Ebdurrauf Fitret - Wikipedia
Əbdürrauf Fitrət (özb. Abdurauf Fitrat; 1885—1938) — özbək şairi.
Həyatı
redaktəƏbdürrauf Fitrət 1885-ci ildə Buxarada anadan olmuşdu. atası Əbdürrəhman bəy, anası Bibican idi.İlk təhsilini "Mirərəb" mədrəsəsində almışdı. 1909-cu ildə Buxara cədidçilərin təşviqi ilə İstanbula getmişdi. 1909-1913-cü illər arası Türkiyədə yaşamışdı.
Ə.Fitrət 1918-ci ilin sonları 1919-cu ilin əvvəllərində qurulan “Çağatay Grungi” adlı birliyin fəal üzvlərindən olmuşdur. Rus imperiya müstəmləkəsinin özbək xalqına verdiyi zülm, xalqın sovet rejiminə qarşı narazılığı, baş verən üsyanlar “Çağatay Grungi”nin yaranma səbəbi olmuşdur.
Ə. Fitrət, Ə.Çolpanla yanaşı Kayum Ramazanov, Elbek, Şakircan Rəhimi, Gulam Zəfəri, Mir Mollo Şerməhəmmədov, Qazi Yunusov, Batu, Sancar Sıddıqov kimi cədidçilər “Çağatay Grungi”nin fəal üzvlərindən olmuşlar.
Yaradıcılığı
redaktəTəsadüfi deyil ki, Ə.Fitrət, Ə.Çolpan kimi yüksək sənətkarlıq bacarığına sahib ədiblər cədid hərəkatının öndə gedən isimləri idilər. Ə.Fitrət yüksək ideyalarının təbliği naminə bədii ədəbiyyatın hər üç janrında qələmini sınamış və mükəmməl bədii sənət örnəkləri yaratmışdır. Çolpan yazdığı təsirli şeirləri ilə Özbək xalqının ruh mənbəyinə çevrilmişdir. İstər Ə.Fitrətin, istərsə də Ə.Çolpanın cədid hərəkatına qoşulmasının ciddi səbələri var idi. Türkistanın rus imperiyası tərəfindən işğalı, basqı altında yürüdülən müstəmləkəçilik siyasəti, Türkistanın parçalanması, şəhərlərdə imperiya məmurları tərəfindən tökülən qanlar, avamlığı, cahilliyi təbliğ edən dövlət aparatı, xalqın aclıq, səfalət içərisində yaşaması, imperiyanın yarıtmaz hala saldığı təhsil Ə. Fitrət, Ə.Çolpan kimi ziyalıları düşündürür və qəti addımlar atmağa vadar edirdi. Xalqını oyandırmaq, müstəmləkəyə qarşı haqq səsini ucaltmağa səsləmək özünü ziyalı sayan hər bir kəsin borcu idi.
Ə. Fitrət “yurd qayğısı” ana başlığı ilə çap olunan üç nəsr şeiri vardır. “Yalan” adlanan ilk şeirində Fitrət Türk millətinə, Turan elinə müraciət edərək yazırdı: “Yox… yox…. Tanrı haqqı üçün yox…..! Sən gücsüz deyilsən. Sən kimsəsiz deyilsən. Bu gün yer üzündə 80 milyon övladın var. Onların damarlarındakı qan Çingizlərin, Teymurların qanıdır. Onların gücləri sənin gücündür!…. Ey ulu Turan, aslanlar ölkəsi! Sənə nə oldu? O, dünyanı titrədən aslan ürəkli övladların hanı? Niyə səsləri çıxmayır?….. Niyə getdilər? Mücadilə meydanlarını yadlara niyə buraxdılar?” ( 1, 3 )
Fitrət bütün türk dünyasına müraciət edir. Türkistanın XV-XVI əsrlərdən başlayaraq tarixi bir o qədər də müsbət yönümlü olmamışdır. Çingizxan, Əmir Teymur kimi cahana meydan oxuyan bahadırların başçılıq etdiyi məmləkət rus işğalçıları tərəfindən tamamilə zəbt olunmuşdu. Türkistanın qüdrəti tarixi keçmişdə qalmışdır.
Ə.Fitrət, Ə.Çolpan kimi ədiblər tarixi nümunə gətirərək insanları silkinməyə, özlərini özlərinə tanıtdırmağa çalışırdılar. Fitrətdən gətirdiyimiz nümunəyə Ə.Çolpan özünün “Pozulan ölkəyə” şeirində cavab verir:
Sənin sağlam, sərt bağrını illərdən bəri əzənlər
Sən bezsən də, lənətləsən də sinəndə gəzərlər
Sənin azad torpağında heç haqqı olmayan əfəndilər
Niyə səni bir qul kimi zalımca parçalar?
Niyə sənin gur səsin “get” deməyir onlara?
Niyə sənin ərkli könlün ərk verməyir onlara?
Vətəninin övladlarına sual dolu müraciətlərində Ə.Çolpanın vətən azadlığı, millətinin aydınlığa çıxma arzusu ifadə olunmuşdur.
Ə.Fitrət və digər cədidçi yoldaşları imperiyada baş verən proseslərlə bağlı çevik reaksiyalar verirdilər. Cədidçilərin ictimai-siyasi təşkilatlanması yüksək səviyyədə idi.
Ə.Fitrət 1917-ci il oktyabr inqilabından Leninin qurduğu Sovet hökumətinin gələcəyinə ümidsizliyini ifadə edərək yazırdı: “Rusiyada yeni bir bəla ortaya çıxdı, Bolşevik bəlası!” (2,3) Əksinə 1917-ci ilin 5 dekabrında cədidçilərin rəhbərliyi ilə “Xokand muxtariyyatı”nın qurulmasını “Hürriyyət” qəzetinin baş redaktoru olan Ə.Fitrət böyük sevinclə qarşılayır.
