Ebdulhuseyn Mirze Fermanferma - Wikipedia
Şahzadə Əbdülhüseyn mirzə Firuz mirzə oğlu Fərmanfərma (d. 1858/1859, Tehran/Təbriz, Qacar imperiyası –1939, Tehran, İran) — Qacar imperiyasında və Qacar sülaləsinin ən təsirli siyasətçilərindən biri. O, 1857-ci ildə Təbriz şəhərində Qacar sülaləsindən şahzadə Firuz Mirzə Nüsrətdövlə Qacarın ailəsində dünyaya gəlmiş və 1939-cu ilin noyabrında 82 yaşında vəfat etmişdir. O, Qacar sülaləsinin məşhur şahzadəsi Abbas Mirzənin 16-cı nəvəsidir. Onun atasının 8 arvaddan 26 oğlu və 13 qızı olmuşdur. Onun həyatı boyunca birinci arvadından olan dörd oğlu vəfat etmişdir.[5]
Əbdülhüseyn mirzə Fərmanfərma | |
---|---|
fars. عبدالحسین میرزا فرمانفرما | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1857[1] |
Doğum yeri | |
Vəfat tarixi | noyabr 1939[2] |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | Firuz Mirzə Qacar[4] |
Uşaqları | |
Dini | şiəlik |
Vikianbarda əlaqəli mediafayllar |
Onun övladlarından biri olan Məhəmmədvəli mirzə Fərmanfərmaian həyatının uzun bir dövrünü Təbrizdə yaşamış, farsca çox pis danışmış və Seyid Cəfər Pişəvəri rəhbərliyində yaradılmış Azərbaycan Milli Hökumətində maliyyə naziri olaraq çalışmışdır.
Həyatının erkən dövrü
redaktəƏbdülhəsən Mirzənin anası Xaccə Hüma Xanım adlı qadın olmuşdur. O, dövrünə görə mükəmməl şəkildə özəl müəllimlərdən təhsil almışdır. O, özəl müəllimlərindən şeiriyyat, riyaziyyat, ərəb dili və din ilə birlikdə, modern elmlər və qərb dilləri üzrə təhsil görmüşdür. 21 yaşına gəldiyi zaman, yəni 1878-ci ildə öz təhsilini Tehrandakı Avstriya Hərbi Akademiyasında davam etdirmiş, buradakı təhsili dövründə hərbçi və strategist kimi fərqlənmişdir.[6][7]
1885-ci ildə atasının vəfat etməsindən sonra atasına məxsus olan Nüsrətəddövlə titiulu ona keçmişdir. 1891-ci ildə Azərbaycan ordusunun komandanı olmuş və "Salar Ləşkər" tituluna layiq görülmüş, 1892-ci ildə böyük qardaşının ölümündən sonra "Fərmanfərma" titulu da ona keçmişdir.[8]
1885-ci ildə o, sonralar şah olacaq Müzəffərəddin Mirzə Qacarın qızı İzzədəddövlə Qacar ilə evlənmişdir. Evlilikdən keçən 20 il ərzində İzzətəddövləyə olan hörmətinə və onun aid olduğu sosial təbəqəyə görə heç bir qadınla evlənməmişdir.[7]
Siyasi fəaliyyəti
redaktəFərmanfərmanın siyası fəaliyyəti 3 hissəyə bölünə bilər. Birinci hissə 1885-ci ildən 1896-cı illərə qədər əhatə edir və başlanğıc mərhələ hesab edilir. Bu mərhələdə o, vəliəhd şahzadə Müzəffərəddin Mirzənin tabeliyində müxtəlif vilayətlərin hakimi vəzifəsini yerinə yetirmişdir. İkinci mərhələ Müzəffərəddin Mirzənin 1896-cı ildə taxta çıxması ilə başlayıb, 1921-ci ilə qədər əhatə edir. O, bu mərhələdə öz karyerasının zirvə dövrünü yaşamış, bir çox parlaq vəzifələrə sahiblənmişdir. 1921-ci ildə baş vermiş Pəhləvi çevrilişindən etibarən 1939-cu ildəki ölümünə qədər uzanan mərhələ Fərmanfərma üçün nisbətən çətin keçmiş və Pəhləvilər tərəfindən təzyiqlərə məruz qalmışdır.[8]
Birinci mərhələ (1885-1896)
redaktəFərmanfərmanın siyasi fəaliyyəti 1885-ci ildə vəliəhd Müzəffərəddin Mirzənin qızı ilə evlənməsi və şahzadənin Təbrizdəki xəzinəsinə rəhbər təyin edilməsi ilə başlamışdır. Həmçinin onun bacısı Həzrət-e Ülya da Müzəffərəddin Mirzənin arvadı idi. O, hərəmdəki əsas qadın olan Həzrət-e Ülya tərəfindən də dəstəklənirdi. Fərmanfərma 1891-ci ildə Azərbaycan ordusunun komandanı təyin edildi. Eyni ildə onun böyük qardaşı Soltan Əbdülhəmid Mirzə Nəsirəddövlə vəfat etdi və Fərmanfərma onun yerinə Kerman valisi vəzifəsini də ələ keçirdi.[6][8]
