Efsan Qedimbeyova - Wikipedia
Əfşan Qədimbəyova — Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun rektoru, Azərbaycan SSR Ali Soveti sədrinin müavini və məktəbəqədər-ibtidai təhsil üzrə mütəxəsis.[1]
Əfşan Qədimbəyova | |
---|---|
Qədimbəyova Əfşan Ələkbər qızı | |
Doğum tarixi | |
Doğum yeri | İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası→ SSRİ |
Atası | Ələkbər bəy Qədimbəyov |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Pedaqoji İnstitutu |
Fəaliyyəti | alim, siyasətçi |
Həyatı
redaktə1915-ci ildə İrəvan quberniyasının İrəvan şəhərində anadan olmuşdur. Atası Ələkbər bəy Qədimbəyov Mirzə Qədim İrəvaninin soyundan gələnlərin daşıdığı Qədimbəyov ailəsindən olmuşdur.[2]
Təhsili
redaktəƏfşan Qədimbəyova 1929-cu ildə İrəvan Pedaqoji Texnikumunu bitirmiş və 1931-1935-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Pedaqoji Universiteti) pedaqoji fakültəsində təhsilini davam etdirmişdir. Buradakı təhsilini də bitirdikdən sonra Moskvada yerləşən Pedaqoji İnstitutun aspirantura pilləsində də təhsil almış və Bakıya dönmüşdür.[2][3]
Fəaliyyəti
redaktəMoskvadan təhsilini tamamlayıb Bakıya döndükdən sonra 1942-ci ildən Azərbaycan Gənclər İttifaqının üçüncü katibi kimi çalışmış və bu vəzifədə dörd il fəaliyyət göstərmişdir.[2]
Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin partiya komitəsinin katibi, Azərbaycan KP MK-da şöbə müdirinin müavini vəzifələrində fəaliyyət göstərən Ə. Qədimbəyova, 1949-1956-cı illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun rektoru kimi çalışmışdır. Daha sonra isə Azərbaycan SSR Ali Soveti sədrinin birinci müavini kimi fəaliyyət göstərmişdir. Bundan başqa o, dəfələrlə Azərbaycan SSSR Ali Sovetinə üzv seçilmişdir.[2][3]
1965-ci ildə "1920-1941-ci illərdə Azərbaycanda məktəbəqədər tərbiyənin inkişafı mövzusunda" namizədlik dissertasiyası müdafiə etmişdir. 1968-ci ildən 1978-ci ilə qədər Azərbaycan Pedaqoji İnstitutunda kafedra müdiri vəzifəsində çalışmış, 1980-ci ildə həyatını dəyişmişdir.[2][4][3]
İstinadlar
redaktə- ↑ Sevinc Qarayeva. ""Məktəbəqədər və ibtidai təhsil" jurnalının 40 yaşı qeyd olunub". 525.az. 2011. 2023-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2023.
- ↑ 1 2 3 4 5 "Əfşan Qədimbəyova". iravan.preslib.az. 2012. 2022-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2023.
- ↑ 1 2 3 Əhmədov, 2014. səh. 373
- ↑ Fərrux Rüstəmov. "ADPU-nun pedaqoji fakültəsinin yarıməsrlik salnaməsindən". www.muallim.edu.az. 2010. 2023-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2023.
Mənbə
redaktəH. Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil. 2014.