Efqanistan Emirliyi - Wikipedia
Əfqanıstan Əmirliyi (Puştu: د افغانستان امارت Da Afghānistān Amārat, Farsca: امارت افغانستان Amārat-i Afghānistān) — 1919-cu ilə qədər Britaniyanın protektoratı olan müasir Əfqanıstan ərazisində dövlət. 1926-cı ildə padşah olan əmir Amanullah tərəfindən Krallığa (Konstitusiyalı monarxiya) çevrilmişdir.
Əmirlik Müstəqil dövlət (1823—1879) Britaniyanın protektoratı (1879—1919) Müstəqil dövlət (1919 ildən) | |||||
Əfqanıstan Əmirliyi | |||||
---|---|---|---|---|---|
puşt. د افغانستان امارت fars. امارت افغانستان | |||||
|
|||||
|
|||||
|
|||||
Paytaxt | Kabil | ||||
Dilləri | Puştu dili, Fars dili | ||||
Rəsmi dilləri | |||||
Dövlət dini | İslam | ||||
Valyuta | Əfqanıstan əfqanisi | ||||
Ərazisi |
|
||||
Əhalisi |
|
||||
İdarəetmə forması | Mütləq monarxiya | ||||
Sülalə | Barakzay sülaləsi | ||||
Əmir | |||||
• 1823–1829 (ilk) | Dost Məhəmməd xan | ||||
• 1919–1926 (son) | Amanullah xan | ||||
Davamiyyət | |||||
Əfqanıstan, Pakistan → |
Tarixi
redaktə1879-cu ildə növbəti İngiltərə-Əfqan müharibəsindən sonra Əmir Yaqub-xan müqavilə imzaladı. Müqaviləyə əsasən Əfqanıstan Britaniyanın protektoratına çevrildi. Sonra əvvəllər Rusiya imperiyasında gizlənən Əbdürrəhman Əfqanıstan əmiri oldu. XIX əsrin sonunda Əbdürrəhmanın dövründə Böyük Britaniya və Rusiya Əfqanıstanın bu gün də mövcud olan müasir sərhədlərini birgə müəyyən etdilər.
Əmir Həbibullah 20 fevral 1919-cu ildə ov edərkən öldürüldü[1].
Əmir Həbibullahın ölümündən sonra üçüncü oğlu Amanullah hakimiyyətə gəldi. O, ilk növbədə 1919-cu ildə üçüncü İngiltərə-Əfqan müharibəsini apardı və bu müharibə başa çatdıqdan sonra tədricən ölkənin Britaniya imperiyasından tam müstəqilliyinə nail oldu [1].
On illik hakimiyyəti dövründə Amanullah-xan Əfqanıstanda tez və tam islahat aparmağa çalışdı[1].
Xarici siyasətdə Amanullah 1919-cu ildə Sovet Rusiyası ilə diplomatik əlaqələr qurdu və 1921-ci ildə onunla dostluq müqaviləsi bağladı və bu müqaviləyə əsasən Əfqanıstan maliyyə, texnoloji və hərbi yardım alırdı[1].
1923-cü ildə Amanullah Əfqanıstanın ilk konstitusiyasını qəbul etdi və bu konstitusiyada onun əvvəllər fərmanla müəyyən etdiyi vətəndaş hüquqlarının təminatları təsbit edildi. Həmin andan etibarən ölkə Əfqanıstan Krallığı konstitusiyalı monarxiyaya çevrildi[2][1].
Ədəbiyyat
redaktə- Afghanistan. Peter R. Blood, ed. (ingilis). Washington: GPO. 2001.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Blood, 2001, The reign of king Amanullah, 1919–29
- ↑ Blood, 2001, Reform, Popular Reaction, and Forced Abdication