Kerman valisi olarkən ingilislərlə münasibət qurmağa başlamışdır. Kermandakı ingilis konsulu və sonradan böyük tarixçilərdən biri olacaq Percy M. Sykes onunla bu zaman tanış olmuş, onun Bəluc-Qacar sərhədinin demarkasiyası və bir sıra başqa hüquqi məsələlərin həllində ingilislərə yardım etdiyini qeyd etmişdir. Fərmanfərmanın Kermanı tərk edib Tehrana yollanan yeni şaha qatıldığı zaman ingilis diplomatları mərkəzə göndərdikləri xəbərlərdə onu "İrandakı ən yaxşı iki ingilis dostundan biri" adlandırmışdılar.[8]
İkinci mərhələ (1896-1921)
redaktə1896-cı ildə Müzəffərəddin Mirzənin taxta çıxmasından sonra onu Təbrizdən Tehrana qədər müşayət etmiş, Tehrana daxil olduqdan sonra isə Qacar siyasətində mühüm rol oynamağa başlamışdır. Yeni şah Fərmanfərmanın həm yeznəsi, həm də qayınatası idi. O, qısa müddət ərzində əvvəlki şahın baş vəziri olan və vərəsəliyin problemsiz şəkildə Müzəffərəddinə keçməsində mühüm rol oynayan Mirzə Əli Əsgər xan Əmin əl-Soltanı vəzifədən endirilməsində mühüm rol oynamışdır.[6][8] Buna qədər isə, hökumət Nəsrəddin şahın dövründəki kimi fəaliyyət göstərmişdi. Əmin əl-Soltanın taxta çıxdığı zaman Müzəffərəddini qətiyyətlə dəstəkləməsi şahın ona olan etibarını yüksəltmişdi. Lakin şahın idarəçilik baxımından zəif olması ilə birlikdə, Əmin əl-Soltana qarşı müxalifət çox güclü idi. Bu müxalifətin rəhbəri də Fərmanfərma idi. O, Əmin əl-Soltanın baş nazirliyinə etiraz olaraq Hərb nazirliyi vəzifəsindən imtina etdi və Mohsen xan Müşirəddövlə, Mirzəəli xan Əmin əd-Dövlə, şahın Təbrizdən gəlmiş bəzi ətrafı ilə ittifaqa girdi. Nəticədə onlar qələbə qazandılar və şah taxta problemsiz çıxmasında həlledici rol oynamış Əmin əl-Soltanı 1896-cı ilin noyabrında vəzifəsindən azad edir.[9][a] Vəzifəsini buraxdıqdan sonra belə Fərmanfərma onunla olan düşmənliyini dayandırmış O, bir neçə qatili pulla tutaraq Əmin əl-Soltanı öldürtməyə çalışmış, lakin Kosogovskinin onu qorumaq üçün ayırdığı 20 kazak buna əngəl olmuşdur.[9]
Əmin əl-Soltanın endirilməsi o dövrdə Qacar səltənətində böyük gücə malik olan və bir-biri ilə gərgin mübarizə içərisində olan Rusiya və İngiltərə imperiyalarında fərqli qarşılanmışdı. Rus səfiri Bützov bunu narahatlıqla qarşılayarkən, ingilis səfiri Durand buna sevinirdi. O, Londona göndərdiyi hesabatında yeni hərb naziri Fərmanfərma ilə daxili işlər naziri Müxbir əd-Dövləni özlərinin İrandakı ən yaxşı dostları adlandırır və onların inzibati idarəetmə bacarığına sahib olduqlarını bildirirdi.[9] Fərmanfərma qısa müddət sonra özünün ingilislərə yaxın olduğunu əməli addımlarla göstərməyə başladı. O, ölkədəki əsas rus təsir vasitələrindən biri olan Kazak Alayının maliyyələşdirilməsini dayandırdı, 150 nəfər kazakı Xorasanda yayılmış epidemiyaya nəzarət etməyə göndərdi və bununla da, paytaxtda cəmi 200-250 nəfər döyüşçüsü qalan alayın real gücünü xeyli aşağı saldı. O, bu addımları ilə alayın komandanı Kosogovskinin nifəritini qazandı.[9]
Əmin əl-Soltanın endirilməsindən sonra o, ordunun baş komandanı, hərbi nazir təyin edildi. O, tez bir zamanda hökuməti özünün təyin etdiyi baş nazir kimi ələ keçirdi və taxtın arxasında real güc kimi ortaya çıxdı. Bu dövr barədə deyilir ki, "o, əsl suveren kimi davranı"rmış. Yeni şahın hakimiyyətinin ilkin illərində o, milli səfərbərlik barədə ilk qanunu hazırlamış və imperiyada hərbi akademiyanın qurulması üçün çalışmışdır.[8]
Fərmanfərmaya qarşı olanlardan biri də Müzəffərəddin şahın üçüncü oğlu Salarəddövlə idi. O, Fərmanfərma bir dəfə mübahisə yarandıqdan sonra bütün sarayın qarşısında qışqırmağa başlamışdı:
Bu pedar-suxtə, bu it Fərmanfərma mənim axmaq atamın Hərb nazirliyi də daxil olmaqla, hər şeyini oğurlamışdır. Mən - Salarəddövlə o yaramaz, üfunət qoxuyan Fərmanfarma yox, hərb naziri olmalıyam.[10]
