Efzeleddin Xuneci - Wikipedia
Əfzələddin Xunəci — əslən Cənubi Azərbaycanın Xunəc şəhərindən olan, 1194-cü ildə doğulmuş filosof.
Əfzələddin Xunəci | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Cənubi Azərbaycanın Xunəc şəhəri |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | yazıçı, filosof, həkim, klirik[d] |
Həyatı
redaktəOnun haqqında ən qiymətli ilk mənbə öz şagirdi İbn Əbi Useybiənin "Təbiblər təbəqələri barədə xəbərlərin qaynaqları" kitabıdır. Ərəb alimi Azərbaycan filosofuna rəğbətini ifadə edərək yazır: "Ə.Xunəci bilikli başçıdır, kamil düşünəndir, alim və filosofların cənabıdır". O, Qahirədə, daha sonra Misirdə uzun müddət yaşayıb, orda dövlət işlərində çalışıb. Ömrünün son vaxtlarında Misirin və onun əyalətlərinin baş qazisi vəzifəsini tutub. Bu haqda tarixçi Cəlaləddin Suyitinin "Misir və Qahirə xəbərlərinə dair" əsərində qeyd edilib. Qahirədə vəfat edib və orda şagirdləri tərəfindən dəfn edilib. Alman alimi Hammer Purqştal 1856-cı ildə Vyanada çap etdirdiyi çoxcildli "Ərəb ədəbiyyatı tarixi" kitabında Xunəciyə xeyli yer ayırıb. Alman şərqşünası Karl Brokkelmanın da onun haqqında tədqiqatları var. Nikolas Resçer "Ərəbdilli məntiq tarixinə dair tədqiqatlar" (1963), "Ərəbdilli məntiqin inkişafı" (1964) adlı kitablarında Xunəcinin də üzərində geniş dayanıb. Məhəmmədəli Ayni 1928-ci ildə İstambulda Universitetin ilahiyyat fakültəsi məcmuəsində dərc etdirdiyi "Türk məntiqçiləri" oçerkində Azərbaycan məntiqçisinin irsini geniş təhlil edib.
Baxışları
redaktəİdrak nəzəriyyəsi və məntiq: İdrakın hissi və əqli mərhələlərini vəhdətdə qəbul edib. Filosofun təlimində "təsəvvürlər" və "təsdiqlər" haqqında mühakimələr onun idrak nəzəriyyəsi və məntiqi arasında ortaqlıq yaradır. Onun bu mövzuda Fəxrəddin Razi ilə razılaşmadığına dair yazısı var. Hisslərin vasitəsilə qazanılan təsəvvürlər (anlayışlar), habelə təsdiqlər (aksiomatik müddəalar) Şərq fəlsəfəsində "birinci əqli məlumatlar", yaxud "təbii universalilər" adlanır. Bunların əsasında qəbul edilən anlayış və müddəlara isə "ikinci əqli məlumatlar" deyilir. Xunəcinin idrak təlimində dil və təfəkkür məsələsi geniş yer tutur. Fərabi, İbn Sina, Bəhmənyar kimi o da sözü anlayışın, fikrin ifadəçisi sayıb. Anlayışları substansiya və aksidensiya baxımından geniş nəzərdən keçirib.Məntiqin əksər məsələlərində Şərq peripatetikləri mövqeyində dayanıb, Aristotelin məntiqi üzərində məntiq işləyib. Peripatetiklərin məntiqinin əsasını təşkil edən istidlala Xunəci belə tərif verib: "İstidlal – başqa bir nitqi öz-özlüyündə lazım bilən müddəalardan düzəldilmiş nitqdir". Peripatetik sələfləri kimi, o da daha çox deduktiv istidlallar üzərində dayanıb.
İrsi
redaktə- "Tibb qanunu". Hazırda Paris Milli Kitabxanasında saxlanılır.
- "Məntiqə dair cümlələr". 1976-cl ildə Tunisdə çap edilib.[1] Məhz bu əsərinə görə Orta əsr məndələrində o, ən çox məntiqçi filosof kimi tanınmışdı.
- "Fikirlərin qaranlıq yerlərində fikirlərin açılması".[2] Hazırda Qahirənin Xədiviyyə kitabxanasında saxlanılır.
İstinadlar
redaktəMənbə
redaktə- Türk & İslam Dünyası Sosyal Araştırmalar Dergisi /The Journal of Turk & Islam World Social Studies Yıl: 2, Sayı: 2, mart 2015 səh. 127
- İslam Ensiklopediyası
- Wikidata
- Muvaffakü’d-Din Ebu’l-Abbas İbni Ebu Useybiye, Uyunü’l-Enba fi Tabakatü’l-Etibba, Beyrut (tarixsiz), s. 586–587 (ingiliscə: Ibn Abi Usaibia: History of Physicians);
- İbni Kesir, el-Bidaye, C.XIII, s. 326;
- Mustafa Çağrıcı, "Hunecî", İ. A., C. XVIII, İstanbul 1998, s. 375
- Cemalü’d-Din Abdu’r-Rahman İsnevî, Tabakatü’ş-Şafiyye, C. I, Beyrut 1987, s. 241–242;
- Selahü’d-Din İbni Aybek Safedî, Kitabü’l-Vâfi bi’l-Vefayat, C. V, neşr. S. Dederıng, Wıesbaden 1981, s. 108;
- Şemsü’dDin Türkmanî Zehebî, el-İber fi Haber men Gaber, C.III., Beyrut (tarihsiz), s. 255–256;
- Muhammed b. Mahmud Şehrezurî, Tabakatü’l-Fukahaü’ş-Şafiyye, C.II., Nşr. M. A. Necib, Beyrut 1992, s. 877.
- Şihabü’d-Din Yakut, Mucelü’l-Büldan, çev. Z. Bünyadov-Juze.P, Bak; 1983, s. 23–24 (Sitat: ""Hunəç Azərbaycandakı Marağa şəhərinin qəsəbələrındən biri olup Zəncan yolu üzərindədir. İndi Kağezkonan adlanmaqdadır")
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |