Ebduleziz Cerad - Wikipedia
Əbdüləziz Cərad (ərəb. عبد العزيز جراد; 12 fevral 1954, Xenşela) — Əlcəzair Xalq Demokratik Respublikasının sabiq Baş naziri.[1]
Əbdüləziz Cərad | |
---|---|
ərəb. عبد العزيز جراد | |
Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri | |
28 dekabr 2019 – 30 iyun 2021 | |
Əvvəlki | Səbri Bukadum |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 fevral 1954 (70 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, universitet müəllimi[d], politoloq |
Dini | İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəCərad 12 fevral 1954-cü ildə Xenşelada anadan olub. 1976-cı ildə Əlcəzair Siyasi Elmlər və Beynəlxalq Münasibətlər İnstitutunu bitirdikdən sonra Parisdəki Nanter Universitetində təhsilini davam etdirdi və doktorluq dərəcəsini aldı. Əlcəzair Universitetində siyasi elmlər professoru olaraq da çalışmış və bir neçə kitab nəşr etdirmişdir.[2]
1989–1992-ci illərdə Cərad Əlcəzair Milli Hökumət Məktəbinin direktoru idi.
Siyasi fəaliyyəti
redaktə1990-lar
redaktə1996–2000-ci illərdə Əbdüləziz Cərad Əlcəzair Beynəlxalq Əməkdaşlıq Agentliyinin baş direktoru oldu.[3]
Cərad Əli Kafi, Liamin Zerual və Əbdüləziz Buteflikanın rəhbərliyi altında xidmət etmişdir. Lakin, 2003-cü ildə Buteflika dövründə kənarda qaldı və o zamandan bəri keçmiş prezidentin açıq tənqidçisinə çevrildi.
Baş nazir fəaliyyəti
redaktə28 dekabr 2019-cu ildə Prezident Əbdülməcid Təbbun Cəradı Əlcəzairin Baş naziri təyin etdi və dərhal yeni hökumət qurmaq tapşırığını verdi.[4]
29 dekabr 2019-cu ildə Brahim Buzebujeni Nazirlər Kabinetinin direktoru və Məhəmməd Lamin Səudiyyə Mabruku Baş Nazirlik Ofisinin rəhbəri təyin etdi.
Hökumət 2 yanvar 2020-ci ildə təyin edildi.
13 yanvar 2020-ci ildə Prezident Təbbun Əbdüləziz Cəraddan hər cür irqçiliyin, regionalizmin və nifrət nitqinin cinayət məsuliyyətinə cəlb edilməsi barədə qanun layihəsi hazırlamasını istədi. 2020-ci ilin oktyabr ayında Prezident Təbbun COVID-19 üçün pozitiv test verdi və müalicə üçün Almaniyaya uçdu. Bu vaxt Cərad onun vəzifələrini yerinə yetirməyə başladı. 29 dekabr 2020-ci ildə Prezident Təbbun vəzifəsini ondan təhvil aldı.
Cərad 2021-ci il Əlcəzair qanunvericilik seçkilərindən sonra 24 iyun 2021-də istefa etdi. Onun yerinə 2020-ci ilin iyunundan etibarən Maliyyə Naziri kimi çalışmış Aymən Benəbdülrəhman təyin edildi.[5]
Baş nazir fəaliyyətindən sonrakı fəaliyyəti
redaktə5 sentyabr 2021-ci ildə Cərad Prezident Təbbun tərəfindən İsveçə səfir təyin edildi.[6]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2021-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-06.
- ↑ "Arxivlənmiş surət". 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-22.
- ↑ "Arxivlənmiş surət". 2021-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-22.
- ↑ "Arxivlənmiş surət". 2019-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-22.
- ↑ "Arxivlənmiş surət". 2022-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-03.
- ↑ "Arxivlənmiş surət". 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-03.