Bəzən belə hücumların qurbanı olan Fərmanfərma Tehranda olan İran Kazak Briqadasının o dövrki komandanı Kosoqovski tərəfindən "yezuit" adlandırılmışdı. Qəflətən Müzəffərəddin şahın antikorrupsiya əməliyyatları keçirməyə başlamasından sonra bütün əyalətlərdə apardığı talama siyasəti ilə məşhur olan Fərmanfərma özünü düzgün siyasətçi kimi təqdim etməyə başlamışdı. Kosogovski bunu qeyd edərkən, özünün "mümkün olan hər yerdə ələ keçirmək fürsətini heç vaxt boş buraxmadığını", "şahın özünün də iki-üç min tümənə sakitcə batalyonları bir komandirdən digərinə satdığını" yazır.[10] Təəccüblü deyil ki, Fərmanfarmanın hakimiyyəti ələ keçirməsi saray daxilində çoxlarının narazılığına səbəb oldu. 1897-ci ilin martında Mirzə Əli xan Əmin əl-Dövlə baş nazirliyə gətirildi və o, şahın gözündən Fərmanfərmanı salıb Fars əyalətinə hakim göndərilməsinə razı saldı.[8]
1897-ci ilin yayında daxili məsələlər gərginləşməyə başlamışdı. Ölkənin bir çox yerlərində qarışıqlıq hökm sürürdü. Şahınn səhhəti də pis idi və onun yaxında öləcəyi ilə bağlı şayiələr gəzirdi. Şayiələrdən biri də o idi ki, Fərmanfərma şahı özünə vəliəhd kimi Məhəmmədəli Mirzəni yox, Nəsrəddin Mirzəni göstərməsini təklif etmişdi. nəsrəddin Mirzə Fərmanfərmanın bacısından olan şahzadə idi və belə bir addımla Fərmanfərma Müzəffərəddindən sonra da naib kimi öz gücünü qorumağa çalışırdı. Lakin oğlu Məhəmmədəli Mirzəyə düşgün olan şah bu təklifi rədd etmiş və Fərmanfərma da istefa verməyə məcbur olmuşdur.[11]
Qacar sarayındakı ingilis səfiri Çarlz Hardinq Böyük Britaniya XİN Lord Salisburyə bu barədə bunları yazmışdı:[11]
Fərmanfərmanın istefasının başqa səbəbləri ilə bağlı olan iddialara ordunun maaşının verilməməsi, əsgərlərin maaşlarının komandirləri tərəfindən oğurlanmasına laqeyd yanaşması, digər nazirlərin təyinatlarına müdaxilə etməsi və yüksək miqdarda rüşvət alması daxildir. 9 aylıq nazirliyi dövründə onun £100,000 rüşvət aldığı, eyni miqdarda da əsgərlərin maaşından pul oğurladığı deyilir...Sədr Əzəmin süqutundan və Fərmanfərmanın vəzifəyə keçməsindən artıq doqquz ay keçdi və o, ilk vaxtlarda şahla yaxın münasibəti sayəsində ən müstəsna mövqeyə malik olsa da, öz mövqeyini və perspektivlərini intriqa və qazanc üçün doyumsuz iştahı ilə birləşən bacarıq və idarəetmə qabiliyyətinin olmaması ilə məhv etməyə müvəffəq oldu.
Fərmanfərmanın istefası hökumət daxilində dərin böhranın işarəsi hesab edilir. Hökumətin xərcləri getdikcə artdığı bir zamanda, onun ehtiyyatları tükənməkdə idi və dövlət iflas həddinə çatmışdı. Nə ordunun, nə də bürokratiyanın aylar idi ki, maaşları ödənmirdi. Şahın özünün nüfuzu sürətlə enməkdə idi. Şah Fərmanfərmanı paytaxtdan uzaqlaşdırmaq üçün onu Mazandarana hakim təyin etsə də, o, bunu rədd etdi. Sona ingilis səfiri Hardinqin qeydlərinə görə hakimin olmadığı, yollarda anarxiyanın hökm sürdüyü Fars əyalətinə hakim getməyi qəbul etdi.[12] Mirzə Əli Əsgər xan Əmin əl-Soltanın 1898-ci ilin iyulunda yenidən baş nazir təyin edilməsindən sonra Fərmanfərma Tehrana çağırıldı və sürgünə göndərildi. Bu onun düşmənləri üçün böyük qələbə hesab edilirdi. O, Misirə, oradan da Osmanlı Mesopotamiyasındakı Bağdad şəhərinə yollandı. Onun şahzadə arvadı İzzətəddövlə Qacar könüllü şəkildə onunla getdi və dörd il orada yaşadılar. Bundan sonra Fərmanfərma nəhayət saray həyatına geri dönüşünü təmin edə bildi. Bu hadisə 1903-cü ildə Əmin əl-Soltanən vəzifədən götürülməsindən sonra baş verdi. Geri qayıdan Fərmanfərma Kermanşahın hakimi təyin edildi.[8] Kermanşah hakimi olarkən ingilisləri Berlin-Bağdad yolunun buradan keçən qolunun salınması üçün təşviq etmişdir. Bu addım ingilis səfiri tərəfindən belə dəyərləndirilmişdi:[13]
Yuxarıda qeyd olunan hallara uyğun olaraq, Fərmanfarmanın özünü qıcıqlandırmaq cəhdlərinə baxmayaraq, tikintisinin qarşısını almağa çalışdığımız Xanəkin-Kərmanşah-Həmədan yolunun tikintisi üçün ona güzəştə getməyi özümüz üçün rədd etdik. Tehranda, çünki belə bir yol yalnız Almaniyanın daxili İran bazarına daxil olmasını asanlaşdıracaq.
Məşrutə inqilabı zamanı Fərmanfərma bir çox digər torpaq sahibi aristokratiya nümayəndələri kimi məşrutəçilərin monarxistlərə qarşı olan tələblərini mülayimləşdirməyə çalışdı. Manevrləri sayəsində yeni konstitusiyalı hökumətdə ədliyyə naziri vəzifəsini tutdu. Elə həmin il Azərbaycan valisi təyin edildi və bu zaman yüsək cəsarət göstərərək kürd üsyançılara, Azərbaycana soxulan Osmanlı qüvvələrinə qarşı fəaliyyət göstərdi. 1909-cu ildə Fərmanfərma Məhəmmədəli şahın məclisi bombardman edib dağıtmasından sonra daxili işlər naziri və yenidən ədliyyə naziri təyin edildi. O, ədliyyə naziri kimi Qacar hüquq sisteminə qərb tərzi dünyəvi məhkəmə sistemini ilk dəfə gətirmişdir.[6][8]
Rusiya ilə kredit istəyi və kredit tələbi üçün edilən ağır şərtlərdən sonra inqilabı gedişat zamanı qurulan Sepehdar hökuməti istefa etdi. Lakin rusların gözləntilərinin əksinə olaraq, qurulan yeni hökumət daha radikal şəkildə anti-rusiya mahiyyətə sahib idi. 1909-cu ildə qurulan yeni hökumətdə Fərmanfərma daxili işlər naziri oldu. Tehrandakı ingilis diplomatı olan Çarlz Marlinq XİN rəhbərinə yazdığı məlktubda bunu belə qiymətləndirmişdi:[14]
Fərmanfərma kimi tiranlıq və qəsb yolu ilə hökumətin belə bir bədnam eksponentinin xidmətlərinə cəlb edilmək özlüyündə uğursuzluğun etirafıdır.
1912-ci ildə o, milli məclis tərəfindən ordunun baş komandanı təyin edilərək Kürdüstandakı və Kermanşahdakı monarxist qüvvələri mərkəzi hakimiyyətə tabe etməyə göndərildi. Bu ekspedisiya zamanı, gələcək İran şahı Rza Mirpənc Fərmanfərmanın əmri altında döyüşmüşdür. Fərmandərma Tehrana döndükdən sonra ikinci dəfə daxili işlər naziri oldu.[6][8]
Əhməd şah Qacarın şahlığı dövründə də Fərmanfərma yüksək imtiyazlara sahib olmaqla birlikdə, bir neçə mühüm vəzifələri də icra etmişdi. İkinci Milli Məclisə 1909-cu ildə Erakdan millət vəkili seçilən Fərmanfərma mühafizəkar Etadiliyun partiyasına qatılmış, bir neçə kabinetlərdə nazir postlarını yerinə yetirmişdir.[b] 1912-ci ildə Milli Məclis Fərmafərmanı ordunun komandanı təyin edərək Əbülfəth Mirzə Salarəldövlənin üsyanını yatırmağa göndərdi. Salarəddövlə Müzəffərəddin Mirzənin üçüncü oğlu idi və taxt-taca iddialı idi. Kürdüstan və Kermanşahda ordu toplayan Salarəddövlətə qarşı göndərilmiş orduya komandanlıq edən Fərmanfərmanın tabeliyində Yeprem xan və Rza xan da var idi. Bu yürüş zamanı ilk əvvəllər müəyyən problemlər yaşansa da, sonda Fərmanfərma qələbə qazana bildi.[8]
Birincu Dünya müharibəsinin böyük bir hissəsində Fərmanfərma Böyük Britaniya tərəfində olmuş, öz fəaliyyəti üçün yüksək miqdarda pullar və yardım əldə etmişdir. Fərmanfərma britaniyalıların təzyiqləri nəticəsində 1915-ci ildə yaradılmış Əynəldövlə və Mustavfiəlmülk kabinetlərində daxili işlər naziri, 1916-cı ildə qısamüddətli baş nazir olmuş, lakin 3 ay sonra istefa etməyə məcbur qalmışdır. Özünün qısamüddətli baş nazirliyi zamanı ilk dəfə səhiyyə nazirliyini yaratmışdır. O, bu işi davam etdirərək 1920-ci ildə ilk dəfə İranda Pasteur İnistitutunu yaratmış və bu inistitutunun ilk aktı kimi ölkədə çiçək xəstəliyinə qarşı peyvənd tədbiq edilmişdir.[8]
O, 1916-cı ildə şah tərəfindən yenidən Fars əyalətinin hakimi təyin edildi. Bunun səbəbi Fars əyalətində olan xaosun ingilisləri hərəkətə keçirməsi idi. Onların təzyiqi nəticəsində çəkingən şah onu yenidən Fars əyalətinin hakimi təyin etmişdi. Vilayətdə nizam-intizamı bərpa edən Fərmanfərma öz köhnə dostu Pykeslə münasibətlərini davam etdirmiş, ingilislərə uyğun siyasət yeridmiş və mərkəzi Şirazda olan Cənubi İran Tüfəngləri birliyini təşkil etmişdir.[8]
Fərmanfərmanın bu hakimliyi dövründə əyalətdə İspan qripi yayılmış və aclıq baş alıb getmişdi. O, bu iki problemlə də uöurlu bir şəkildə mübarizə aparmış və İranda ilk dəfə kənd təsərrüfatı korperativini yaratmışdır. O, burada dörd il hakimlik etdikdən sonra özünün bacısının oğlu Dr. Məhəmməd Müsəddiq tərəfindən əvəz edilmişdir.