Dövrü mətbuat Ə.Fitrət, Ə.Çolpan və digər cədidçi nümayəndələrin fikirlərinin ifadəsi üçün əsas vasitə idi.
Çolpan “Çağatay Grungi”dən bəhs edərək yazırdı: ”Çağatay Grungi” adlanan birlik yarandı. Bu birliyi yaradanların məqsədi dilin sadələşdirilməsi yolu ilə özbək ədəbiyyatının inkişafına böyük töhfə verdilər.” (2, 3 )
Cədidçilər türk dilinin saflığının qorunmasına xüsusi fikir verirdilər. Çolpanın şeirlərində saf türkcənin özəllikləri, xalq ruhuna yaxınlığı ilə səciyyələnir. Fitrət “Dilimiz” məqaləsində türk dilinin tarixindən bəhs edərək yazır:” Dünyanın ən zəngin və ən bəxtsiz dilinin hansı dil olduğunu bilirsinizmi? –Türk dili! Dünyanın ən zəngin dili türk dilidir, ən bəxtsiz dili yenə türk dilidir.” Fitrət məqalədə türk dilinin söz ehtiyatı və söz yaratma qüdrəti baxımından təhlil edərək yüksək qiymətləndirirdi. Tarixdən nümunə gətirərək türk olduqları halda farsca əsərlər yazmış qələm ustadlarını qınayır. “İbn Sina, Fərabi, Cəlaləddin Rumi, Cövhəri, Nizami kimi şəxsiyyətlər türk olduqlarına baxmayaraq əsərlərini farsca yazdıqlarına görə dünyada fars kimi tanınırlar”. Fitrət bu gün də bizim Nizami ilə bağlı beynəlxalq aləmdə yaşadığımız problemlərə toxunur.
Şeir hər bir çağda ideologiyanın sadə xalq içində yayılmasında başlıca vasitə olub. Çolpanın məhz şirin dili onu xalqa sevdirir, ideyalarının yayılmasına yardım edirdi. Ə.Fitrət də mətbuat səhifələrində xalqının gördüyü işğalları özündə əks etdirən şeirlərini çap etdirirdi. “Şərq”, “Mars ulduzuna”, “Öyüd”, “Parça” kimi şeirlərində sovet ideologiyası və onun işğalçılıq siyasəti tənqid olunur. “Şərq” şeirində şair şərqin dünyasının gözəlliyindən bəhs edir. Onu saf bulağa, güllü bağçaya bənzədir. Onun gözəlliyi, zənginliyi əvəzolunmazdır. Lakin bir əl bu saf bulağı bulandırır, hər tərəfdən əsən küləklər bağçanın güllərini soldurmaqdadır.
Dört-beş yaşar bir balanın başını
Bakın, keskin kılıc bilen kesmişler
Yığlap turgan anasının boynuğa
Bir ip bilen asmışlar…..
Yengigine, kelin bolgan yiğitinin
Cansız yatkan gövdesi üzre koyup
Neyse bilen teşmişler…..
Hatunlarının perdesi,
Balalarının yüreği
Karılarının gövdesi
Yarılgan…..Ezilgen……
Şair bu şeirində Türkistanla bərabər zülmə məruz qalmış Hind, Əfqan və Ərəb və digər şərq xalqlarını da əhatə edir. Türkistan rus zülmü altında inləyirsə, Hindistan ingilislərin işğalındadır.
Müsəlman dünyasına qarşı olan basqılar, işğallar Ə. Çolpan yaradıcılığında da öz əksini tapmışdır. “Əməlin ölümü” adlı şeirində Şərqin işğalı, hürriyyət ideyaları əks olunmuşdur.
Könlümdə ağlayan mələklər kimlər?
Şərqin anaları, cavanlarımı?
Qarşımda ağlayan bu canlar kimlər?
Qullar ölkəsinin insanlarımı?
Qul vəziyyətinə salınaraq imperiya tərəfindən bilərəkdən yuxuya verilən Türkistan toplumunu oyandırmaq, irəliyə, işığa aparmaq istəyi şair qəlbini titrədir.
Ə.Fitrət, Ə.Çolpan kimi sənətkarlar ömrünün sonlarına qədər vətəni, xalqı uğrunda apardıqları haqq mücadiləsindən geri çəkilməşmiş, sovet imperiyasının basqılarına baxmayaraq azadlıq, hürriyyət ideyalarını təbliğ etmişlər. Sovet repressiya məngənəsi hər iki şairin qətlinə fərman versə belə onların yeri türk millətinin ürəyində daim yaşayacaqdır.
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Kərimov Naim, Fitrətin şeytana üsyanı, Özbəkistan ədəbiyyatı və sənəti, Daşkənd, 1993, 20 avqust
- Fatma Açık, Özbek Türk şairi, yazarı, dil bilimcisi və düşünürü #Abdurauf Fıtrat, KÖK journal of social and strategical researches Vol. IV, Num 1(spring 2002)
- Çolpan Andican və onun şeirləri.
- ekitap.kulturturizm.gov.tr/dosya/1-87151/h/colpan.pdf
Xarici keçidlər
redaktə- Абдурауф Фитрат
- Биография Фитрата Абдурауфа
- Фитрат Абдурауф (1885—1938)[ölü keçid]
- Роль России в подавлении джадидского движения Arxivləşdirilib 2014-11-02 at the Wayback Machine
- ФИТРАТ (1886—1938) Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine (özb.)
Həmçinin bax
redaktə Şair haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |