü. Bakı, 2000
- Qədim uyğur türklərinin onomastikası. Bakı, 2014
Pedaqoji fəaliyyəti
redaktə1971-ci ildən indiki Naxçıvan Dövlət Universitetində çalışır. Müəllim, baş müəllim, dosent və professor vəzifələrinədək yüksəlmişdir.1993-cü ildən 2003-cü ilə qədər universitetin “Azərbaycan dilçiliyi” kafedrasının müdiri olmuşdur. Haliyədə həmin kafedranın professorudur.
Beynəlxalq elmi qurumlarda üzvlüyü
redaktə- Türk Dünyası elm və sənət adamları Birliy ( İLESAM, Türkiyə)
- Beynəlxalq Türk Dünyası Akademiyası (Astana, Qazaxıstan)
- Avrasiya Yazarlar Birliyi (Türkiyə)
Təltiflər və fəxri adları
redaktə- Azərbaycan Respublikasının Əməkdar müəllimi
- AMEA Rəyasət Heyətinin fəxri fərmanı
İstinadlar
redaktə- ↑ "Quliyev Əbülfəz Aman oğlu" (az.). science.gov.az. 2017. 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-02.
Xarici keçidlər
redaktə- AMEA-nın müxbir üzvləri Arxivləşdirilib 2014-08-20 at the Wayback Machine