Fərmanfərmanın onların tərəfində olmasını təmin edə bilmək üçün ingilislər ona müxtəlif zamanlarda pullar ödəmişdirlər. İlk ödəniş həmin dövrdə yüksək məğləğ hesab ediləcək qədər - 15 min pound olmaqla, Londondakı şəxsi hesabına köçürülmüşdür. Bu pul 1915-ci ildə onun taxıl anbarlarının talan edilməsinə görə verilmişdir. O, həm də ruslardan müəyyən səbəblər üçün ödənişlər alırdı. Şirazdakı dörd illik hakimliyi zamanı ingilislər pis vəziyyətdə olan əyalətin inzibati idarə etməsinin davam etdirilməsi üçün ona aylıq 40 min tümən pul verirdilər. Bu pulla inzibati sistem saxlanılırdı, 10 min tümən isə birbaşa onun şəxsinə verilməkdə idi. Eyni zamanda, bu dövrdə, yəni Birinci Dünya müharibəsi zamanı o, ingilislərdən iki medal da almışdı. O, 1916-cı ildə Müqəddəs Maykl və Müqəddəs Corc Ordeni ilə təltif edilmişdir.[8]
Müharibədən sonra onun ingilsilərlə, heç olmasa onların bir hissəsi ilə münasibətləri pozuldu. Xüsusən Tehrandakı ingilis səfirliyinin işçisi olan Herman Normanla Fərmanfərma arasında düşmənlik var idi. 1920-ci ildə o, Fars hakimliyi vəzifəsindən istefa etdi və onu bu vəzifədə bacısının oğlu Məhəmməd Müsəddiq əvəz etdi.[8]
Üçüncü mərhələ (1921-1939)
redaktə1921-ci ildə effektiv bir şəkildə Seyid Ziyaəddin Təbatəbai tərəfindən təşkil edilən çevriliş nəticəsində Qacar sülaləsinin faktiki hakimiyyətinə son qoyuldu və Rza xan hakimiyyətə gəldi.[16] Fərmandərma və iki oğlu - ö dövrdə XİN rəhbəri olan Nüsrətəddövlə və Abbas Mirzə Salar-Ləşkər - həbs edildi. Nüsrətdövlə son Qacar şahı Əhməd şah Qacarın sürgünə getməsindən sonra taxta çıxmaq üçün ən real namizəd idi. Çevrilişdən sonra hakimiyyətə gələn yeni güc onları öz qüvvələrini konsolidasiya edənə qədər Qəsr-e Qacarda həbsdə saxladı. Fərmanfərma özünün və oğullarının təhlükəsiz bir formada sərbəst buraxılması üçün yüksək bir məbləğdə pul ödəməyə məcbur oldu. Seyid Ziyanı dəstəkləyən ingilislərlə Fərmanfərmanın münasibətləri xeyli gərginləşmişdi. Tehran qəzetində yayımlanan və Seyid Ziyanı ingilis agenti adlandıran manifesti imzalayanlardan biri də Fərmanfərma idi. Bundan sonra, Tehrandakı ingilis səfirliyi müharibə zamanı Fərmanfərmanın qorunacağı barədə verilmiş sənədin ləğv edilməsini belə təklif etmişdi. Daha sonra Fərmanfərma onlarla münasibətləri normallaşdırmaq üçün müəyyən cəhdlər etsə də, bunlar nəticə verməmişdi.[8][17]
Azadlığa çıxdıqdan sonra Fərmanfərma Rza xana qarşı bir neçə müsbət addımlar atdı. O, Rza xanın hakimiyyətə keçidi mərhələsindəki bir neçə həssas anda ona kömək etdi. Rza xanın 1924-cü ildəki respublika qurulmasına çalışdığı qısamüddətli mərhələdə, 1925-ci ildə şah elan edildiyi zamanda Fərmanfərma əsas dəstəkçisi oldu. Rza xan buna qədər onun komandanlığı altında mexaniki silah bölüyündə xidmət etmiş və "Maksim Rza" ləqəbini almışdı. Güman edilir ki, bir zamnalar onun komandanlığı altında xidmət etdiyinə görə narahat olan və onun sərvətini ələ keçirmək istəyən Rza xan bu addımları dəyərləndirmədi, hətta Fərmanfərmanın bi rneçə mülkünü 1929-cu ildə müsadirə etdi. Müsadirə edilnə mülklərin birinci Tehranda Saray küçəsində yerləşən Fərmanfərmaların evi və bağı oldu. Ailəyə mülkü boşaltmaq üçün 24 saat vaxt verildi və bu vaxt bitdikdən sonra ev Rza xanın əsas yaşadığı yerə çevrildi. 1937-ci ildə Fərmanfərmanın oğlu Nüsrətəddövlə həbs edildi və sonda öldürüldü. Oğlunun öldürülməsi Fərmanfərma üçün ağır zərbə oldu və o, bundan aldığı zərbəni heç bir zaman dəf edə bilmədi. Fərmanfərma siyasətdən uzaqlaşdı və həyatını öz mülklərini idarə etməyə, sağ qalanlar övladlarının təhsili ilə məşğul olmağa həsr etdi. Eyni zamanda o, öz var-dövlətinin xeyli hissəsini xeyriyyə işlərinə həsr etmişdi.[8][18][19][20]
Fərmandərma 1939-cu ilin noyabrında vəfat etdi və Şah Əbdüləzim türbəsində dəfn edildi. O, 8 arvaddan dünyaya gəlmiş 26 oğlu və 13 qızı var idi. Onun qızlarından biri sonralar İranın xarici işlər naziri olmuş Möhsün Rəis ilə evlənmişdi."محسن رئیس". rasekhoon.net. 23 fevral 2023. İstifadə tarixi: 23 avqust.
Adı və titulu
redaktəOnun tam adı Həzrət Ağdas Vala Şahzadə Əbdül Hüseyn Mirzə Fərman Fərmadır. Pəhləvi dövründə soyad götürmək məcburi olduğu zaman o, Fərmanfərma titulunu özünə soyad olaraq götürdü. Sözün hərfi mənası "əmr verən", təxmini mənası isə "general-qubernator"dur.[21]
"Fərmanfərma" titulu əslində Şahzadə Əbdülhüseyn Mirzədən qaynaqlanmamaqdadır. Bu titulu ilk dəfə onun böyük əmisi şahzadə Hüseyn Əli Mirzə Fərmanfərma daşımışdır. O, Fətəli şah Qacarın oğlu idi. Şahzadə Əbdülhüseynin atası Şahzadə Firuz Mirzə Nüsrətəddövlə qardaşı Şahzadə Məhəmməd Mirzəni (sonralar Məhəmməd şah Qacar) taxta çıxarmaq üçün öz əmisi Şahzadə Hüseyn Əli Mirzə Fərmanfərma ilə döyüşçüş və qələbə qazanmışdır. 40 il sonra Məhəmməd şahın oğlu Nəsrəddin şah atasının taxta çıxmasında göstərdiyi yardıma görə öz əmisi Firuz Mirzəyə "Fərmanfərma" titulunu hədiyyə etmişdir. Bundan sonra yenı Nəsrəddin şahın hakimiyyəti dövründə bu titul Firuz Mirzənin oğlu Əbdülhüseyn Mirzəyə keçmişdir. Bu soyadı daşıyan yeganə şəxs Əbdülhüseyn Mirzə olmuşdur, ondan başqaları isə Fərman Fərmaian soyadını daşımışdırlar və bunun mənası "Fərman Fərmaya [ailəsinə] məxsus olanlar" deməkdir. Əbdülhüseynin böyük oğlu III Firuz Mirzə Nüsrətəddövlə öz ailəsi üçün Firuz soyadını seçdi və onun soyundan gələnlər bu soyadı daşımaqdadır.[21]
Tutduğu vəzifələr
redaktə- Jandarma komandanı (1884)
- Azərbaycan ordusunun komandanı (1890)
- Tehran hakimi (1896)
- Kerman hakimi (1892–1893, 1894–1896)
- Kürdüstan hakini (1894)
- Fars hakimi (1897–1898, 1916-1921)
- Kermanşah hakimi (1903)
- Azərbaycan hakimi (1907)
- İsfahan hakimi Governor of Isfahan (1908-ci ildə vəzifəyəb təqdim edilmiş, lakin qəbul etməmişdir.)[22]
- Ədliyyə naziri (1907, 1909)
- Hərb naziri (1896–1897)
- Daxili işlər naziri (1910, 1915)
- Baş nazir (1915-1916)
Övladları
redaktəFərmanfərma övladlarının çoxluğuna görə digərlərindən fərqlənməkdədir. Onun 12 qız və 24 oğlan olmaqla 36 övladı olmuş, onlardan 32-i yetkinlik yaşına çata bilmişdir.[23] Öz dövrünün siyasi mühitindən, ənənələrindən və kraliyyət ailəsinin digər nümandələrindən fərqli olaraq o, öz övladlarına ənənəvi təhsil ilə yanaşı, qərb təhsili də verməyə çalışmışdır. O, öz qızlarına da oğlanları ilə bərabər şəkildə davranmış və təhsil vermişdir. Onun qızları Rza şah Pəhləvinin çadranı qadağan etməsindən sonra qərb geyim tərzində ictimaiyyət arasına çıxan ilk qadınlar arasındadırlar. O, övladlarının qlobal əlaqələri inkişaf etdirmək və təhsillərini davam etdirmək üçün hər birinin müxtəlif ölkələrə göndərilməsinə diqqət yetirirdi. O, onların həyatları boyu bu məqsədə doğru xüsusilə çox çalışmalarını təmin etdi. Nəticədə onun oğul və qızlarının böyük əksəriyyəti birinci dərəcəli təhsil aldıqdan sonra əsrin əvvəlindən 1979-cu il İslam İnqilabına qədər İran hökumətində yüksək və əsas vəzifələrdə işləməyə davam etdilər.[8][24][25][26]
- Müzəffərəddin şah Qacarın qızı İzzətəddövlə Qacardan olan övladları (1872–1955)
- III Firuz mirzə Nüsrətəddövlə (1889–1937) - İranın xarici işlər və maliyyə naziri, Rza şahdan tərəfindən öldürülmüşdür.[29]
- Abbas mirzə Fərmanfərmaian (1890–1935) - İranın ədliyyə naziri, müxtəlif vilayətlərin hakimi və bir neçə çağırış milli məclisin deputatı.[30]
- Məhəmmədvəli mirzə Fərmanfərmaian (1891–1988) - Azərbaycan Milli Hökumətində maliyyə naziri kimi çalış, milli məclisə dəfələrlə deputat olaraq seçilmişdir.[31]
- Məhəmmədhüseyn mirzə Firuz Fərmanfərmaian (1894–1984) - İran ordusunun generalı, yollar və telekommunikasiya naziri.[30]
- Nizaməddin Fərmanfərmaian (1899–1920)
- Məhəmməd Cəfər Fərmanfərmaian (1901–1920)
