Edalet Memmedov Memar - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ədalət Eyvaz oğlu Məmmədov (1959, Bərdə) — Azərbaycan Respublikasının əməkdar memarı.[1][2]
Ədalət Məmmədov | |
---|---|
Ədalət Eyvaz oğlu Məmmədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bərdə, Bərdə rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili |
|
Həyat yoldaşı | Məlahət Məmmədova |
İşləri və nailiyyətləri | |
Əsas tikililəri | Heydər məscidi |
1980–1989-cu illərdə Şuşa Memarlıq Qoruğundakı abidələrin sənədləşdirilməsi və bərpası işləri ilə məşğul olub. Yuxarı Gövhər ağa məscidi , Şükür Mirsiyab oğlu karvansarası, Şirin su hamamı kompleksi, Köçərilər məscidi, Üzeyir Hacıbəyovun ev-muzeyi, Şuşa qalasıın divarları, Mir Möhsün Nəvvabın ev-muzeyi və bir sıra tarixi abidələrin bərpa layihələrini işləyib.
Azərbaycan abidələrinin ilkin siyahısının və İçəri Şəhər qoruq kompleksinin UNESCO tərəfindən siyahıyasalınma layihəsində memarlar qrupuna rəhbərlik edib.
2018-ci ildə Azərbaycan Respublikasının əməkdar memarı adına layiq görülüb. 2019-cu ildə Azərbaycan Memarlar İttifaqı ona "Ustad Memar" adını təqdim edib.
Bioqrafiyası
redaktəUşaqlıq və gənclik illəri
redaktə1959-cu ildə Bərdə şəhərində dünyaya gəlib. 1966–1976-cı illərdə Bakı şəhəri, 4 nömrəli Fars təmayüllü məktəbdə orta təhsilini alıb. 1977-ci ildə ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakultəsinə daxil olub. 1983-cü ildə ali təhslini bitirib. Tələbəlik illərindən, 1980-ci ildən etibarən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində, Tarix və Mədəniyyət abidələrinin bərpası sahəsində çalışmağa başlayıb.
Fəaliyyəti
redaktə1980–89-cu illərdə Şuşa Memarlıq Qoruğundakı abidələrin sənədləşdirilməsi və bərpası işləri ilə məşğul olub. Yuxarı Gövhərağa məscidi , Şükür Mirsiyab oğlu karvansarası, Şirin su hamamı kompleksi, Köçərilər məscidi, Üzeyir Hacıbəyovun ev-muzeyi, Şuşa qalasıın divarları, Mir Möhsün Nəvvabın ev-muzeyi və bir sıra tarixi abidələrin bərpa layihələrini işləyib.
1986-cı ildə Ağdam Cümə məscidinin, 2010-cu ildə Hacı Zeynalabdin Tağıyevin sarayının, 2012-ci ildə Bərdə türbəsinin və Torpaqqalanın, 2014-cü ildə Tərtər çayı üzərində qədim körpü qalıqlarının bərpa–konservasiya layihəsinin müəllifidir.
2009-cu ildə Maştağadakı, Şamxal hamamının, 2016-cı ildə İmamzadə türbəsinin, 2019-cu ildə Hüseyniyyə məscidinin, 2017-ci il Uğurlu Xan karvansarayının və Şah Abbas karvansarayının bərpası və funksional istifadəsi layihəsinin müəllifidir.
2014-cü ildə Bibiheybət və Təzəpir məscidilərinin, 2015-ci ildə Əjdərbəy məscidinin, 2018-ci ildə Qarabağlar türbəsinin bərpa və yenidənqurma işlərinin müəllifidir.
1998–2000-ci illərdə İçərişəhər tarix-memarlıq qoruğunun, Qız qalası və Şirvanşahlar sarayı kompleksinin UNESCO Ümumdünya irsi siyahısına daxil edilməsi işində çalışan memarlar qrupuna rəhbərlik edib.
Memarı olduğu tikililər
redaktə- 2013–2014. Heydər məscidi
- 2018–2019. Hacı Cavad məscidi
- 2019–2020. Xanım Fatimeyi-Zəhra məscidi
Mükafatları
redaktə- 2002. UNESCO-nun çiy kərpicdən inşa edilmiş tikililərin mühafizəsi üzrə mütəxəssis sertifikatı
- 2012. ICOMOS-un Tarix və Memarlıq Abidələri Qoruğunun İdarə olunması üzrə sertifikat
- 2018. Azərbaycan Respublikasının əməkdar memarı[1]
- 2019. Azərbaycan Memarlar İttifaqının "Ustad Memar"ı
İstinadlar
redaktə- ↑ 1 2 "Mədəni irsin qorunması və bərpası sahəsində çalışan bir qrup mütəxəssisə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 Aprel 2018.
- ↑ "Əməkdar memar Ədalət Məmmədov "Səhərçağı"nın qonağıdır". 2024-04-21 tarixində arxivləşdirilib.