Ebulhesen Xan Seba - Wikipedia
Əbülhəsən xan Səba (15 aprel 1902[1] – 19 dekabr 1957[1])— İranın ustad misiqiçisi, bəstəkar
Əbülhəsən xan Səba | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 15 aprel 1902[1] |
Vəfat tarixi | 19 dekabr 1957[1] (55 yaşında) |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Musiqi alətləri | setar, skripka |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəO,1902-ci ildə Əbülqasım xan Kamaləssəltənə bin Məhəmmədcəfər xan Sədrülhükəma bin Mahmud xan Məlikəşşüara, Səbaəlşüəara bin Məhəmmədhüseyn xan Məlikəşşüara Kaşinin ocağında dünyaya gəlmişdi. Əbülhəsən xan İranın böyük ustadları Mirzə Abdulla və Dərviş xanın yanında şərq musiqisinin sirlərini öyrənmişdi. Hacı xan Zərbidən dünbək çalmağı, Əliəkbərşahdan santur ifa etməyi əxz etmişdi. Sonra Hüseyn xan İsmayılzadənin yanında kamança çalmağı mənimsəmişdi. Skripkaya meyl salmış, bu aləti də Hüseyn Həngafərindən öyrənmişdi. Bunlara qane olmamış, ustad Əlinağı Vəzirinin musiqi məktəbinə yazılmışdı. Burda musiqi nəzəriyyəsini, ney, fleyta və başqa nəfəs alətlərini də tamam-kamal əxz etmişdi. Özü ustad dərəcəsinə çatandan sonra İran musiqisinin tacı sayılmışdı. Onun istedadını görən Əlinağı Vəziri dərs deməyə həvəsləndirmişdi. Səba 1927-ci ildə Rəşt şəhərində musiqi məktəbi yaratmışdı. Üç il burada uşaqlara musiqi öyrətmişdi. Əbülhəsən xan müəllimlik müddətində özünü İranın şimal kəndlərinə verir xalq musiqisini tədqiq edirdi. O. burda musiqi yazmağa başladı. Öyrəndiyi bütün çalğı alətləri üçün musiqi yazdı. Əbülhəsən xan Səba İranda çoxsaylı musiqiçilər yetişdirdi. Əbülhəsən xan Səba 1957-ci ildə vəfat edib.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.