- Mah Bəyim Xanımdan olan övladları (1892–1915)
- Budaq Fərmanfərmaian (1909–2002)
- Məsumə Xanım Tafreşidən olan övlarları (1899–1978)
- Sabar Fərmanfərmaian (1912–2006) - atasının qurduğu Pasteur İnistitutunun və səhiyyə nazirliyinin rəhbəri, eyni zamanda da Dr. Məhəmməd Müsəddiqin yaxın tərəfdaşı olmuşdur. Doktor və araşdırmaçı idi.[32]
- Cabbarə Fərmanfərmaian (1916–2009)
- Səttarə Fərmanfərmaiyan (1921–2012) - yazıçı və İranda sosial işin əsasını qoyan şəxs.[33][34]
- Faruq Fərmanfərmaian (1925–2014)
- Ayişə Fərmanfərmaian (d. 1928)
- Qafar Fərmanfərmaian (d. 1930)
- Sürəyya Fərmanfərmaian (1931–2003)
- Harunəlrəşid Fərmanfərmaian (d. 1933)
- Xurşud Fərmanfərmaian (d. 1937)
- Batul Xanım Axşamidən olan övladları (1896–1975)
- Məryəm Fərmanfərmaiyan (1913–2008) - siyasətçi. O, Tudə partiyasının qadın bölməsinin yaradıcısı olmuşdur.[35][36]
- Mehrmah Fərmanfərmaian (1915–2013)
- Mənüçöhr Fərmanfərmaian (1916–2003) - neft mühəndisi, OPEC-in qurucularından biri, İranın əsas neft şirkətinin satış bölməsinin rəhbəri və İranın Venesueladakı səfiri olmuşdur.[37][31]
- Əbdüləziz Fərmanfərmaiyan (1921–2013) - Tehran Universitetinin professoru, İranda müasir mühəndislik qurucularından biri olmuşdur.[38]
- Əbdülbəşər Fərmanfərmaian (1922–1991)
- Leyla Fərmanfərmaian (1925–2011)
- Haidə Fərmanfərmaian (1927–2011)
- Kuruş Fərmanfərmaian (b. 1929)
- Əbdüləli Fərmanfərmaian (1935–1970) - Oksford Universitetində təhsil almış və neft mühəndisi olmuşdur. Bir zamankar İranın neft kimyası üzrə ən böyük özəl şirkəti olan Pars Oil-i qurmuş və qardaşı Kuruş ilə birlikdə idarə etmişdir.[39]
- Fatimə Xanım Əlinağı Şirazidən olan övladları (1900–1984)
- Məhsəmə Fərmanfərmaian (1918-?)
- Cəmşid Fərmanfərmaian (1919–2006)
- Kavə Fərmanfərmaian (1920–2004)
- Əli Nağı Fərmanfərmaian (b. 1923)
- Alidə Fərmanfərmaian (1924–2010)
- Bilqis Xanım Fərmanfərmaian (1926–1927)
- Hafiz Fərmanfərmaian (d. 1927)
- Xanım Axtarzaman Hormozian (1906–1979)
- Kərimdad Fərmanfərmaian (d. 1923)
- Həmdəm Xanım Talaidən olan övladları (1913–1969)
- Xudadad mirzə Fərmanfərmaiyan (1928–2015) - İran Mərkəzi Bankının başçısı və 1960-cı illərdəki İran iqtisadi yüksəlişinin əsas memarlarından biri.[40]
- Allahverdi Fərmanfərmaian (1929–2016) - biologiya sahəsində tanınmış professor. Bir çox qabaqcıl universitetlərdə professor olaraq çalışmışdır.
- Tarıverdi Fərmanfərmaian (1931–1969)[41]
- Batul Xanım Çizar Dustdan olan övladları (1909–1997)
- Rudabə Fərmanfərmaian (d. 1937)
Qalereya
redaktə-
Əbdülhüseyn mirzə Fərmanfərma baş nazir olarkən
-
Əbdülhüseyn mirzə Fərmanfərma gəncliyində
-
Əbdülhüseyn mirzə Fərmanfərma övladları ilə
Qeydlər
redaktə- ↑ İrandakı kazakların komandanı Polkovnik Kosogovski öz xatirələrində Əmin əl-Soltanın vəzifəsindən azad edilməsində Fərmanfərmadan çox, onun öz qardaşı Əmin əl-Mülkün mühüm rol oynadığını yazır. Belə ki, Əmin əl-Mülk öz evində tez-tez yığıncaqlar təşkil edir, içir, qadınlarla və "mütrüflər"lə əylənirdi. Belə məclislərin birində qonaqlardan biri "Bacı Müzəffər" sözləri ilə mahnı oxumuşdur. Şeyx Mürtəza Əmin əd-Divan bunu şaha çatdırmış və bununla da, Əmin əl-Soltan şahın gözündən düşmüşdür.[9]
- ↑ Bir müddət də, Mötədil Sosialist Partiyasının üzvü olmuşdur.[15]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Shahzdeh’s Tree, A family Genealogy of Abdol Hossein Mirza Farman Farma. Mitra Farman Farmaian Jordan, 1997, Universal Printing, Seattle. Page 42..
- ↑ 1 2 Shahzdeh’s Tree, A family Genealogy of Abdol Hossein Mirza Farman Farma.Mitra Farman Farmaian Jordan, 1997, Universal Printing, Seattle. Page 58..
- ↑ bioqrafiya.
- ↑ 1 2 Shahzdeh’s Tree, A family Genealogy of Abdol Hossein Mirza Farman Farma.Mitra Farman Farmaian Jordan, 1997, Universal Printing, Seattle. Page 42..
- ↑ Farman Farmaian, 1997. səh. 42-58; 66-67
- ↑ 1 2 3 4 5 Churchill, 1909. səh. 23
- ↑ 1 2 Ettehadieh, 2012. səh. 14
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 Cyrus Mir və EIr, 1999
- ↑ 1 2 3 4 5 Kazemzadeh, 1968. səh. 303
- ↑ 1 2 Kazemzadeh, 1968. səh. 189
- ↑ 1 2 Kazemzadeh, 1968. səh. 306
- ↑ Kazemzadeh, 1968. səh. 306-307
- ↑ Kazemzadeh, 1968. səh. 468
- ↑ Kazemzadeh, 1968. səh. 573
- ↑ Abrahamian, 1982. səh. 105
- ↑ Katouzian, 2006. səh. 242-267
- ↑ Ghani, 1998. səh. 265-266
- ↑ Ghani, 1998. səh. 357
- ↑ Farman Farmaian, 1997. səh. 47, 94, 96-97, 113-16
- ↑ Ettehadieh, 2012. səh. 120-121
- ↑ 1 2 Ettehadieh, 2012. səh. 1
- ↑ Farman Farmaian, 1997. səh. 52
- ↑ Cyrus Mir və Eir, 1999
- ↑ Farman Farmaian, 1997. səh. 38, 40
- ↑ Sattareh Farman Farmaian, 1992. səh. 6, 54, 55, 95
- ↑ "Abdol-Hossein Farmanfarma". www.ancestry.com. 2010. 2023-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2023.
- ↑ Farman Farmaian Jordan, 1997
- ↑ "Abdol-Hossein Farman Farma Farmaian". geneagraphie.com. 2011. İstifadə tarixi: 24 avqust 2023.
- ↑ Ansari, 1998. səh. 60
- ↑ 1 2 Çingizoğlu, 2008
- ↑ 1 2 Farman Farmaian, 1997
- ↑ Shahbazi və Mostafavi, 2018. səh. 1–3
- ↑ Kowsari, Mahtab. "ستّاره فرمانفرماییان درگذشت | صدای آمریکا فارسی" [Sattareh "Star" Farmanfarmayian died]. ir.voanews.com (fars). 2021-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-09.
- ↑ "Sattareh Farman Farmaian". Council on Social Work Education (CSWE). 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-09.
- ↑ "Maryam Firouz". www.theguardian.com. 2008. 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust.
- ↑ Behrooz, 2000. səh. 129
- ↑ Pamela Vail Lawson. "The Story of the Iranians in Oakland Cemetery"". sagharboronline.com. 11 dekabr 2010. 2 fevral 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2023.
- ↑ "Farmanfarmaian: oral history of Iran's contemporary architecture". www.ibna.ir. 2013. 2023-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2023.
- ↑ "Farmānfarmāʼiyān, ʻAbd al-ʻAlī, 1935-1973". id.loc.gov. 21973. 2023-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2023.
- ↑ "Khodadad Farmanfarmaian". www.thetimes.co.uk. 5 fevral 2016. 2023-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2023.
- ↑ Sattareh Farman Farmaian, 1992
Mənbə
redaktə- Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: Şuşa. 2008. 334.
- Sattareh Farman Farmaian və Dona Munker. Daughter of Persia. New York: Crown Publishers, Inc. 1992.
- Manucher Mirza Farman Farmaian. Blood and Oil: Memoirs of a Persian Prince. New York: Random House. 1997.
- Maziar Behrooz. Rebels with a Cause. Bloomsbury Academic. 2000.
- Shahbazi, Narges; Mostafavi, Ehsan. Dr. Sabar Mirza Farman Farmaian; Benefactor and Former Director of Pasteur Institute of Iran. Iranian Biomedical Journal. 22 (1). 2018.
- Mitra Farman Farmaian Jordan. Shahzdeh's Tree, A Family Genealogy of Abdol Hossein Mirza Farman Farma. Washington: Universal Printing. 1997.
- Ali Massoud Ansari. Shah Mohammad Reza Pahlavi & the Myth of Imperial Authority (PhD thesis). London: SOAS, University of London. 1998.
- Homa Katouzian. State and Society in Iran: The Eclipse of the Qajars and the Emergence of the Pahlavis. London: Tauris. 2006. ISBN 1845112725.
- Cyrus Ghani; Sīrūs Ghanī. Iran and the Rise of the Reza Shah: From Qajar Collapse to Pahlavi Power. I.B.Tauris. 1998. ISBN 978-1-86064-629-4.
- G. P. Churchill. Biographical Notices of Persian Statesmen and Notables. MS Kew, U.K.: Public Record Office. 1909.
- Cyrus Mir and EIr. FARMĀNFARMĀ, ʿABD-AL-ḤOSAYN MĪRZĀ. Encyclopædia Iranica. 1999.
- Ervand Abrahamian. Iran Between Two Revolutions. Princeton University Press. 1982. ISBN 0-691-10134-5.
- Mansoureh Ettehadieh. The Lion of Persia. Cambridge Massachusetts: Tŷ Aur Press. 2012. 252. ISBN 0982348614.
- Firuz Kazemzadeh. Russia and Britain in Persia, 1864-1914: A Study in Imperialism. Yale Russian and East European studies: Yale University Press. 1968.