Ebu Ishaq Ibrahim - Wikipedia
Əbu İshaq İbrahim ibn Alp Təkin (X əsr – 12 noyabr 966, Qəzni) — hakimiyyəti 3 il sürən Qəznəvi hakimi. Alp Təkin oğlu[1]. 12 noyabr 966-cı ildə övladsız vəfat etdi.[2] Yerinə seçki ilə Bilgə Təkin keçmişdir.
Əbu İshaq İbrahim | |
---|---|
Əbu İshaq İbrahim Alp Təkin oğlu | |
Qəznə hakimi | |
963 – 966 | |
Əvvəlki | Alp Təkin |
Sonrakı | Bilgə Təkin |
Şəxsi məlumatlar | |
Doğum tarixi | X əsr |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | Alp Təkin |
Uşağı | övladsız |
Ailəsi | Samanilər sülaləsi |
Hakimiyyəti
redaktəAlptəkinin 13 sentiyabr 963-cü ildə ölümündən sonra yerinə oğlu Əbu İshaq İbrahim gəlmişdi. Ancaq İbrahim Qəznəvilər dövlətinin idarə edilməsində atası qədər qüdrətli və müfəvvəqiyyətli ola bilmədi.Ordu onun nəzarətindən çıxmış, Səbutəkin onun vaxtında Xalaçların bir üsyanını basdırmışdı.İbrahimin bu zəif durumundan istifadə edən sadiq Qəznə hakimi Əbu Bəkr Ləvik, təxminən 964-cü ilin sonunda Qəznəyə irəliləmiş və onu məğlub etdərək keçmiş ölkəsini təkrar ələ keçirmişdir.İbrahim Buxaraya qaçmaq və Samani əmiri Mənsur b. Nuhdan yardım istəməli oldu.İbrahim Samanilərdən istədiyi yardımı alaraq böyük bir qüvvətlə geri döndü. Bu dəfə Qəznəyi tərk etməyə məcbur olan Əbu Bəkr Ləvik olmuşdu.(26 sentiyabr 965-ci il) İbrahim yenidən Qəznəyə girdi. Amma bu yardım məqsədilə Samanilər bu bölgə üzərində, heç olmasa qismən, hakimiyyət qurmuş oldular.İbrahim də Qəznədə uzun müddət hökmdar ola bilmədi və 12 noyabr 966-cı ildə öldü. Əbu İshaq Sabii idi. Buna baxmayaraq müsəlmanlarla son dərəcə uyğunluq içində və səmimi idi. Müsəlmanlar arasına o qədər qarışmışdı ki, Ramazan ayı vaxtı uzun müddət oruç tutar, Quran-i Kərimi çox gözəl bir şəkildə əzbərliyər və oxuyardı. Elə ki, çox risalələrində Qurandan istifadə edərək ayətləri örnək göstərib yazılarını təkminləşdirirdi.
Həyatı
redaktəƏsil adı Əbu İshaq İbrahim b. Hilal əs-Sabiidir Dövrün ən böyük ədiblərindən olmuşdur. 313-925-ci illər arasında Harranda anadan olub. Bəzi mənbələrdə adı “Əbu Həsən” olaraq da keçir. Harranında böyüyən ədəbiyyatçı Əbu İshaq, yazı, bəlağət və şeirləriylə də tanınmış, ancaq özünü Riyaziyyat və xüsusilə də Mühəndislik və Heyət elmlərində göstərmiş bir alimdi.İlk təhsilini doğulduğu yerdə oxuduqdan sonra Bağdata getmişdir. Orada uzun müddət qalaraq təhsilini tamamlamış və özünü çox yaxşı öyrətmişdi.Ailəsi ilə gəldiyi Bağdatda öz meylini ədəbiyyata vermiş, az vaxtda Ərəb dili və ədəbiyyatına həm nəsr, həm şeir tərəfdən hakim olmuş və son dərəcə ustalaşmışdır. Ancaq hər Harranlı alim kimi təkcə bir elm məşğul olmayıb, ədəbiyyatdan əlavə riyaziyyat elmindədə yüksək bir ağıla sahip olmuşdur.İraqda hökm sürən Büvəyoğullarının sarayında işləmiş olan bu alim, əslındə Xəlifənin dəvəti üstünə yaşadığı yeri buraxıb Bağdat Xilafət Sarayı Rəsətxanasında işləmişdir.Əbu İshaq Sabii idi. Buna baxmayaraq müsəlmanlarla son dərəcə uyğunluq içində və səmimi idi. Müsəlmanlar arasına o qədər qarışmışdı ki, Ramazan ayı vaxtı uzun müddət oruç tutar, Quran-i Kərimi çox gözəl bir şəkildə əzbərliyər və oxuyardı. Elə ki, çox risalələrində Qurandan istifadə edərək ayətləri örnək göstərib yazılarını təkminləşdirirdi.Əbu İshaqın əsərlərindən təkcə “Əl Müxtəsər min Rəsail Əbu İshaq İbrahim əs Sabii” adlı risaləsi günümüzə qədər gəlmişdir. Bu əsərin birinci üzü tanınmış Livanlı ədəbiyyatçı Əmir Şəkip Arslan tərəfindən tədqiq və nəşr edilmişdir.
Təhsili
redaktəDövrünün böyük şair və yazarı olan Əbu İshaq, fəsağət və bəlağətli diliylə nəsr və nəzmdəki şeirləriylə məşhurdur. Şairlikdən əlavə divan katibliyi də etmişdir. İlk təhsilini atasından almışdır. Xüsusilə doktor olmasını istəyən atası, ona tez-tez tibb təhslini verirdi. Lakin, Əbu İshaq, fürsət edən kimi ədəbiyyatla maraqlanmış, şeirlər yazmışdır.Ədəbiyyatla məşğul olmaq üçün lazım olan həvəsi, atasına, vəzirlərindən gələn və bir çox tibbi və qeyri tibbi məsələyi məruzə edən məktuba hazırladığı cavablardan almışdır. Böyük bir maraqla hazırlanan cevabın Əbu İshaq tərəfindən yazıldığını öğrənən atası, buna çox sevinmiş və ona “İndi sənə ədəbiyyatla maraqlanmağa icazə verirəm. Get katib ol.” dediyini şəxsən Əbu İshaqın özü qeyd etmişdir.
Yaradıcılığı
redaktəSultan və vəzirlərin məktublarını özü yazdığına görə məktub yazma sənətində xeyli irəlidə olmuşdur. Belə ki, məktubçuluğu, şairliyini gizlətmişdi. Əbu İshaq, hicri IV. əsirdə Bağdatda inkişaf edən elm, sənət və ədəbiyyatın işığında inkişaf etmişdir. Yazmış olduğu şeirlərindən əsrinin zəngin mədəniyyət dənizindən istifadə etmişdir. O, bir başqa deyimlə məktubda mahir bir katib, şeirdə isə mötədil bir şairdir.Əbu İshaq yaşadığı dövrdə özünə xas bir şeir dili ve poetikası yaratmışdır. Şeiri ciddiyə alan və diqqətlilik göstərən bu şair: “Sözü az olsa da mənası sonsuz və geniş olan şey şeirdir.” deyərək şeir haqqındakı fikirlərini ifadə etmişdir.Şeirə o qədər diqqətlilik və önəm verən şair, kefiyyətsiz şeir yazan şairləri də tənqid etmişdir.O, “Ey Allahım, sözləri qar kimi soyuq olanlara, ya düzgün vəzni göstər ya da yaza bilmədikləri şeirdə onları müvəffəq etmə...” demişdir. Şeirlərində diqqətliyiylə ön plana çıxan bu şair, Ərəb Ədəbiyyatının şeir növlərinin hamısında nümunələr vermişdir. Şeirləri eşq, içki, vəsf və təşbeh, Bəsrə və ailəsi haqqında ağılar, tərif, təbrik və hədiyyə, həcv, poetika, həbsxana, şikayət, hikmət, acı və hüzn növlü şeirləri təşkil edir Son günləri olduqca pis keçən şair, ürək dağlayan vəziyyətə düşmüş, sarayda keçən bir ömürdən sonra kasıb və yoxsulluq içində 994-cü ildə Bağdatda 91 yaşında vəfat etmişdir.
İstinadlar
redaktə- ↑ M.Nazım (1931). The Life and Times of Sultan Mahmud of Ghazna, Cambridge, s.26
- ↑ Erdoğan Merçil (1989). Gazneliler Devleti Tarihi, TTK Yayınevi, Ankara, ISBN 975-16-0189-4, s.6
Xarici keçidlər
redaktə- The Sipahsalar in Gaznavids Arxivləşdirilib 2018-01-24 at the Wayback Machine
Həmçinin bax
redaktəSƏLƏF Alp Təkin |
Əbu İshaq İbrahim 963-966 |
XƏLƏF Bilgə Təkin |