Ebdulhemid Ebu Suleyman - Wikipedia
Əbdülhəmid Əbu Süleyman (1936[1], Məkkə – 18 avqust 2021[2]) — tanınmış müsəlman alimi, mütəfəkkiri, islahatçısı, ictimai xadimi, çoxlu sayda elmi əsərlərin müəllifi.
Əbdülhəmid Əbu Süleyman | |
---|---|
عبد الحميد أبو سليمان | |
Doğum tarixi | 1936[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 18 avqust 2021[2] |
Elm sahələri | İslam, Fəlsəfə, Dinşünaslıq |
Alma-mater | Qahirə universiteti, Pensilvaniya universiteti |
Təhsili |
|
Tanınır | Alim, ictimai xadim, yazıçı |
Təhsili
redaktəOrta məktəbi vətənində bitirmiş, Qahirə universitetindən 1959-cu ildə iqtisadi münasibətlər (bakalavr), 1963-cü ildə politologiya (magistr) ixtisasları üzrə məzun olmuşdur.
Fəaliyyəti
redaktə1973-cü ildə ABŞ-nin Pensilvaniya universitetində "Beynəlxalq münasibətlər" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. Səudiyyə Ərəbistanında Strateji Planlaşdırma üzrə Dövlətkatibi (1963–1964), Müsəlman Sosioloqlar Assosiasiyasının (AMSS) (1972), Dünya Müsəlman Gənclər Assambleyasının (WAMY) Baş katibi (1973–1979), Kral Səud Universitetinin Siyasi elmlər bölməsinin rəhbəri (1983–1984) vəzifəsində çalışmışdır. 1988–1998-ci illərdə Malayziya Beynəlxalq İslam Universitetinin rektoru olmuşdur.
Əbdülhəmid Əbu Süleyman bir çox beynəlxalq elmi konfrans və seminarların təşkilində iştirak etmişdir. Hal-hazırda Beynəlxalq İslam Fikri İnstitutunun prezidentidir.
Müsəlman cəmiyyətlərində islahatçılıq məsələlərinə dair çoxsaylı məqalə və monoqrafiyanın müəllifidir.
Əsərləri
redaktə- Ağıl və möcüzə baxımından həzrəti Məhəmmədin peyğəmbərliyinin həqiqiliyinə inam. Bakı: İdrak, 2017.
- Əqidə və hüquqi baxımdan İslamda dönüklüyün cəzası. Bakı: İdrak, 2014.
- İki qanun arasında insan. Özünü və başqalarını dərkdə Quran dünyagörüşü. Bakı: İdrak, 2018.
- İslam iqtisadiyyatı nəzəriyyəsi (Tövhid və qardaşlıq iqtisadiyyatı: fəlsəfə, müasir kontekstdə məfhumlar və təkliflər). Bakı: İdrak, 2017.
- İslama görə beynəlxalq münasibətlərin nəzəri əsasları: müsəlman êikri və metodologiyasının yeni istiqamətləri. Bakı: İdrak, 2014.
- İslamda prinsip və seçim baxımından zorakılığa münasibət. Bakı: İdrak, 2010.
- Mədəni Quran dünyagörüşü. Bakı: İdrak, 2017.
- Müasir İslam fikrində islahatçılıq (cinayət hüququ əsasında). Bakı: İdrak, 2017.
- Müsəlmanın iradə və mənəviyyatının böhranı. Bakı: İdrak, 2017.
- Quranda evlilik münaqişələrinin həlli. Bakı: İdrak, 2015.
- Valideyn-uşaq münasibətləri. Uşaq tərbiyəsi üzrə vəsait. Bakı: İdrak, 2020.
- Xristianlıq və İslama görə çarmıxa çəkilmə etiqadı: konstruktiv dialoqa və ortaq məxrəcə doğru. Bakı: İdrak, 2017.
- Qurub-yaradanlar adası. Yaradıcı təfəkkürə dair hekayələr (uşaqlar və böyüklər üçün). Bakı: İdrak, 2019.
Mənbə
redaktə- Tərcümeyihalı // Hişam ət-Talib, Əbdülhəmid əbu Süleyman, Ömər ət-Talib. Valideyn-uşaq münasibətləri. Uşaq tərbiyəsi üzrə vəsait. Bakı: İdrak, 2020, s. 5–6.
İstinadlar
redaktə- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Prominent Muslim scholar, ex-rector of IIUM dies at 85.