Ebdul Mahmudov - Wikipedia
Əbdül Mahmudov (15 may 1944, Atbulaq, Qazıməmməd rayonu) — Azərbaycan kinorejissoru, ssenarist və aktyor, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən).[1] Şeyx Əbdül adı ilə də tanınır.
Əbdül Mahmudov | |
---|---|
Abduləhəd Əlisa oğlu Mahmudov | |
Digər adları |
Əbdül Mahmudbəyov Şeyx Əbdül Mahmudbəyov |
Doğum tarixi | 15 may 1944 (80 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | aktyor, kinorejissor, rejissor |
Fəaliyyət illəri | 1957–h.h. |
Təhsili | |
Mükafatları | |
IMDb | ID0538535 |
Həyatı
redaktəƏbdül Mahmudov 15 may 1944-cü ildə indiki Hacıqabul rayonunun Atbulaq kəndində anadan olub. Əslən Şamaxıdandır. Ana tərəfi Haşimi krallığından olduğu üçün, nəsilləri həşimxanlılar adlanırmış. Ata tərəfi isə Ərdəbildən olub. 1961-ci ildə orta məktəbi bitirmişdir.
Kinoya gəlişi uşaqlıq illərində çəkildiyi "Bir məhəllədən iki nəfər" və "Leyli və Məcnun" filmlərilə baş vermişdir. Daha sonra M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Adil İsgəndərovun kursunda aktyorluq ixtisasında (1962–1966), Moskvada isə Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində Andrey Tarkovski, Leonid Trauberq, Vasili Şukşin və G. Daneliya kimi məşhur sənətkarlardan dərs almışdır (1971–1973).
1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi işləyib. Bir ara kinostudiyanın nəzdindəki kinoaktyor teatrının bədii rəhbəri olub.[2]
Əbdül Mahmudovun ulu babası Hacı Şeyx Mürsəl ağa XVII əsrdə Ərdəbildə Şah İsmayıl Xətainin ulu babası olmuş Şeyx Səfiəddin Ərdəbilinin darülfünununda ilahiyyat elmi üzrə təhsil almışdır. Sonradan göndərişlə Şamaxı şəhərinə gəlib.[3]
Təltif və mükafatları
redaktə- "Azərbaycan SSR Dövlət mükafatı" — 26 aprel 1986 ("Atları yəhərləyin" bədii filminin rejissorluğuna görə)
- "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 1 avqust 2008
- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 1 avqust 2018[4]
- Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatı — 2019[5]
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 7 may 2021-ci il[6]
Filmoqrafiya
redaktəAktyor kimi
- Bir məhəllədən iki nəfər (film, 1957)
- Leyli və Məcnun (film, 1961)
- Əhməd haradadır? (film, 1963) (rol: kənd sakini)
- Uşaqlığın son gecəsi (film, 1968) (rol: milis işçisi)
- Şərikli çörək (film, 1969) (rol: bazardakı alıcı)
- O qızı tapın (film, 1970) (rol: mafioz qrupunun üzvü)
- Yeddi oğul istərəm... (film, 1970) (rol: Qasım)
- Axırıncı aşırım (film, 1971) (rol: Bəylər)
- Ən vacib müsahibə (film, 1971) (rol: Fikrət)
- Nəsimi (film, 1973) (rol: dərviş)
- Ömrün ilk saatı (film, 1973) (rol: fotoqraf)
- Çarvadarların izi ilə (film, 1974) (rol: Qərib)
- Qatır Məmməd (film, 1974) (rol: bolşevik)
- Dörd bazar günü (film, 1975)
- Sevinc buxtası (film, 1977) (rol: Əbdül)
- Diplom işi (film, 1979) (rol: qızın qardaşı) (qısametrajlı bədii film)
- Qəribə adam (film, 1979) (rol: Orxan)
- Qorxma, mən səninləyəm (rol: kisəçi)
- Ağlar-güləyən (film, 1988) (qısametrajlı sənədli-bədii film)
- Qətl günü (film, 1990) (rol: Tatar Təmir)
- Əlavə təsir (film, 2010) (rol: Nazim Şeydayev)
- Şəbəkə (film, 2011) (qısametrajlı bədii film) (rol: Gülzarın atası)
- Dmitrov küçəsi 86 (film, 2015) (qısametrajlı bədii film) (rol: polis mayoru)
- Zabit şərəfi (film, 2015) (qısametrajlı bədii film) (rol: polis polkovniki)
- Kəklikotu (film, 2017) (rol: polis rəisi)
Rejissor assistenti kimi
İkinci rejissor kimi
Rejissor kimi
- Qeyri-adi ov (film, 1974) (qısametrajlı bədii film)
- Firəngiz (film, 1975)
- Alıcının sərgüzəşti (film, 1976) (qısametrajlı bədii süjet — Mozalan № 31)
- Əcəmi Naxçıvani (film, 1976) (qısametrajlı sənədli film)
- Ömür-gün sevdası (film, 1976) (qısametrajlı sənədli-bədii film)
- Üzü küləyə (film, 1977)
- Şəhərlərin dostluğu (film, 1978) (qısametrajlı sənədli film)
- Həyatın mənası (film, 1979) (qısametrajlı sənədli film)
- Qanlı zəmi (film, 1985)
- Şəhərli biçinçilər (film, 1986)
- Doğma sahillər (film, 1989)
- Gecə qatarında qətl (film, 1990)
Ssenari müəllifi kimi
- Ömür-gün sevdası (film, 1976) (qısametrajlı sənədli-bədii film)
- Şəhərlərin dostluğu (film, 1978) (qısametrajlı sənədli film)
- Gecə qatarında qətl (film, 1990)
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ İbrahimova S. "Biz sənət adamları təzədən formalaşmalıyıq": [Kinorejissor Şeyx Əbdül Mahmudbəyov ilə söhbət] //Kaspi. — 2008. — 7 avqust. — S. 15–16.
- ↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 276–277.
- ↑ Gəlin, danışaq. Şeyx Əbdül Mahmudbəyov
- ↑ President.Az. "Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.08.2018. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-02.
- ↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. "Kinematoqrafçılar İttifaqı 2019-cu ilin "Milli Kino Mükafatı" sahiblərinin adını açıqlayıb" (az.). Mct.gov.az. 26.07.2019. 2019-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-26.
- ↑ President.Az. "Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
Mənbə
redaktə- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.